Allah Türkiyənin liderlərinin ağlını alaraq, cəzalandırmağa qərar verib - Vladimir Putin (VİDEO)
Bakı, 3 dekabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi federal toplantıdakı nitqində ölkəsinin Türkiyə ilə münasibətlərinə toxunub.
Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.
Türkiyə hərbçiləri tərəfindən "Su-24" təyyarəsinin vurulmasını xatırlayan Rusiya rəhbəri deyib: "Biz Türkiyə ilə əməkdaşlıq etməyə hazır idik. Yəqin, yalnız Allah onların bunu nə üçün etdiklərini bilir.
Allah Türkiyənin hakim dəstəsini ağıldan məhrum edərək, onları cəzalandırmağa qərar verib.”
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.