Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

“Naşı jurnalistika”nın ömrü uzun sürməyəcək - professor Cahangir Məmmədli (MÜSAHİBƏ)

08 Noyabr 2016, 13:57 (GMT +4)

Bakı, 8 noyabr, SalamNews, Ş.Nəzərli. “Çox təəssüf ki, indi internet saytlarında, qeyri-peşəkarların əlində olan onlarca qəzetdə dilimizin qaydalarına saymamazlıq, etinasızlıq, dil savadsızlığı, leksika kasıblığı, sintaktik naşılıq hökm sürməkdədir. Təsəllimiz odur ki, bu tipli “naşı jurnalistika”nın ömrü uzun sürməyəcək”.

BDU jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli bunu SalamNews-a müsahibəsində deyib. Ölkə KİV-də çalışan yüzlərlə jurnalistin müəllimi olmuş professorla müsahibənin tam mətnini təqdim edirik. 

- Cahangir müəllim, ömrünüzün 50 ilindən çoxu jurnalistika fakültəsi ilə bağlıdır. Bu ömür daim rahat yaşanıb?

- 1964-cü il avqustun sonu həyatımda baş verən bir hadisə - universitetin jurnalistika fakültəsinə qəbul olunmağım həyatımın sonrakı illərinin əsas məzmununu təşkil edir. Hələ orta məktəbin altıncı sinfindən arzuladığım jurnalistika peşəsinə ömrümün bütün anlarında səmimi bir sədaqət göstərdim. Və mən praktik jurnalistikada deyil, nəzəri jurnalistikada çalışmaqdayam. Məni BDU-nun jurnalistika fakültəsinə o zamandan bu günə həyat amalına, təmiz dünyasına, vətəndaşlıq mövqeyinin  prinsipiallığına, böyük alimliyinə güvəndiyim professor Şirməmməd Hüseynov bağladı: universiteti bitirən andan məni fakültədə saxladı. Çətin anlarımız, ağrı-acılarımız da çox oldu. Amma görünən odur ki, əgər insan həyatında öz yerini tapırsa, peşəsinə, sənətinə vurğun olursa, onun üçün çətinliklər də, ağrı-acılar da şirindir. Yüzlərlə tələbə-məzunlarımız var ki, onlarla qürur duyuram, elə indinin özündə də bir çətinliyə düşən kimi tükü-tükə yapışdırıram və onlar imkan daxilində problemlərimin həllinə kömək olurlar. Yaxşı oxumağından çox ömrümdə heç vaxt heç nə ummadığım tələbələrimin məzun həyatı mənim ən böyük qürur mənbəyimdir.

- Namizədlik dissertasiyanız “Ədəbi dilin mətbuat üslubu” mövzusunda olub. Ölkə KİV-də ədəbi dilin durumu indi necədir?

- Bəli, mən 1968-ci ildə IV kurs tələbəsi ikən Mərkəzi Komitənin katibi, çox böyük alim və dövlət xadimi Cəfər Cəfərova mətbuatda dilimizin necə korlandığı barədə şagird dəftərində bir məktub yazdım. O da məktubu oxuyub məni idarəyə çağırdı, o məktubun müzakirəsinə dilçi akademikləri, professorları dəvət etdi və mətbuat dili ilə bağlı tədqiqat aparmağı mənə məsləhət gördü. Mətbuat dilinin elmi araşdırmasına belə gəldim. Və elə indi də KİV-in dil problemləri məni çox maraqlandırır. Əlbəttə, peşəkar qəzetlərimizin, teleradiomuzun milli dilə münasibətində elə ciddi problem yoxdur. Amma çox təəssüf ki, indi internet saytlarında, qeyri-peşəkarların əlində olan onlarca qəzetdə dilimizin qaydalarına saymamazlıq, etinasızlıq, dil savadsızlığı, leksika kasıblığı, sintaktik naşılıq hökm sürməkdədir. Təsəllimiz odur ki, bu tipli “naşı jurnalistika”nın ömrü uzun sürməyəcək.

