AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
03 Yanvar 2018, 16:06 (GMT +4)

Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik material daxil olub

Bakı, 3 yanvar, SalamNews. AMEA Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik məişət əşyası daxil olub.

Muzeydən SalamNews-a verilən məlumata görə, bu, məişətimizdə geniş istifadə olunan əl tərəzisidir. XIX əsrin sonu - XX əsrin əvvəlinə aid edilən əl tərəzisi ölçü vahidi kimi müxtəlif məqsədlərlə işlədilib. Dirək formasında olan tərəzi bürüncdəndir, bir tərəfində yoğun tutacağı var.

Məişət əşyası muzeyin Etnoqrafiya fonduna təhvil verilib.