Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

“BakuBus” 59 sürücünü ciddi qayda pozuntuları əsasında işdən azad edib

27 İyul 2016, 13:21 (GMT +4)

Bakı, 27 iyul, SalamNews. “BakuBus” 59 sürücünü ciddi qayda pozuntuları əsasında işdən azad edib.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “BakuBus” sərnişindaşıma şirkətinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev məlumat verib.

O bildirib ki, ötən ilin sentyabr ayından bu günə kimi Bakıda sərnişin müraciətləri, aşkar olunmuş nizam-intizam və digər qayda pozuntuları əsasında 163 nəfər avtobus sürücüsü müvafiq olaraq müxtəlif səbəblərdən intizam məsuliyyətinə (töhmət, şiddətli töhmət) cəlb olunub. 59 sürücü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub.

Qeyd edilən dövr ərzində 65 sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub. 

M.Piriyev qeyd edib ki, daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanları da aşkar edilib. Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqları ilə əlaqədardır: “Avtobus gecikmələri ilə bağlı müraciətlər isə əsasən səhər saatlarında, xüsusən saat 08:30-09:00 radələrində daxil olur. Bu müraciətlər də əksər hallarda tıxac və ya işçi heyəti çox olan idarə, təşkilat və ya digər müəssisələrin qarşısında baş verən gecikmələrlə bağlı olur. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa, bunu sərnişinlərdən də əvvəl bu sahəyə məsul əməkdaş görür və gecikmənin dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir."

Şirkət rəsmisi əlavə edib ki, *4242 nömrəli “qaynar xətt”ə daxil olan hər bir müraciətin araşdırılması zamanı aşkar olunmuş çatışmazlıqların həlli işin daha da səmərəli təşkil olunmasına imkan yaradır. Marşrut xətləri ilə bağlı məlumatlar istəyən, sürücü kobudluğu ilə əlaqədar şikayət edən, itmiş əşyalarla, intervallarla bağlı müraciət edən sərnişinlər üstünlük təşkil edir. Hər bir şikayət qeydiyyata alınır və onun əsasında mütəxəssislər tərəfindən araşdırmalar aparılır.

“BakuBus” avtobuslarında quraşdırılmış, 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işi xeyli asanlaşdırır. Təbii ki, əgər sərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür.



Əlaqəli Xəbərlər

Tacikistan prezidenti maliyyə nazirini tutduğu vəzifədən azad edib

20 yanvar şəhidləri xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar - rektor

Bakıda qaydaları pozan marşrut sürücüsü işdən qovulub

Balakəndə piyadanı vuraraq qaçan sürücü tutulub

Əli Həsənov: "ATƏT-in Media azadlığı ofisi Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidir"

Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir

“BakuBus”-a verilən 175 nömrəli marşrut xəttində gediş haqqı açıqlanıb

Yol Polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azadinform İnformasiya Agentliyi 19 yaşını qeyd edir

Bakı Nəqliyyat Agentliyi peşəkar sürücülər axtarır

Şirvanda piyadanın ölümündə şübhəli bilinən sürücü tutulub

Cəlilabadda qəza törədərək hadisə yerindən qaçmış sürücü həbs edilib

Penitensiar müəssisələrdən azad edilmiş 5214 şəxsə birdəfəlik müavinət ödənilib

NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri vəzifəsindən azad edilib-xarici KİV

Moskvada sürücü avtobusu insanların üzərinə sürüb, 2 nəfər ölüb

XİN Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması məsələsini həmsədrlər və BQXK ilə müzakirə edib

Zərdabda mağazadan 70 min manatlıq siqaret oğurlanıb

Bakıda “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib

Azad Rəhimov: “Bu il Azərbaycan idmançıları 851 medal qazanıb”

QMİ-nin qurultaya ehtiyacı yoxdur, məni ömürlük seçiblər - Allahşükür Paşazadə

20 Yanvar 2018, 16:58 (GMT +4)
Gömrükçülər 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20 Yanvar 2018, 16:50 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

20 Yanvar 2018, 16:44 (GMT +4)
Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

20 Yanvar 2018, 16:35 (GMT +4)
Afrin əməliyyatı  başlayıb - Ərdoğan

20 Yanvar 2018, 16:20 (GMT +4)
Daşkəsəndə 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2018, 16:09 (GMT +4)
İrandan Rusiyaya gedən şəxsdən külli miqdarda valyuta aşkar edilib (VİDEO)

20 Yanvar 2018, 15:40 (GMT +4)
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

20 Yanvar 2018, 15:23 (GMT +4)
Bakıda qaçırılmış avtomobillər qısa zamanda polis tərəfindən tapılıb

20 Yanvar 2018, 15:12 (GMT +4)
Moskvada İslam Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi yad edilib

20 Yanvar 2018, 15:05 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar 2018, 14:59 (GMT +4)
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTOLAR)

20 Yanvar 2018, 14:33 (GMT +4)
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20 Yanvar 2018, 14:20 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

20 Yanvar 2018, 14:05 (GMT +4)
Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

20 Yanvar 2018, 13:50 (GMT +4)
20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

20 Yanvar 2018, 13:42 (GMT +4)
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

20 Yanvar 2018, 13:35 (GMT +4)
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

20 Yanvar 2018, 13:14 (GMT +4)
Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

20 Yanvar 2018, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Yanvar 2018, 12:55 (GMT +4)
“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirilib

20 Yanvar 2018, 12:43 (GMT +4)
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

20 Yanvar 2018, 12:31 (GMT +4)
Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən pul oğurlayan dəstə tutulub

20 Yanvar 2018, 12:25 (GMT +4)
 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

20 Yanvar 2018, 12:20 (GMT +4)
ABŞ-da demokratlar və respublikaçılar arasında razılıq əldə edilmədiyi üçün hökumətin fəaliyyəti dayanıb

20 Yanvar 2018, 12:09 (GMT +4)
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

20 Yanvar 2018, 12:00 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (VIDEO)

20 Yanvar 2018, 11:51 (GMT +4)
Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

20 Yanvar 2018, 11:45 (GMT +4)
Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

20 Yanvar 2018, 11:37 (GMT +4)
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

20 Yanvar 2018, 11:28 (GMT +4)
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66