- Jurnalistikamızda meyllərin olduğu şəksizdir. Siz hansını təqdir edirsiz, hansını yox və niyə?

- Bu gün “yeni jurnalistika” kimi təqdim olunan mediada Qərb yönümlü meyllər güclüdür. Sovet senzura sistemindən təzə qurtardığımız 1990-cı illərdə jurnalistikanın Qərb prinsipləri bizə çox parıltılı görünürdü. Qərbin çeşidli media qurumları bizə təlimlər keçir, demokratik mətbuatın prinsiplərini öyrədirdilər. Sən demə, bunda da bir məqsəd varmış: bizim dediklərimizi yerinə yetir, amma biz edənləri siz etməyin! Beləliklə, tez bir zamanda məlum oldu ki, Qərbin demokratiya parıltısı elə parıltı olaraq qalır. Onlar bizim Qarabağ problemimizi, qaçqın və köçkün dərdimizi xarabazara çevirən yurd yerlərimizi... görmək istəmədilər. Belə olduqda mətbuat tarixçilərimiz və millətini sevən nəzəriyyəçilərimiz milli ənənələrə söykənməyi, jurnalistikamızın Həsən  bəy Zərdabi, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli , Əhmər bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi maarifçilərin məktəbinə söykənməyin millət üçün daha sərfəli olduğunu ortaya qoydular. Mən klassik jurnalistika ənənələrinə söykənməyi və onu müasir şəraitə uyğun davam etdirməyin tərəfindəyəm. Çünki millətin dərdi, Vətən sevgisi və bunun jurnalistikada ifadəsi, həm də səmimi ifadəsi ancaq klassikaya bağlıdır.

- Azərbaycan mediasını inkişaf etmiş ölkələrin mediası ilə hansı rakursdan müqayisə etmək faydalıdır?

- Azərbaycan mediası indi inkişaf etmiş ölkələrin media sisteminə mənəvi inteqrasiyası baş verməkdədir. Lakin inkişaf etmiş ölkələrin reklam bazarının gücü hər şeyi həll edir. İnkişaf etmiş ölkələrin transmilli qəzet, xəbər portalları və teleradio kanallarına ancaq həsəd aparmaq olar. Lakin biz də inkişafdayıq. Bəzən peşəkar jurnalistə baxışda Qərb də bizdən nəsə öyrənə bilər. Məsələn, jurnalistlərin sosial problemlərinin həllinə dövlət dəstəyi, jurnalistlərə Fəxri adların verilməsi və s. kimi faktları bizə məxsusdur.

- Rəhbərlik etdiyiniz fakültədə tədris imkanlarını kamil hesab etmək olar?

- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tədrisin keyfiyyəti üçün yeni addımlar atılır. Burda çox mükəmməl teleradio tədris studiyası qurulub, "Online" studiyası, “Jurnalist”, “525-ci qəzet”, “Şərq”, “Ədalət” kimi qəzetlərin orta səhifələrində çapı və bununla da Respublika miqyasında yayılması, teleradio sistemi ilə əlaqələrin genişlənməsi, nəzəriyyədən daha çox parktikaya keçid mərhələsi üzərində intensiv iş prosesi tədrisin keyfiyyətinə təsir etməkdədir. Biz indi Türkiyə, Rusiya, ABŞ kimi ölkələrdə magistr tələbələrimizin təhsil almağına diqqəti artırırıq.

- Yalnız ana dilini bilməklə püxtələşmiş jurnalist olmağa inanırsız?

