AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Yanvar 2018, 10:38 (GMT +4)

Paytaxtın pərakəndə ticarət dövriyyəsində 2,9 faiz artım qeydə alınıb

Bakı, 3 yanvar, SalamNews. 2017-ci ilin yanvar-noyabr aylarında paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artaraq 16601,0 milyon manat olub.

Bakı şəhər Statistika İdarəsindən  SalamNews -a verilən məlumata görə, həmin müddətdə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 16596,7 milyon manat təşkil edib.

İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 92,5 manat çox vəsait xərcləyib.