Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU-da Avropa və Azərbaycan alimlərinin birgə konfransı olub

12 Noyabr 2015, 15:36 (GMT +4)

Bakı, 12 noyabr, SalamNews. "Bu gün Bakı Dövlət Universitetində "Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi" adlı TEMPUS ECONANO layihəsinin yerinə yetirilməsi ilə əlaqədar Avropa və Azərbaycan alimlərinin birgə konfransı olub.

SalamNews xəbər verir ki, konfransı açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan təhsil sisteminə çox böyük töhfə verən layihənin əhəmiyyətindən danışıb və İtaliya, Fransa və Yunanıstanın aparıcı universitetləri ilə Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat, Qafqaz universitetlərinin, o cümlədən "AzEcolab" özəl şirkəti və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yerinə yetirildiyini bildirib.

Rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu layihəyə böyük dəyər verdiyini qeyd edib. Layihə ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas və İtaliyanın Azərbaycandakı səfir müavini Campaolo Kutillo çıxış ediblər. ECONANO layihəsinin rəhbəri, professor Luka Di Palma çıxış edərək layihənin qarşıya qoyduğu problemlərdən, bu istiaqamətdə görülən işlərdən bəhs edib.

Qeyd edib ki, layihə yerinə yetirildiyi müddət ərzində bir sıra uğurlara imza atıb. Belə ki, Azərbaycan universitetlərinin 12 magistrantı üç ay müddətində BDU-da Avropa və Azərbaycan professorlarının mühazirələri dinləyib, 2015-ci ildə fevral-may ayları ərzində Avropa universitetlərində dissertasiya işlərini tamamlayıb, 2015-ci ilin iyul ayında BDU-da Beynəlxalq komissiya qarşısında ingilis dilində müdafiə ediblər. Bakı Dövlət Universitetinin fizika fakültəsinin professoru Məhəmmədəli Ramazanov isə bildirib ki, BDU-da nanotexnologiya sahəsində həm yüksək səviyyəli fundamental tətbiqi işlər, həm də həm təhsil proqramları yerinə yetirilir. Onun sözlərinə görə layihənin uğurlu tərəflərindən biri də həmin tələbələrin doktoranturaya qəbul edilmələri, Azərbaycan və Avropa universitetlərindən ikili rəhbər məsələsinə razılıq əldə edilməsidir. Onu da qeyd edək ki, tədbirdə AzEcolab özəl şirkətinin rəhbəri Bəhruz Suleymanov, İlham Humbətov, İtaliya, Fransa və Yunanıstan universitetlərinin professorları, respublikanın ali məktəblərinin aparıcı alimləri və digər sahələrdə çalışan mütəxəssislər, doktorantlar, magistrlər iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 İyul 2018, 08:19 (GMT +4)
“Əkinçi” qəzeti ilə xalqımızın mədəni mühitimizdə yeni üfüqlər açılıb - nazir

22 İyul 2018, 07:01 (GMT +4)
Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur

21 İyul 2018, 17:01 (GMT +4)
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib

21 İyul 2018, 16:51 (GMT +4)
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyanın yeni tərkibi təsdiqlənib

21 İyul 2018, 16:46 (GMT +4)
Qəbələdə “Hərbiyyə” hərbi-vətənpərvərlik yay düşərgəsi açılıb

21 İyul 2018, 16:40 (GMT +4)
“Mersedes” Bottas ilə yeni müqavilə imzalayıb

21 İyul 2018, 16:30 (GMT +4)
Məşədi Dadaş məscidində qanvermə aksiyası keçirilib

21 İyul 2018, 16:23 (GMT +4)
Çaylardakı suyun vəziyyəti açıqlanıb

21 İyul 2018, 16:12 (GMT +4)
İlham Əliyev Misirin prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib

21 İyul 2018, 15:58 (GMT +4)
Müdafiə naziri qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqları müəyyən edib

21 İyul 2018, 15:42 (GMT +4)
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

21 İyul 2018, 15:25 (GMT +4)
Maştağa-Nardaran avtomobil yolu istifadəyə verilib

21 İyul 2018, 15:25 (GMT +4)
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub və 1 nəfər öldürülüb

21 İyul 2018, 15:05 (GMT +4)
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

21 İyul 2018, 14:45 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

21 İyul 2018, 14:30 (GMT +4)
Füzulidə taxıl sahəsi yanıb

21 İyul 2018, 14:17 (GMT +4)
Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

21 İyul 2018, 13:51 (GMT +4)
Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb

21 İyul 2018, 13:41 (GMT +4)
Goranboyda top mərmisi aşkarlanıb

21 İyul 2018, 13:00 (GMT +4)
700 bal toplayan paytaxt məktəblilərinin adları açıqlanıb

21 İyul 2018, 12:45 (GMT +4)
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

21 İyul 2018, 12:20 (GMT +4)
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

21 İyul 2018, 12:02 (GMT +4)
Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

21 İyul 2018, 11:45 (GMT +4)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21 İyul 2018, 11:25 (GMT +4)
Ötən günün cinayət statistikası açıqlanıb

21 İyul 2018, 11:04 (GMT +4)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

21 İyul 2018, 10:38 (GMT +4)
Milli Məclisin deputatları Latviyaya gedir

21 İyul 2018, 10:16 (GMT +4)
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar

21 İyul 2018, 10:03 (GMT +4)
"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib

21 İyul 2018, 10:02 (GMT +4)
Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66