Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT
16 May 2016, 09:13 (GMT +4)

Qarabağ atları Britaniya Kraliçası qarşısında öz məharətlərini nümayiş etdirib

Bakı, 16 may, SalamNews. London yaxınlığındakı Vindzor qəsrinin ərazisində keçirilən Kral Vindzor At Şousunun final mərhələsində Azərbaycanın “Qarabağ” cinsindən olan 15 atdan ibarət komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Kraliça II Yelizaveta qarşısında çıxış ediblər. Mayın 11-15-də keçirilən bu məftunedici şou Kraliçanın 90 illik yubileyinə həsr olunub.

SalamNews xəbər verir ki, Azərbaycan nümayəndə heyəti adından Kraliça II Yelizavetaya respublikanın Əməkdar rəssamı Sakit Məmmədovun rəsm əsəri xatirə hədiyyəsi edilib.

Azərbaycanın Kral Vindzor At Şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib. Təşkilati işlərə musiqiçi və rəqqasların Londona səfərlərinin təşkili, atların çaparlarla birlikdə Vindzora çatdırılması, həmçinin, Azərbaycan mədəniyyəti pavilyonunun qurulması daxil idi. Atların Britaniyaya çatdırılması üçün düz 2 ay vaxt tələb olunub. Vindzorda Azərbaycanın milli folklorunu təcəssüm etdirən bir-birindən maraqlı rəqs nömrələri və musiqili tədbirlər keçirilib. Mədəniyyət pavilyonumuzu ziyarət edən yüzlərlə britaniyalı və xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti haqqında müfəssəl məlumatlar əldə ediblər, ləziz mətbəximizdən dadaraq Azərbaycanın qonaqpəvərliyinin şahidi olublar.

Tamaşa ərzində auditoriyanı ovsunlayan Qarabağ atları Kraliça II Yelizavetaya da yaxşı təəssürat bağışlayıb. Atlara xüsusi rəğbət bəsləyən əlahəzrət Kraliça atların gözəlliyini və çaparların mükəmməl bacarıqlarını yüksək qiymətləndirib.

Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin qonağı kimi iştirak edən, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini Lord Kilkluni bütün tamaşanı ümumi kontekstdə belə dəyərləndirib: “Mən bir neçə dəfə Azərbaycana səfər edib bu gözəl məmləkətin hər bir güşəsində olmuşam. Azərbaycan xalqının səmimi qonaqpərvərliyinin heyran qalmışam. Yeganə gedə bilmədiyim yer hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdır. Bu region haqlı olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Buna görə də, ilk dəfə Qarabağ atlarını görmək mənim üçün xüsusilə böyük məna daşıyır. Təəssüf ki, bu, Dağlıq Qarabağın özündə deyil, burada Böyük Britaniyada baş verdi. Ümid edirəm ki, bir gün, mən eyni çıxışı Dağlıq Qarabağın özündə görə biləcəyəm”.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tədbirin yekun nəticələrinə dair münasibət bildirərkən deyib ki, Vindzor Kral At Şousu Azərbaycan və Böyük Britaniya arasında olan münasibətləri gücləndirən daha bir əlamətdar hadisə kimi yadda qaldı. TEAS Qarabağ atlarının Vindzor At Şousunun iştirakı təşəbbüsünü irəli sürməklə müxtəlif mədəniyyətləri ortaq maraq dairəsində bir araya gətirmək bacarığını nümayiş etdirdi.

Hazırda Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrindən erməni hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı təcavüz etdiyi bir vaxtda, dünyaya Azərbaycanın zəngin mədəni və tarixi irsini nümayiş etdirmək üçün çox yaxşı imkandır. Atlara qarşı sevgi hər zaman sivil cəmiyyətin əlaməti olub və biz Azərbaycanın gələcəkdə də bu cür tədbirlərdə iştirakına ümid edirik.