- Xeyr, inanmıram. Xarici dilləri bilmək, təkcə jurnalistlərə deyil, hər bir ixtisas sahibinə gərəkdir. Ona görə də Bakı Dövlət Universitetinin bütün fakültələrində ingilisdilli qruplar açılıb. O cümlədən Jurnalistika fakültəsində də Azərbaycan, rus və ingilisdilli bölmələr mövcuddur. Rus bölməsi lap əvvəllərdəki kimi davam edir, ingilis bölməsinin artıq III kursu mövcuddur. Bundan başqa, Azərbaycan bölməsində tələbələrin istəyindən asılı olaraq ingilis, fransız, alman dilləri qrupları yaradılıb. Çox dil bilmək vacibdən də vacib bir keyfiyyətdir.

- Ölkədə media vasitələrinin sayı tənzimlənməlidirmi?

- Ölkədə media vasitələrinin sayını, miqdarını tənzimləmək çətin olardı. Belə bir təşəbbüs medianı indi inkişafa təkan verən özəl sektorunun genişlənməsinə əngəl ola bilər. Ona görə də miqdarın tənzimlənməsi üzərində deyil, medianın peşəkarlıq problemlərinə diqqət etmək vacibdir. İqtisadi inkişafımızın indiki sürət tempi reklam bazarının inkişafına mütləq təsir edəcək. Jurnalistlərimiz haçansa mütləq hansısa məmurun cibinə göz dikməkdən tamam qurtulub, yalnız reklam bazarı uğrunda rəqabətə girişən zaman medianın indiki qeyri-peşəkar kəmiyyət çoxluğu mütləq aradan qalxacaq. Bazar münasibətləri hər şeyi özü tənzimləyəcək.

- Jurnalistikamızın problemlərini və inkişaf perspektivlərini necə görürsüz?

- Jurnalistikamızın problemləri çoxdur. Bu sahəyə qeyri-peşəkarların doluşması, reklam bazarının zəifliyi, müəyyən məqsədlər üçün böhtan və təhqirlərə  yol verilməsi, öz işindəki nöqsanlara görə məmurun jurnalistdən ehtiyat edərək ona rüşvət təklif etməsi və bununla da qeyri-peşəkarın əl-qolunun açılması, “reket jurnalistikası” kimi bir anlayışın hələ də mövcud olması və s. faktlar bizim üzləşdiyimiz problemlərdir. Lakin perspektivdə milli ənənələrə söykənən təmiz, peşəkar jurnalistikanın da meydana çıxacağı labüddür. Mən buna çox inanıram.

- Cahangir müəllim, müsahibəyə görə Sizə təşəkkür edirik.

 

TANITIM:

Cahangir Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

1973-cü ildə "Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu" mövzusunda namizədlik dissertasiyası, 2008-ci ildə "Azərbaycanda jurnalistikanın müasir inkişaf meylləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1973-cü ildən BDU Mətbuat tarixi kafedrasına çalışıb. Sonralar Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. 2005-ci ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir. Hazırda həm də fakültədə dekan əvəzi vəzifəsini daşıyır.

"Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi", "KİV-in hüquqi tənzimlənməsi" fənlərini tədris edir. 250 elmi, 1300 publisistik məqalə, 3 monoqrafiya, 4 kitabın müəllifidir.

Elmlər namizədləri və doktorlar yetişdirib. 

Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb

İdman Jurnalistikası Magistr Proqramı ilə Asan Radio arasında əməkdaşlıq uğurla davam edir

Dövlət qulluğu üzrə müsahibələrin keçirilmə qrafiki açıqlanıb

Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar könüllülərin müsahibə prosesinə start verilib

Dövlət qulluğuna qəbul üçün müsahibələrin keçirilmə qrafiki açıqlanıb

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Energetika Nazirliyi vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə elan edib

Dövlət qulluğunda 76 vakant yer üzrə müsahibə başlayır

"Bakcell" daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

Bin-Salman Trampın təhqirlərindən sonra müsahibə verib: "Onunla işləməyi sevirəm"

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

84 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib

“İdman jurnalistikası” magistr proqramı çərçivəsində növbəti tədris ilinə start verilib

Tezliklə yeni layihəyə başlayacağıq - Qoşqar Həsənov (MÜSAHİBƏ)

