DÜNYA » HADİSƏLƏR
03 Yanvar 2018, 14:16 (GMT +4)

Suriyada Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb

Bakı, 3 yanvar, SalamNews. Suriyanın Hama əyalətində Rusiya Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

SalamNews “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Belə ki, helikopterin qəzaya uğraması nəticəsində pilotlar ölüb.

“Mi-24” tipli helikopter dekabrın 31-də Hamada tapşırığın icrası zamanı qəzaya uğrayıb.

Qeyd edək ki, hadisə ilə məlumat isə yanvarın 3-də yayılıb.