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərib

Muxtar Babayev Böyük Britaniyanın ticarət nümayəndəsini qəbul edib

Mey: Böyük Britaniya Aİ-nin gömrük birliyini tərk edir

Böyük Britaniyada yeni daxili işlər naziri təyin edilib

Böyük Britaniyanın daxili işlər naziri istefa verib

Azərbaycan Prezidenti ilə Böyük Britaniya Baş naziri arasında görüş olub

İlham Əliyev Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb

Prezident Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşüb

Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri başlayıb

Britaniya “Aeroflot” təyyarəsində aparılan axtarışa görə üzr istəyib

Britaniyanı maliyyə böhranı gözləyir   

Rusiyanın 23 diplomatı Böyük Britaniyanı tərk edib

Rusiya XİN 23 britaniyalı diplomatı “persona non-qrata” elan edib

Britaniyanın səfiri Rusiya XİN-ə çağırılıb

Sergey Lavrov: Rusiya britaniyalı diplomatları ölkədən çıxaracaq

Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat qəbul ediblər

Rusiya Britaniya diplomatlarını ölkədən çıxaracaq - Lavrov

Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

Britaniyanın Lester şəhərində partlayış nəticəsində 6 nəfər yaralanıb

Əbülfəs Qarayev Böyük Britaniyaya səfər edib

20 İyun 2018, 17:06 (GMT +4)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

20 İyun 2018, 16:56 (GMT +4)
Yıldırım: İraqın şimalı PKK terrorçularından  təmizlənəcək

20 İyun 2018, 16:54 (GMT +4)
Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

20 İyun 2018, 16:34 (GMT +4)
“Nar” 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20 İyun 2018, 16:23 (GMT +4)
Türkiyədə hərbçilərə hücum edilib, ölən və yaralananlar var

20 İyun 2018, 16:10 (GMT +4)
Xarici işlər naziri Elmar Məmmədyarov Belarusa səfər edəcək

20 İyun 2018, 16:03 (GMT +4)
AQTA idxal-ixrac əməliyyatları ilə bağlı tələbləri açıqlayıb

20 İyun 2018, 15:57 (GMT +4)
Erməni nazir ilə Aİ rəsmisi Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

20 İyun 2018, 15:44 (GMT +4)
Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

20 İyun 2018, 15:30 (GMT +4)
ABŞ kosmosa silah çıxarmaq istəyir - Rusiya XİN

20 İyun 2018, 15:23 (GMT +4)
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub

20 İyun 2018, 15:12 (GMT +4)
Estetik lazer texnologiyaları mövzusunda konfrans keçiriləcək

20 İyun 2018, 15:03 (GMT +4)
İndoneziyada gəmi qəzası: itkin düşənlərin sayı 180 nəfərə çatıb

20 İyun 2018, 14:55 (GMT +4)
Göyçayda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur (VİDEO)

20 İyun 2018, 14:29 (GMT +4)
Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkəsi hazırlanıb

20 İyun 2018, 14:17 (GMT +4)
Azərbaycan Vyetnamla Protokol imzalayıb

20 İyun 2018, 14:10 (GMT +4)
Cənubi Koreya ÇXR və KXDR liderlərinin görüşünü yüksək qiymətləndirir

20 İyun 2018, 14:05 (GMT +4)
Zakir Həsənov: Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir

20 İyun 2018, 13:57 (GMT +4)
"Taliban" Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə hücum edib, ölənlər var 

20 İyun 2018, 13:46 (GMT +4)
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

20 İyun 2018, 13:39 (GMT +4)
FHN Lerik sakininin göldə batması barədə məlumat yayıb

20 İyun 2018, 13:26 (GMT +4)
Azərbaycan Next Stage Europe 2018 beynəlxalq festivalında təmsil olunub

20 İyun 2018, 13:18 (GMT +4)
Maliyyə Nazirliyi ARPA ilə birgə qanuna dəyikliklə bağlı tədbir keçirib

20 İyun 2018, 12:55 (GMT +4)
Sabah paytaxtda 32 dərəcə isti olacağı gözlənilir

20 İyun 2018, 12:33 (GMT +4)
Yeniyetmə güləşçilərimiz Avropa çempionatında 6 medal qazanıblar

20 İyun 2018, 12:13 (GMT +4)
Gömrükçülər avtomobilin təkərlərindən 80 ədəd mobil telefon tapıblar

20 İyun 2018, 12:04 (GMT +4)
SDL Nobel şirkətinin əməkdaşları Milli Qurtuluş gününü qeyd edib

20 İyun 2018, 11:55 (GMT +4)
London məhkəməsi “Qazprom”un aktivlərini dondurdu   

20 İyun 2018, 11:48 (GMT +4)
Kanadada marixuana leqallaşdırıldı

20 İyun 2018, 11:36 (GMT +4)
"Azexport" “Google Market Finder”ə qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66