DÜNYA » SİYASƏT
03 Yanvar 2018, 12:17 (GMT +4)

İran əsla  ikinci Suriyaya çevrilməyəcək - AKP 

Bakı, 3 yanvar, SalamNewsİran əsla  ikinci Suriyaya çevrilməyəcək. 

SalamNews-un "Sözcü"yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və mətbuat katibi Mahir Ünal deyib.

Onun sözlərinə görə, İranda güclü bir dövlət ənənəsi var.

"Suriyada baş verənlər İranda yaşanmayacaq. Çünki bölgədə güclü dövlət ənənəsi olan üç ölkə var: Misir, İran və Türkiyə.

İran bölgədə müstəqil hərəkət edə bilən ölkədir. İran ikinci Suriyaya çevrilməyəcək, çünki bu ölkə regionda aparıcı qüvvələrdəndir", deyə o bildirib.