QAFQAZ » HADİSƏLƏR
03 Yanvar 2018, 15:25 (GMT +4)

Ermənistanda partlayış baş verib

Bakı, 3 yanvar, SalamNews. Ermənistanın şimalında partlayış olub.

SalamNews-un erməni KİV-lərinə istinadən məlumatına görə, partlayış Lori vilayətindəki Mets Parni kənd inzibati binasında baş verib.

Hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.