"BakuBus"ın gediş haqqı kartlarının satış məntəqələri artırılır17 Mart 2016, 11:30 (GMT +4) Bakı, 17 mart, SalamNews. Bakıda sərnişin daşımaları sahəsində fəaliyyət göstərən "BakuBus" MMC gediş haqqı kartlarının (BakıKart) satış məntəqələrini genişləndirib.
SalamNews xəbər verir ki, “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bu barədə bildirib ki, artıq "BakıKartı"ı MilliÖN ödəmə terminallarında da əldə etmək mümkündür.
Onun sözlərinə görə, Bakı şəhərində 50 avtobus dayanacağında MilliÖN aparatları var. Tezliklə bu rəqəmin 500 olacağı gözlənilir.
|