RUSİYA » SİYASƏT
03 Yanvar 2018, 15:42 (GMT +4)

Amerika etirazçıların səsini boğmaqla bağlı öz təcrübəsini İranla  bölüşə bilər -Rusiya rəsmisi 

Bakı, 3 yanvar, SalamNews. Rusiyanın Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Helinin İrandakı hökümət əleyhinə keçirilən aksiyaları dəstəklədiyinə dair açıqlamasına münasibət bildirib.

SalamNews-un "NTV"yə istinadən verdiyi xəbərə görə, Zaxarova Helinin İrandakı hadisələrlə bağlı BMT-də təcili komissiya yaradılması təklifini anlamadıqlarını qeyd edib:

"İranın daxilində baş verənlər BMT-də hansı səbəbdən müzakirə edilməlidir? Bunun BMT ilə nə əlaqəsi var?

Şübhəsiz Amerikanın BMT-dəki nümayəndəliyinin deməyə sözü  çoxdur. Onlar etirazçıların səsini boğmaqda, dinc aksiyaları, iğtişaşları yatırtmaqda böyük təcrübəyə malikdirlər. Onlar öz təcrübələrini dünya ilə, həmçinin İranla bölüşə bilərlər”.