AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Yanvar 2018, 14:07 (GMT +4)

Bakıda daha bir marşrut xəttinə yeni avtobuslar buraxılıb (FOTOLAR)

Bakı, 3 yanvar, SalamNews, K.Orxan.  Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində paytaxtda daha bir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib.

Bu barədə SalamNews-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verilib.

BNA rəsmisi bildirib ki, artıq  bu gündən 133 nömrəli müntəzəm marşrut xətti üzrə sərinişinlərimizə yeni avtobuslar xidmət edir: "Hazırda bu marşrut xəttinin də kart sisteminə keçidi istiqamətində işlər aparırlır. 2017-ci ildə "Çinar Trans" MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Bu il də 85 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub."