Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev “BakuBus” MMC-nin ikinci deposunun açılışında iştirak edib (FOTOLENT)

18 Aprel 2016, 13:58 (GMT +4)

Bakı, 18 aprel, SalamNews. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.

SalamNews-un məlumatına görə, dövlət başçısına burada yaradılan şərait barədə məlumat verildi.

Bakı metrosunun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən depoda 300 avtobusun eyni anda park edilməsi mümkündür.

Prezident İlham Əliyev deponun rəmzi açılışını bildirən lenti kəsdi və inzibati binada yaradılan şəraitlə tanış oldu.

Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Depoda işçilərin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevə “BakuBus” MMC-nin on aylıq fəaliyyəti barədə məlumat verdi.

Prezident İlham Əliyevin Bakıda nəqliyyat sahəsində islahatların aparılması, həmçinin birinci Avropa Oyunları ilə əlaqədar yol-nəqliyyat kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə əlavə tədbirlərlə bağlı Fərmanına əsasən, paytaxtın bugünkü simasına uyğun olaraq, şəhərin nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bu tədbirlərin nəticəsi olaraq, Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli qərarına əsasən, “BakuBus” MMC yaradılıb. Hazırda şirkətin Bakı şəhəri üzrə ümumilikdə 7 marşrut xətti ilə 170 avtobusu əhaliyə xidmət göstərir. Yeddi ay ərzində 24 milyona yaxın sərnişin daşınıb. “BakuBus” MMC-nin depoları fəaliyyətə başladıqdan sonra 1500-ə yaxın iş yeri yaradılacaq. Hazırda isə qurumda müxtəlif istiqamətlər üzrə 750-dək iş yeri açılıb. “BakuBus” avtobuslarının sərnişinləri və MMC-nin əməkdaşları qəzalara qarşı sığortalanıblar. Yaradılmış sistem vasitəsilə istənilən şəxs “BakuBus” MMC-nin saytına daxil olaraq avtobusların marşrut xəttini öyrənə və onları onlayn rejimdə izləyə bilər.

Deponun inzibati binasındakı iclas zalı və digər otaqlar zəruri avadanlıqla təchiz edilib. Burada informasiya texnologiyaları və elektron xidmətlərin təşkili, insan resurslarını idarəetmə, marşrut xətlərinin planlaşdırılması, daxili nəzarət və digər şöbələr fəaliyyət göstərir. Binada işçilər üçün müasir yeməkxana da yaradılıb.

Prezident İlham Əliyev “BakuBus” MMC tərəfindən gələcəkdə alınması nəzərdə tutulan avtobuslara da baxdı.

Avtobusların hamısı rahatlığı və təhlükəsizliyi ilə seçilir. Sərnişinlərin təhlükəsizliyi və ətraf mühitə vurula biləcək zərərin minimum səviyyəyə endirilməsi məqsədilə STQ mühərriki ilə işləyən avtobuslara üstünlük verilib. “BakuBus” MMC gələcəkdə də sərnişindaşıma sahəsində müasir standartlar səviyyəsində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə avtobus parkının yenilənməsi və müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra edilir.

Diqqətə çatdırıldı ki, “BakuBus” MMC tərəfindən ilk dəfə olaraq hava limanı ekspress xətti istifadəyə verilib. Müasirliyi və rahatlığı ilə seçilən 5 avtobus sərnişinləri metronun “28 May” stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə fasiləsiz olaraq daşıyır. Avtobusların sərnişin tutumu 48 yerlikdir.

Hazırda paytaxtın müxtəlif yerlərində, avtobus dayanacaqlarında “Bakıkart”ın ödəmə aparatları quraşdırılıb. Bundan başqa, “MilliÖn” aparatları da “Bakıkart” sisteminə inteqrasiya edilib. Sakinlər bu aparatlarda həm “Bakıkart” əldə edə, həm də kartın balansını artıra bilərlər.

Dövlətimizin başçısına məlumat verildi ki, “BakuBus” MMC-nin ikinci deposunun ümumi ərazisi 8 hektardır. Ərazidə inzibati bina ilə yanaşı, köməkçi binalar, o cümlədən sürücü, tibb, təmir mərkəzləri, avtobusları yuma və gecə növbəsində işləyənlərin qalması üçün məntəqələr inşa edilib.

“BakuBus” MMC-nin ikinci deposu əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yaradılıb. Ümumi sahəsi 650 kvadratmetr olan yuma məntəqəsində eyni anda 3 avtobusun yuyulması mümkündür. Müasir yuyucu avadanlıqla təchiz edilən məntəqənin üstün cəhətlərindən biri də sərf olunmuş suyun 85 faizinin təmizlənərək təkrar istifadə edilməsidir. Yuyulduqdan sonra avtobuslarda daxili dezinfeksiya işləri aparılır.

