Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

“Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş buraxılışı çap edilib

05 Yanvar 2017, 13:10 (GMT +4)

Bakı, 5 yanvar, SalamNews, A.Bayramova. Azərbaycan Respublikasının Argentinadakı Səfirliyinin dəstəyi ilə Argentinanın ictimai-siyasi, diplomatik və işgüzar dairələri arasında xüsusi nüfuza malik “Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş “Azərbaycan: müqəddəs Qafqaz ətəklərində, cəsur övladların odlar yurdunda inkişaf və sülh” başlıqlı buraxılışı işıq üzü görüb. “Imagen Diplomática”-nın qeyd olunan buraxılışı jurnalın 10 illik yubiley buraxılışıdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, üz qabığında Heydər Əliyev Mərkəzinin əks olunduğu həmin jurnalda “Azərbaycan və onun inkişaf strategiyası”, “Argentina və Azərbaycan”, “Argentina və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr davam edir”, “Azərbaycanda turizm”, “Polo və çovqan”, “Bakıda "Formula-1" Qran-prisi”, “La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrası”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş”, “Azərbaycan: Odlar diyarı...Qafqazın incisi”, “Azərbaycan xalçaları: toxuma mədəniyyəti”, “Bakı şəhərinin memarlığı”, “Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” mövzusunda ölkəmizi müxtəlif tərəflərdən təqdim edən məqalələr və foto şəkillər yer alıb.

Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun müəllifi olduğu “Azərbaycan və onun inkişaf strategiyası” başlıqlı məqalədə ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın, habelə teatr, opera, balet kimi mədəniyyət nümunələrinin əsasının qoyulduğu bildirilib, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunmuş beynəlxalq əhəmiyyətli tədbirlər, Azərbaycan-Argentina münasibətləri barədə ətraflı məlumat verilib. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayrılıb, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunması, bunun nəticəsi olaraq 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ölkəmizin haqlı mövqeyini dəstəkləyən sənədlər barədə məlumat əks olunub.

“Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” başlıqlı məqalədə “Son 20 ildə Azərbaycan proqressiv sosial inkişafa imkan verən iqtisadi artımın uğurlu modelini qurub...Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi sabitlik möhkəmləndirilib, ölkə qlobal iqtisadiyyatda mühüm rol qazanıb”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş” başlıqlı məqalədə “Son 10 ildə Azərbaycan iqtisadiyyatının gücü və illik artımı 13 % olmaqla inkişafı onu Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevirib...qarşıdan gələn illərdə siyasi sabitliyi, enerji resurslarının istifadəsinin genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyində rolu sayəsində Azərbaycanın Xəzər dənizi regionunda iqtisadi güc mərkəzi statusunun güclənməsinin şahidi olacağıq”, “Azərbaycanda turizm” məqaləsində “Səfər edən hər kəs üçün Azərbaycan inkişaf etmiş, tarix və müasirliyi, təbiət və texnologiyanı, sülh və hərəkətliliyi özündə birləşdirən bir məkandır. Bunun sayəsində “Odlar Yurdu” bütün dünyadan bura gələn turistləri, xüsusilə də argentinalıları cəlb edir” kimi fikirlər yer alıb.

Jurnalın Azərbaycana həsr olunmuş buraxılışı oxucuların böyük marağına səbəb olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib

Azərbaycan prezidenti NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Qırğızıstan prezidenti hökuməti istefaya göndərib

İranda güclü zəlzələ olub

Çinlilər Azərbaycana daha çox gələcək

Qırğızıstanlı diplomat UNEC-də olub

ETSN hüquq mühafizə orqanlarına 25 iş göndərib

Qətər rəhbərliyi Azərbaycan Prezidentini təbrik edib

Azərbaycanda havanın temperaturu yenidən aşağı düşəcək (XƏBƏRDARLIQ)

Hindistanda qasırğa 18 nəfərin ölümünə səbəb olub

Lənkəranda gender bərabərliyi ilə bağlı təlim keçiriləcək

Azər Türk Bankda struktur dəyişikliyi edilib 

İlham Əliyev Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib

Hostinq xidməti göstərən yeni şirkət fəaliyyətə başlayıb

Muğan dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır

V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum öz işinə başlayıb

Elşad İskəndərov: “Gənclərin beynəlxalq əməkdaşlığının siyasiləşdirilməsi yolverilməzdir"

Neft bahalaşıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

19 Aprel 2018, 13:52 (GMT +4)
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

19 Aprel 2018, 13:43 (GMT +4)
Qırğızıstan prezidenti hökuməti istefaya göndərib

19 Aprel 2018, 13:29 (GMT +4)
İranda güclü zəlzələ olub

19 Aprel 2018, 13:16 (GMT +4)
Çinlilər Azərbaycana daha çox gələcək

19 Aprel 2018, 13:01 (GMT +4)
Qırğızıstanlı diplomat UNEC-də olub

19 Aprel 2018, 12:49 (GMT +4)
ETSN hüquq mühafizə orqanlarına 25 iş göndərib

19 Aprel 2018, 12:37 (GMT +4)
Qətər rəhbərliyi Azərbaycan Prezidentini təbrik edib

19 Aprel 2018, 12:32 (GMT +4)
Azərbaycanda havanın temperaturu yenidən aşağı düşəcək (XƏBƏRDARLIQ)

19 Aprel 2018, 12:25 (GMT +4)
Hindistanda qasırğa 18 nəfərin ölümünə səbəb olub

19 Aprel 2018, 12:15 (GMT +4)
Lənkəranda gender bərabərliyi ilə bağlı təlim keçiriləcək

19 Aprel 2018, 12:02 (GMT +4)
Azər Türk Bankda struktur dəyişikliyi edilib 

19 Aprel 2018, 11:53 (GMT +4)
İlham Əliyev Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib

19 Aprel 2018, 11:48 (GMT +4)
Hostinq xidməti göstərən yeni şirkət fəaliyyətə başlayıb

19 Aprel 2018, 11:45 (GMT +4)
Muğan dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır

19 Aprel 2018, 11:33 (GMT +4)
V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum öz işinə başlayıb

19 Aprel 2018, 11:26 (GMT +4)
Elşad İskəndərov: “Gənclərin beynəlxalq əməkdaşlığının siyasiləşdirilməsi yolverilməzdir"

19 Aprel 2018, 11:23 (GMT +4)
Neft bahalaşıb

19 Aprel 2018, 11:19 (GMT +4)
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

19 Aprel 2018, 11:14 (GMT +4)
Nazirlik “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi ilə bağlı açıqlama yayıb

19 Aprel 2018, 10:58 (GMT +4)
Şəhid olmuş və itkin düşmüş şəxslərin ailələrinə 11 min manat ödəniləcək

19 Aprel 2018, 10:40 (GMT +4)
MHP prezidentliyə namizədini açıqlayıb

19 Aprel 2018, 10:25 (GMT +4)
DYP nəqliyyat sıxlığının azaldılması məqsədilə sürücülərə müraciət edib

19 Aprel 2018, 10:11 (GMT +4)
Facebook kibercinayətkarlıqla məşğul olan 120 qrupun işini dayadırıb

19 Aprel 2018, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 102 dəfə pozub

19 Aprel 2018, 09:53 (GMT +4)
"CinemaPlus"da “Taksi 5” filminin Azərbaycan dilində nümayişi olub

19 Aprel 2018, 09:41 (GMT +4)
GoldenPay idarəetmə komandasını daha da gücləndirir

19 Aprel 2018, 09:30 (GMT +4)
“Mastercard”kart sahiblərini alış-veriş zamanı imza atmaq tələbindən azad edib

19 Aprel 2018, 09:13 (GMT +4)
Elmar Məmmədyarov: "Metsamor" AES ciddi təhlükə mənbəyidir"

19 Aprel 2018, 09:11 (GMT +4)
Kubada prezidentliyə namizəd məlum olub

19 Aprel 2018, 09:00 (GMT +4)
Həmyerlimiz “Mançester” - “Barselona” matçına hakimlik edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66