Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Miniatür Kitab Muzeyində Zakir Bağırovun anım mərasimi keçirilib

31 Mart 2015, 12:00 (GMT +4)

Bakı, 31 mart, SalamNews, Ş.Nəzərli. Miniatür Kitab Muzeyində görkəmli mədəniyyət xadimi, Azərbaycanın mədəniyyət naziri olmuş Zakir Bağırovun anım mərasimi keçirilib.

SalamNews xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri mərasimi muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyəti idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova açaraq toplantının həm də muzeyin Ginnesin rekordlar kitabına düşməsinə dair sertifikat aldığı günə təsadüf etdiyini bildirib.

Tədbirdə filologiya elmləri namizədi Esmira Fuadın (Şükürovanın) “Zakir Bağırov-85” (O, dünyaya xeyirxah işlər görmək üçün gəlmişdi) miniatür kitabının təqdimatı keçirilib.

Z.Salahova sonra Z.Bağırov haqqında Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə “İndiqo” mətbəəsində nəfis tərtibatla çapdan çıxmış miniatür kitabı iştirakçılara təqdim edib. Rus dilində nəşr edilmiş 45x47 mm ölçüdə kitab 244 səhifədən ibarətdir. Üz qabığında Zakir Bağırovun fotosu yer almış miniatür nəşr cəmi 100 nüsxə tirajla çap edilib.

Tədbirdə çıxış edən kitabın müəllifi Esmira Fuad, əməkdar jurnalist Elmira Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin deputatı Hadı Rəcəbli və başqaları Zakir Bağırovun həyat və fəaliyyətindən, mədəniyyət naziri işlədiyi 18 ildə müvafiq sahənin inkişafına verdiyi töhfələrdən geniş söhbət açıblar.

Bildirilib ki, o, Azərbaycan Dövlət Universitetini əla qiymətlərlə bitirib və fəlsəfə kafedrasında saxlanılıb. Özünə inam Zakir Bağırovu SSRİ EA Fəlsəfə İnstitutunun aspiranturasına aparıb çıxarıb, Moskvada elmi iş müdafiə edib.

Vurğulanıb ki, Zakir Bağırov Azərbaycanın mədəniyyət naziri olarkən onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Xoreoqrafiya Məktəbi tikilib, bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestrlər yaradılıb. Üzeyir Hacıbəyli, Səməd Vurğun, Cəfər Cabbarlının ev-muzeyləri məhz onun nazir olduğu dövrdə açılıb. Azərbaycan sirk kollektivi də Zakir Bağırovun təşəbbüsü ilə yaradılıb.

Nəşrdə müəllif həmçinin xalq rəssamı Ömər Eldarovun, xalq artistləri Fidan və Xuraman Qasımovaların habelə mərhum bəstəkar Tofiq Quliyevin, görkəmli jurnalist Azad Şərifovun və başqalarının xatirələrinə də yer ayırıb.

Mərasimdə Zakir Bağırovun nəvəsi Fərəh Bağırovanın babasına həsr etdiyi rəsm əsəri də təqdim olunub.

Sonda Zakir Bağırovun ömür-gün yoldaşı Tamilla xanım və oğlu Nəriman miniatür kitabın nəşrində və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı məktəblilərinin Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil edilib

Bakıda “Vaqif Mustafazadə” miniatür kitabının təqdimatı keçirilib

Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbərinin yubileyi qeyd olunub 

Gəncə Miniatür Kitab Muzeyində 1045 miniatür kitab nümayiş olunur (FOTO)

Bəstəkar Zakir Bağırovun 100 illiyi qeyd olunacaq

Miniatür Kitab Muzeyinin Gəncə filialı açılıb (FOTO)

Bəstəkar Zakir Bağırova həsr olunmuş tədbir keçirilib

20 Noyabr 2018, 12:27 (GMT +4)
Bəşər Əsəd mövlud tədbiri ilə bağlı camaat namazına qatılıb (FOTO)

20 Noyabr 2018, 12:26 (GMT +4)
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Noyabr 2018, 12:18 (GMT +4)
Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb

20 Noyabr 2018, 12:04 (GMT +4)
Kapital Bank 24/7 rejimdə işləyən Sahil filialını istifadəyə verib

20 Noyabr 2018, 11:50 (GMT +4)
AtaBank-dan 3 kampaniya bir arada!

20 Noyabr 2018, 11:37 (GMT +4)
Suriya türkmənləri ilk dəfə olaraq bayraqlarını nümayiş etdiriblər  (FOTO)

20 Noyabr 2018, 11:33 (GMT +4)
Bakıda baş verən yol qəzasında bir nəfər ölüb 

20 Noyabr 2018, 11:20 (GMT +4)
ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

20 Noyabr 2018, 11:07 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin CEDAW Komitəsinə 6-cı dövri hesabatı hazırlayır

20 Noyabr 2018, 10:57 (GMT +4)
Türkiyədə qəzaya uğrayan təyyarədə  2 nəfərin meyiti aşkar edilib

20 Noyabr 2018, 10:38 (GMT +4)
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub (FOTOLAR)

20 Noyabr 2018, 10:33 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

20 Noyabr 2018, 10:30 (GMT +4)
Ordu Suriya səhrasında Tülul-Səfa bölgəsinin bütününü İŞİD-dən azad edib (VİDEO)

20 Noyabr 2018, 10:24 (GMT +4)
Səfər Mehdiyevin sədrliyi ilə biznes-forum keçiriləcək

20 Noyabr 2018, 10:10 (GMT +4)
Azərbaycanın müdafiə naziri üçtərəfli görüş keçirəcək

20 Noyabr 2018, 10:02 (GMT +4)
Ötən gün baş verən yol qəzalarında 8 nəfər ölüb

20 Noyabr 2018, 09:59 (GMT +4)
Səudiyyə koalisiyası atəşkəsdən sonra yenidən əl-Hudeydaya hücuma başlayıb

20 Noyabr 2018, 09:50 (GMT +4)
Fransa Ər-Riyadın əleyhinə sanksiyalar tətbiq etməyə hazırdır

20 Noyabr 2018, 09:45 (GMT +4)
Gürcüstanda peyğəmbərin (s) mövludu ilə bağlı tədbir keçirilib

20 Noyabr 2018, 09:28 (GMT +4)
Çavuşoğlu və Quterreş Kaşıkçı cinayətini müzakirə edib

20 Noyabr 2018, 09:23 (GMT +4)
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 30 dəfə pozub

20 Noyabr 2018, 09:16 (GMT +4)
Onlarla şahzadə Bin-Salmanın kral olmasının qarşısını almağa çalışırlar  - Reuters

20 Noyabr 2018, 09:12 (GMT +4)
Azərbaycan kərə yağı idxalını azaldıb

20 Noyabr 2018, 09:08 (GMT +4)
Gəncədə yaşayış binasında güclü partlayış olub, ölən və yaralananlar var (FOTO, VİDEO)

20 Noyabr 2018, 09:02 (GMT +4)
Tanınmış jurnalist yeni vəzifəyə gətirilib (RƏSMİ)

20 Noyabr 2018, 09:00 (GMT +4)
Bu gün Qarakənd faciəsindən 27 il ötür

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

19 Noyabr 2018, 17:56 (GMT +4)
Ağcabədidə brakonyerlər saxlanılıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66