Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bəhruz Axundov: Respublikada nəşriyyat və poliqrafiya sahəsində görülməli işlər çoxdur (MÜSAHİBƏ)

12 Yanvar 2017, 11:12 (GMT +4)

Bakı, 12 yanvar, SalamNews, Ş.Nəzərli. "Ölkəmizdə digər sahələrdə olduğu kimi, nəşriyyat və poliqrafiya sahəsində də ciddi uğurlar qazanılıb. Amma bu sahədə görülməli işlər hələ çoxdur." 

Bunu SalamNews-a müsahibəsində Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov deyib.

Birliyin sədri ilə müsahibəni təqdim edirik.

- İxtisasınız jurnalistikadır, amma uzun illərdir fəaliyyətinizi nəşriyyat işi ilə bağlamısınız. Bunun səbəbi nədir?

- Ağdam Rayon Komsomol Komitəsində müxtəlif rəhbər vəzifələr tutmuşam, sonra ADU-nun (indiki BDU) jurnalistika fakültəsini birimişəm. Jurnalistikanın bir qolu olan nəşriyyat və poliqrafiya işini də 1981-ci ildə Bakıya köçdükdən sonra yavaş-yavaş, addım – addım öyrənmişəm. "Yeni kitab" məətbəsində, "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatında müxtəlif vəzifələrdə, indiki Təhsil Nazirliyinin mətbəəsində direktor olmuşam. Bir də ayılıb gördüm ki, bu sahə məni özünə əsir edib, eyni zamanda da jurnalistika ilə, yaradıcılıqla sıx əlaqəlidir, nəinki ayrıdır. Təvazökarlıq olmasa da, deyim ki, 1992-ci ilin sonlarında Azərbaycanda yaradılan son, müstəqil Azərbaycanın isə ilk dövlət nəşriyyatı olan "Təhsil"in yaradıcısı və direktoru olmuşam. 2007-ci ildən "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin təsisçisi və baş direktoru vəzifəsini daşıyıram. Fəxr edirəm ki, müəssisəmizdə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyat və akademik nəşr işıq üzü görüb. "Təhsil" nəşriyyatı 2005–2010-cu illərdə "İlin nəşriyyatı", çap olunan kitabların bir çoxu "İlin kitabı" və s. fəxri adlara layiq görülüb.

- Nailiyyətləriniz bununla kifayətlənir?

- Hamısını ona görə sadalamaq istəmədim ki, qorxuram zəhmətkeş kollektivimizin vicdanlı işi sayəsində əldə olunan ürəkaçan nəticələr təkcə rəhbərliyin adına çıxarılsın. Deməli, 6 dildə nəşr edilən "Qarabağ real tarix, faktlar, sənədlər" kitabı 2005-ci ildə beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qalibi olub. 2012-ci ildə Azərbaycan Respublikasının "Dövlət mükafatı"na layiq görülmüşdür (müəlliflər Yaqub Mahmudov, Kərim Şükürov), "Atlantlar" (müəllif Çingiz Əlioğlu) 2006-cı, "Novruz" (müəlliflər Ədalət Vəliyev, Vaqif Bəhmənli) və "Hophopnamə" (M.Ə.Sabir) 2012-ci ildə beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qalibi olub. Respublikanın nəşriyyat və poliqrafiya tarixində "Kitab sənəti" beynəlxalq müsabiqəsinin baş mükafatı olan "Qran-Pri"yə layiq görülmüş "Çərçivə" adlı ilk Azərbaycan kitabı da bizim zəhmətimizdir. 2012-ci ildə "Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsi Azərbaycan nəşriyyatları arasında ilk dəfə Beynəlxalq "Ticarət Liderləri Klubu"-nun "Keyfiyyətə görə" qızıl medal, xüsusi priz və diplomunu (İspaniya, Madrid), OMAK – Beynəlxalq Menecment Assosiasiyası klubunun 50 ölkənin 60-dan çox təşkilatı arasında "Naviasiya və keyfiyyətə görə Yeni ERA" Beynəlxalq mükafatını və xüsusi diplomlarını (Almaniya, Berlin), keyfiyyət və kommersiya prestijinə görə "Avropanın Qızıl mükafatı"nı (Fransa, Paris) alıb.

Nəşriyyat işinin ciddiliyini və bu sahə ilə bağlı mütəxəssislərin geniş informasiyaya ehtiyacını və digər aspektləri nəzərə alaraq "Naşir" jurnalı da buraxırıq. İndi 7 nömrə oxuculara təqdim edilib. Nəşrə istedadlı jurnalist Gülnar Məsimli rəhbərlik edir.

- Pedaqoji fəaliyyətinizlə bağlı nə deyə bilərsiniz?

