DÜNYA » SİYASƏT
03 Yanvar 2018, 11:30 (GMT +4)

İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib

Bakı, 3 yanvar, SalamNewsABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır. SalamNews-un  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani “Əl Mayadin” telekanalına müsahibəsində bildirib.     

Admiral qeyd edib ki, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb. Ümumilikdə o, ABŞ-ın Suriyada hərbi mövcudluğu işğal olaraq dəyərləndirib: “Bütün beynəlxalq tribunalarda  ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik”.