AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Yanvar 2018, 10:45 (GMT +4)

Brent markalı neft ucuzlaşıb

Bakı, 3 yanvar, SalamNews. Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

SalamNews  xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% artaraq 60,38 dollar təşkil edib.

 ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% azalaraq 66,56 dollar olub.