DÜNYA » HADİSƏLƏR
03 Yanvar 2018, 12:27 (GMT +4)

Peruda sərnişin avtobusu uçuruma yuvarlanıb, azı 25 nəfər ölüb

Bakı, 3 yanvar, SalamNewsPeruda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 25 nəfər həlak olub.

SalamNews xəbər verir ki, yerli Canal N telekanalının yol polisi nümayəndəsinə istinadla yaydığı məlumata görə, qəza ölkənin paytaxtı Limadan 70 kilometr aralıda, yolun “Şeytan döngəsi” (Curva del Diablo) kimi tanınan hissəsində baş verib. İçərisində təxminən 50 sərnişin olan avtobus toqquşmadan sonra 100 metr hündürlükdən uçuruma yuvarlanıb.

Avtobusun qalıqlarının çətin keçilən əraziyə düşməsi xilasetmə əməliyyatlarını mürəkkəbləşdirir. Qəza qurbanlarının sayının artacağı gözlənilir.