Deponun texniki təmir mərkəzi də müasir səviyyədə qurulub. Avtobuslara texniki baxış və təmir xidmətləri göstərmək üçün yaradılan mərkəzdə Almaniya və digər qabaqcıl ölkələrin istehsalı olan müxtəlif növ avadanlıq quraşdırılıb. Mərkəzdə eyni vaxtda 10 avtobusa xidmət göstərmək mümkündür.

Deponun buraxılış və tibbi yoxlama məntəqəsi də var. Burada sürücülərin xəttə çıxmazdan əvvəl tibbi müayinəsi və zəruri sənədləşmə prosesi aparılır. Depo tam fəaliyyətə başladıqdan sonra 1500-dək əlavə iş yerinin açılması planlaşdırılır. Ərazidə yağış sularından istifadə üçün kanallar çəkilib, yeraltı çənlər quraşdırılıb, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib

Putin: ``İlham Əliyev avqustun 30-da Rusiyaya növbəti dəfə səfər edəcək``

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb

Prezident İlham Əliyevin Əskişəhərdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

Prezident İlham Əliyev Əskişəhərdə BP-nin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb (FOTO)

Prezident İlham Əliyev: "Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir"

İlham Əliyev dünya çempionatının açılışı üçün Moskvaya səfər edəcək

Prezident İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul edib

David Lappartyen: Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram

İlham Əliyev: Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq

Prezident İlham Əliyev Naftalana səfərə gedib

Prezident İlham Əliyev Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib

İlham Əliyev “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak etdi

İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyevin Goranboy rayonuna səfəri başlayıb

Banqladeşin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev İran Prezidenti Aparatının rəhbərini qəbul edib

Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Meksika prezidenti İlham Əliyevi təbrik edib

20 İyun 2018, 18:09 (GMT +4)
İsmayıllıda avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayrılıb

20 İyun 2018, 18:01 (GMT +4)
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılışı olub

20 İyun 2018, 17:50 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

20 İyun 2018, 17:43 (GMT +4)
DİN ətrafı zibilləyən 206 fiziki və hüquqi şəxsi cərimələyib

20 İyun 2018, 17:32 (GMT +4)
Bakcell sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib

20 İyun 2018, 17:19 (GMT +4)
SOCAR Estoniya ofisini bağlayacaq

20 İyun 2018, 17:06 (GMT +4)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

20 İyun 2018, 16:56 (GMT +4)
Yıldırım: İraqın şimalı PKK terrorçularından  təmizlənəcək

20 İyun 2018, 16:54 (GMT +4)
Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

20 İyun 2018, 16:34 (GMT +4)
“Nar” 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20 İyun 2018, 16:23 (GMT +4)
Türkiyədə hərbçilərə hücum edilib, ölən və yaralananlar var

20 İyun 2018, 16:10 (GMT +4)
Xarici işlər naziri Elmar Məmmədyarov Belarusa səfər edəcək

20 İyun 2018, 16:03 (GMT +4)
AQTA idxal-ixrac əməliyyatları ilə bağlı tələbləri açıqlayıb

20 İyun 2018, 15:57 (GMT +4)
Erməni nazir ilə Aİ rəsmisi Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

20 İyun 2018, 15:44 (GMT +4)
Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

20 İyun 2018, 15:30 (GMT +4)
ABŞ kosmosa silah çıxarmaq istəyir - Rusiya XİN

20 İyun 2018, 15:23 (GMT +4)
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub

20 İyun 2018, 15:12 (GMT +4)
Estetik lazer texnologiyaları mövzusunda konfrans keçiriləcək

20 İyun 2018, 15:03 (GMT +4)
İndoneziyada gəmi qəzası: itkin düşənlərin sayı 180 nəfərə çatıb

20 İyun 2018, 14:55 (GMT +4)
Göyçayda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur (VİDEO)

20 İyun 2018, 14:29 (GMT +4)
Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkəsi hazırlanıb

20 İyun 2018, 14:17 (GMT +4)
Azərbaycan Vyetnamla Protokol imzalayıb

20 İyun 2018, 14:10 (GMT +4)
Cənubi Koreya ÇXR və KXDR liderlərinin görüşünü yüksək qiymətləndirir

20 İyun 2018, 14:05 (GMT +4)
Zakir Həsənov: Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir

20 İyun 2018, 13:57 (GMT +4)
"Taliban" Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə hücum edib, ölənlər var 

20 İyun 2018, 13:46 (GMT +4)
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

20 İyun 2018, 13:39 (GMT +4)
FHN Lerik sakininin göldə batması barədə məlumat yayıb

20 İyun 2018, 13:26 (GMT +4)
Azərbaycan Next Stage Europe 2018 beynəlxalq festivalında təmsil olunub

20 İyun 2018, 13:18 (GMT +4)
Maliyyə Nazirliyi ARPA ilə birgə qanuna dəyikliklə bağlı tədbir keçirib

20 İyun 2018, 12:55 (GMT +4)
Sabah paytaxtda 32 dərəcə isti olacağı gözlənilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66