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb

“Jurnalistika”ya qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb

Təranə Məmmədova: “Loqos” həyatımın ayrılmaz hissəsidir (MÜSAHİBƏ)

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

Jurnalistikaya qəbul olmaq istəyənlər bu gün qabiliyyət imtahanı verəcəklər

DİM jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək

11 Dekabr 2018, 18:20 (GMT +4)
AQTA: Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

11 Dekabr 2018, 18:09 (GMT +4)
Balıqçılığın inkişafı ilə bağlı beynəlxalq seminar keçirilib

11 Dekabr 2018, 18:00 (GMT +4)
DTX-nin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)

11 Dekabr 2018, 17:52 (GMT +4)
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz İnternet

11 Dekabr 2018, 17:47 (GMT +4)
UNEC-də Ümumilli liderin anım gününü qeyd olunub 

11 Dekabr 2018, 17:38 (GMT +4)
Ramil Usubov İranın Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

11 Dekabr 2018, 17:30 (GMT +4)
Türkiyədə polis rəisi silahlı hücumda öldürülüb

11 Dekabr 2018, 17:27 (GMT +4)
ABŞ-ın “Time” jurnalı Camal Kaşıkçını ilin adamı elan edib

11 Dekabr 2018, 17:24 (GMT +4)
"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

11 Dekabr 2018, 17:13 (GMT +4)
Azərbaycan son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirib

11 Dekabr 2018, 17:06 (GMT +4)
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

11 Dekabr 2018, 16:57 (GMT +4)
İrəvan Ankara ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır

11 Dekabr 2018, 16:45 (GMT +4)
İran İsveçdə keçirilən Yəmən sülh danışıqlarına münasibət bildirib

11 Dekabr 2018, 16:40 (GMT +4)
Gömrük Akademiyasında Ulu Öndərin xatirəsi anılıb

11 Dekabr 2018, 16:34 (GMT +4)
AQTA sədri Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Forumunda iştirak edib

11 Dekabr 2018, 16:27 (GMT +4)
Heydər Əliyev Aeroportu dörd milyon sərnişinə xidmət göstərib

11 Dekabr 2018, 16:20 (GMT +4)
DGK-da insan alverinə qarşı mübarizəyə dair məsələlər müzakirə edilib

11 Dekabr 2018, 16:06 (GMT +4)
Birinci vitse-prezident verdiyi tapşırıqların icrasına şəxsən nəzarət edir

11 Dekabr 2018, 15:58 (GMT +4)
Fransadakı aksiyaların tez bir zamanda sona çatmasının tərəfdarıyıq -Türkiyə XİN rəhbəri

11 Dekabr 2018, 15:49 (GMT +4)
Moskvada ulu öndər Heydər Əliyevin xatirə gecəsi keçirilib

11 Dekabr 2018, 15:45 (GMT +4)
BMT təcili yardım məqsədilə Yəmənə lazım olan məbləği açıqlayıb

11 Dekabr 2018, 15:40 (GMT +4)
Azərbaycanlı gənclər Moskvada Sergey Lavrovla görüşüb

11 Dekabr 2018, 15:33 (GMT +4)
Azərbaycan narının brendi yaradılır

11 Dekabr 2018, 15:31 (GMT +4)
ABŞ-ın Suriyadakı YPG terrorçularına təlim verməsi bölgənin maraqlarına xəyanətdir - Çavuşoğlu

11 Dekabr 2018, 15:25 (GMT +4)
“Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

11 Dekabr 2018, 15:19 (GMT +4)
İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

11 Dekabr 2018, 15:10 (GMT +4)
Beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlara müraciət edilib

11 Dekabr 2018, 15:04 (GMT +4)
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib

11 Dekabr 2018, 15:04 (GMT +4)
Türkiyə və AB iqtisadi dialoqu davam etdirəcək

11 Dekabr 2018, 14:56 (GMT +4)
“Bakcell” daha bir iri məşğulluq sərgisinə qatılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66