DÜNYA » HADİSƏLƏR
03 Yanvar 2018, 12:55 (GMT +4)

İranda 4,5 bal gücündə zəlzələ baş verib

Bakı, 3 yanvar, SalamNewsİranın şərqində 4,5 bal gücündə zəlzələ baş verib.

SalamNews-un Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kerman şəhərindən 59 kilometr şimal-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.