DÜNYA » SİYASƏT
03 Yanvar 2018, 17:00 (GMT +4)

İrandakı nümayişləri yalnız Netenyahu və Tramp dəstəkləyir – Türkiyə XİN rəhbəri

Bakı, 3 yanvar, SalamNews. İrandakı nümayişləri iki nəfər dəstəkləyir: Biri Netenyahudur, digəri isə Tramp.

SalamNews-un “Haberler”ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici işlər naziri Mevlüd Çavuşoğu bəyan edib.

O bildirib ki, digər ölkələrdən bu nümayişlərin dəstəkləndiyinə dair açıqlamalar verilməyib.

“Bu prosesi iki nəfər dəstəkləyir, Netenyahu və Tramp. Başqa ölkələrdən bu aksiyaları dəstəkləyən açıqlamalar görmədim. İranın daxili işləridir,  amma İranın sabitliyi qonşuları üçün əhəmiyyətlidir. Xaricdən  bu cür müdaxilələrə qarşıyıq. Ölkə  rəhbərlikləri seçki yolu ilə təyin edilir. Bir rəhbərlik dəyişəcəksə, növbəti  seçkidə İran xalqı tərəfindən dəyişdirilə bilər”.

Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə mütəmadi olaraq əlaqə saxladığını, ölkədəki vəziyyət barədə məlumat aldıqlarını qeyd edib.

“Zərifin dediyinə görə, vəziyyət o qədər də pis deyil. Türkiyədəki Gəzi parkı hadisələriylə bənzədilir. İran rəhbərliyi bu nümayişçilərlə diqqətli davranır”.