Azərbaycanda hamı bir-biri ilə bərabərlik, qardaşlıq, sülh və əməkdaşlıq içərisində yaşayır - səfir29 Aprel 2016, 10:43 (GMT +4) Bakı, 29 aprel, SalamNews, A.Bayramova. "Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirilməsi və Bakı bəyannaməsinin qəbul edilməsi münasibətilə Azərbaycanı təbrik edirik. Bu forum Azərbaycanda keçirilmiş əvvəlki forumlar kimi yerli strukturlar tərəfindən yüksək səviyyədə təşkilatçılıq və qonaqpərvərliklə fərqlənib."
Bunu SalamNews-a açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.
Səfir bildirib ki, bu mühüm forumun ancaq Azərbaycanın rəmzi olan Bakıda keçirilməsi münasib olardı. Çünki Bakı tarix boyu bəşəri sivilizasiyaların bir-biri ilə əlaqədə olması üçün körpü rolunu oynayıb: "İlk növbədə Bakının İpək Yolunun üstündə yerləşməsi ilə onun əsas çoğrafi mövqeyi buna əsas verir. İkincisi isə Bakı biliyin zənginləşdirilməsində, müxtəlif bəşəri toplumlar arasında qardaşlığın, birgə yaşama prinsiplərinin möhkəmləndirilməsinə töhfə verən müxtəlif dinlər və mədəniyyətlərdən olan və öz fikirlərini bir-biriləri ilə mübadilə edən bəşəri toplumların görüş yeri olub. Bu gün Azərbaycan həmin prinsipləri davam etdirir, çünki burada bütün kateqoriyalardan olan insanlar bir-biriləri ilə bərabərlik, qardaşlıq, sülh və əməkdaşlıq içərisində yaşayırlar”.
|