Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Azərbaycanda vəhdət namazının qılınması bütün dünya üçün örnəkdir - Rumıniya səfiri

10 Yanvar 2017, 16:22 (GMT +4)

Bakı, 10 yanvar, SalamNews. Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rumıniyanın ölkəmizdəki səfiri Dan İankunu qəbul edib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, görüş zamanı Mübariz Qurbanlı iki ölkə arasında tarixi münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun inşası Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir. “Multikulturalizm ili” çərçivəsində ölkədə həyata keçirilən tədbirlərdən danışan Mübariz Qurbanlı Azərbaycanın ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkə olduğunu, burada tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadığını xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir, müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmaların fəaliyyətinin və dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində cəmiyyətimizdə daha da inkişaf edən multikultural və tolerantlıq ənənələri dünyada örnəyə çevrilib. Hazırda ölkə ərazisində məscidlərlə yanaşı, 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Komitə sədri bildirib ki, Azərbaycan bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Eyni zamanda, İslam ölkələri arasıda qarşılıqlı əlaqələrin genişlənməsi üçün ölkəmiz mühüm addımlar atır və
təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan edib.

Səfir Dan İanku ölkəmizdəki multikultural və tolerant mühitin şahidi olduğunu deyib.

Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin, İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib. Diplomat dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda Azərbaycanda vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsasının qoyulduğunu xüsusilə vurğulayıb.

Görüş zamanı Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək erməni vandalizmi nəticəsində yüzlərlə tarixi-dini abidənin məhv edildiyini səfirin diqqətinə çatdırıb və Komitə tərəfindən nəşr olunmuş kitabları səfirə hədiyyə edib.

Səmimi şəraitdə keçən görüş zamanı hər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.​


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mübariz Qurbanlı Azərbaycan xalqını təbrik edib

Mübariz Qurbanlı: "Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik"

Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edib

Bu şanlı tarix hər bir azərbaycanlı üçün qürur və fəxarətdir - Mübariz Qurbanlı

Mübariz Qurbanlı: Azanı fərqli vaxtda verən şəxslər cəzalandırılacaq

Mübariz Qurbanlı Rumıniyanın dini məsələlər üzrə dövlət katibi ilə görüşüb

Prezident hansısa böyük dövlətin təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib - Mübariz Qurbanlı

Mübariz Qurbanlının qəbul vaxtı dəyişdirilib

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz mövqeyini daha da gücləndirəcək - Mübariz Qurbanlı

Mübariz Qurbanlı: Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır

Bin­a məsələsi həllini t­aparsa, İlahiyyat İns­titutuna qəbul həyata ­keçiriləcək - Mübariz Qurbanlı

Novruz bayramının dövlət səviyyəsində keçirilməsi Ulu Öndərin adı ilə bağlıdır - Mübariz Qurbanlı

Mübariz Qurbanlı Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Horadizdə vətəndaşları qəbul edi

Mübariz Qurbanlı: “Dünyada dindən sui istifadə halları müşahidə olunur”

Mübariz Qurbanlıya Quran kurslarının təşkil edilməsi ilə bağlı müraciət ünvanlayıblar

Mübariz Qurbanlı Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək

YAP-ın əldə etdiyi bütün uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur - Mübariz Qurbanlı

Mübariz Qurbanlı: DTX-nin əməliyyatı ekstremistləri maliyyələşdirənləri ayıltmalıdır

19 İyun 2018, 17:00 (GMT +4)
Energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək

19 İyun 2018, 16:52 (GMT +4)
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

19 İyun 2018, 16:43 (GMT +4)
Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb

19 İyun 2018, 16:34 (GMT +4)
Bakıda soyğunçuluğa cəhd edən 2 nəfər tutulub

19 İyun 2018, 16:29 (GMT +4)
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

19 İyun 2018, 16:16 (GMT +4)
Azərbaycanda sənaye məhsulları barədə statistika açıqlanıb

19 İyun 2018, 16:09 (GMT +4)
Sabah “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri keçiriləcək

19 İyun 2018, 15:56 (GMT +4)
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək- Çavuşoğlu

19 İyun 2018, 15:51 (GMT +4)
Azərbaycandan 94 ölkəyə məhsul ixrac edilib

19 İyun 2018, 15:38 (GMT +4)
Vergi bəyannaməsinin formaları sadələşdiriləcək

19 İyun 2018, 15:25 (GMT +4)
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib

19 İyun 2018, 14:50 (GMT +4)
Ermənistan parlamenti deputatının toxunulmazlığı ləğv edilib

19 İyun 2018, 14:38 (GMT +4)
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

19 İyun 2018, 14:23 (GMT +4)
Sabah Bakıda 31 dərəcə isti gözlənilir

19 İyun 2018, 14:08 (GMT +4)
“Azərişıq”Azərişıq regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

19 İyun 2018, 13:57 (GMT +4)
FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb 

19 İyun 2018, 13:40 (GMT +4)
Türkiyənin başqa alternativləri də var - Baş nazir

19 İyun 2018, 13:24 (GMT +4)
İranda Krım-Konqo  xəstəliyindən 3 nəfər ölüb 

19 İyun 2018, 13:23 (GMT +4)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19 İyun 2018, 13:17 (GMT +4)
LOQOS-da "ShushaPost.az" saytının təqdimatı keçirilib

19 İyun 2018, 12:59 (GMT +4)
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

19 İyun 2018, 12:47 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb

19 İyun 2018, 12:36 (GMT +4)
Kürdə 16 yaşlı gənc batıb

19 İyun 2018, 12:25 (GMT +4)
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

19 İyun 2018, 11:53 (GMT +4)
Türkiyədə İyi partiyanın 250 üzvü istefa edib

19 İyun 2018, 11:38 (GMT +4)
Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

19 İyun 2018, 11:32 (GMT +4)
Lavrov və Pompeo Şimali Koreya  məsələsini müzakirə edib

19 İyun 2018, 11:27 (GMT +4)
Azərbaycanda ana və azyaşlı qızı itkin düşüb

19 İyun 2018, 11:15 (GMT +4)
Yol polisi Qubada reyd keçirib - sərxoş sürücülər saxlanılıb

19 İyun 2018, 11:02 (GMT +4)
Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66