DÜNYA » SİYASƏT
03 Yanvar 2018, 13:40 (GMT +4)

İranda hakimiyyətə dəstək aksiyası keçirilir

Bakı, 3 yanvar, SalamNewsİranda hakimiyyətə dəstək aksiyası keçirilir. SalamNews-un "Farsnews"a istinadən verdiyi xəbərə görə, Iranın böyük şəhərlərində genişmiqyaslı aksiyalar başlayıb.

On minlərlə insan hakimiyyətə dəstək məqsədilə yürüşə başlayıb. Səhərdən başlayaraq Tehran başda olmaqla İlam, Əhvaz, Qorqan, Lorestan,  Xürrəmabad, Abadan, Ərak və digər böyük şəhərlərində on minlərlə insan iğtişaşçılar əleyhinə aksiya keçirirlər.

 

Etirazçılar "Rədd olsun Amerika", "Rədd olsun təxribatçılar" şüarları səsləndirib.