AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Yanvar 2018, 12:01 (GMT +4)

"BakuBus" xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib (FOTOLAR)

Bakı, 3 yanvar, SalamNews. "BakuBus" hər zaman cəmiyyətimizin mənəvi dəyər kəsb edən sahələrinə xüsusi həssaslıqla yanaşır.

SalamNews xəbər verir ki, "BakuBus" bir daşıyıcı şirkət olaraq bu istiqamətdə həyata keçirilən dövlət və ictimai tədbirlərdə hər zaman sərnişindaşıma fəaliyyəti ilə öz dəstəyini laiqincə həyata keçirməyə çalışır.

Belə ki, şirkət xüsusi qayğıya ehtiyacı olan balalarımızı da hər zaman diqqət mərkəzində saxlamağa çalışır. "BakuBus" öz ənəsinə sadiq qalaraq 2018 -ci il Yeni il şənliyini bu dəfə Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağının sakinləri ilə keçirib.

Bu kimi ictimai tədbirlərimiz və bu sahədə keçirilən ictimai tədbirlərə sərnişindaşıma dəstəyimiz bundan sonra da davam etdiriləcəkdir.