DÜNYA » SİYASƏT
03 Yanvar 2018, 14:28 (GMT +4)

Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani İrandakı vəziyyəti müzakirə edib

Bakı, 3 yanvar, SalamNewsTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında telefon danışığı keçirilib.

SalamNews-un “Milliyet"ə istinadən verdiyi məlumata görə, telefon danışığında Ərdoğan İranda baş verən hadisələr barədə Ruhanidən məlumat alıb.

O, Türkiyənin İranda ictimai sabitliyin qorunmasına  önəm verdiyini bildirib. Ərdoğan həmçinin bildirib ki, xalq sülhməramlı etiraz aksiyası keçirmək hüququndan  istifadə edərkən qanunları pozmamalıdır.