AZƏRBAYCAN » CƏMİYYƏT
31 Dekabr 2017, 17:22 (GMT +4)

SalamNews Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edir

Bakı, 31 dekabr, SalamNewsSalamNews İnformasiya Agentliyi Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir.

Ümid edirik ki, qarşıdan gələn Yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın istəklərini gerçəkləşdirəcək, xalqımız və millətimiz üçün düşərli olacaq, insanlara sağlamlıq, xoşbəxtlik, sevinc, müvəffəqiyyət və dinclik gətirəcək.

2017-ci il ağrısı, acısı, sevinci ilə geridə qalır. Arzu edirik ki, 2018-ci il Azərbaycan üçün daha uğurlu olsun, torpaqlarımız işğaldan azad edilsin və ölkəmiz ərazi bütövlüyünə qovuşsun!