DÜNYA » SİYASƏT
03 Yanvar 2018, 10:12 (GMT +4)

Şimali Koreya lideri Cənubi Koreya ilə danışıqlara başlamağa dair göstəriş verib

Bakı, 3 yanvar, SalamNews.Şimali Koreya lideri Kim Çen In Pxanmuncom şəhərindəki sökülmüş zonada xüsusi kommunikasiya xəttindən istifadə etməklə Cənubi Koreya ilə danışıqlara başlamağa göstəriş verib. Bu barədə “Reuters” xəbər yayıb.

SalamNews TASS-a istinadla xəbər verir ki, bir müddət öncə Şimali Koreya Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında milli komandasının iştirakı məsələsində danışıqlara başlamağa hazır olduğunu bildirib. Seul bu təşəbbüsü müsbət qiymətləndirib və yüksəksəviyyəli danışıqlar aparmağı təklif edib.