- İnanın ki, bu, ölkədə poliqrafiya sahəsinin ciddi inkişafa ehtiyacı olduğu zərurətdən doğub. "Təhsil Nəşriyyat-Poliqrafiya" da iş, necə deyərlər, başdan aşır. Amma gələcəyi nəzərə almaq lazımdır, elektron KİV, texnika nə qədər sürətlə inkişaf etsə də, kitab, poliqrafiyanın öz yeri var. 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, 2011-ci ildən isə dosent vəzifəsində çalışıram. Həmkarlarımla müştərək "Azərbaycanca–Rusca, Rusca–Azərbaycanca atalar sözləri və zərbi-məsəllər lüğəti", "Nəşriyyat işinin əsasları", "Nəşriyyat-Poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti", ali məktəblər üçün hazırlanmış dörd tədris proqramının tərtibi və s. işlər məhz bizi əvəz edəcək gənc nəslin bilik qazanması üçün nəzərdə tutulub.

- Naşirlər və poliqrafçılar Birliyi barədə nə deyə bilərsiniz?

- Bizim təşəbbüsümüzlə 2012-ci ildə təsis edilmiş Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədrliyi mənə etibar olunub. Etimada görə həmkarlarıma minnətdaram, böyük məsuliyyətdir. Fərəhli haldır ki, ölkədə poliqrafiya ilə bağlı qanun hazırlanır. Əminəm ki, bu qanunun qəbulundan sonra ümumtəhsil müəssisələrinin keyfiyyətli dərsliklərlə və ekoloji baxımdan təmiz dərs ləvazimatları ilə, poliqrafiya və nəşriyyat işçilərinin sosial təminatı və digər məsələlərin təkmilləşdirilməsi prioritet xarakter alacaq. Konkret olaraq “Təhsil”ə gəlincə, deməliyəm ki, yüzdən çox kadrın iş müddətində bütün fəaliyyəti – naharetmə sistemi, əməkhaqqı səviyyəsi, istirahət və məzuniyyət qrafiki, iş şəraitinin səviyyəsinə nəzarət və digər məsələlərdə şəffaflıq kollektivdə ümumi ab-havaya müsbət təsir göstərir. Deyərdim ki, yüksək peşəkarlıqla yanaşı, dediyim qayğılar da arzuolunan nəticələri təmin edən səbəblərdəndir. Adi bir misal. Piratçılıq yolu ilə ekoloji baxımdan yolverilməz, çox ucuz materiallardan dərslik və dərs vəsaiti “istehsal edib” fidan balalara satanın vurduğu ziyanı təsəvvür edirsizmi? Bax, haqqında danışdığım qanunun qəbulu belə mühüm məqamların qarşısına sədd çəkmək üçün çox vacibdir. Kollektivimiz isə öz növbəsində, hər yeni dərs ili ərəfəsində qarşısında duran vəzifələri layiqincə yerinə yetirir. 

- Müsahibəyə görə təşəkkür edirik. 



Əlaqəli Xəbərlər

Xaricdə dini təhsillə bağlı məhdudiyyətlərin aradan qaldırılması təqdirəlayiqdir - Nizami Baloğlanov (MÜSAHİBƏ)

Azərbaycanın İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil edəcəyinə əminik - diplomat (MÜSAHİBƏ)

Çalışırıq ki, sığorta ödənişlərini daim vaxtında həyata keçirək - Niyaz İsmayılov (MÜSAHİBƏ)

Azərbaycanın dünyaya tanıdılmasında Formula 1 bizə çox böyük dəstək oldu - Nigar Arpadarai (MÜSAHİBƏ)

Dil normalarının pozulması həm də dövlət qanununun pozulmasıdır - mütəxəssis (MÜSAHİBƏ)

Caspian Energy jurnalının 100-cü nömrəsində Prezident İlham Əliyevin eksklüziv müsahibəsi dərc olunacaq

Hamilə qadınlara təbii doğuşa üstünlük vermələrini tövsiyə edirik - ginekoloq (MÜSAHİBƏ)

Devid Kulthard: Bakı Şəhər Halqası yarış iştirakçıları üçün əsl sınaq yeridir (MÜSAHİBƏ)

Pakistan səfiri: Ticarət əlaqələrimiz siyasi münasibətlərimiz səviyyəsinə uyğun deyil (MÜSAHİBƏ)

Nazir Fikrət Məmmədov: Cəza siyasətinin humanistləşdirilməsi insan hüquqlarının təmin olunmasına xidmət edir (MÜSAHİBƏ)

Ermənilərin azərbaycanlılara qarşı hücumları kilsədən idarə olunurdu - alim (MÜSAHİBƏ)

Hikmət Hacıyev: Ermənistanın siyasi və hərbi təxribatlarının məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir (MÜSAHİBƏ)

Riçardas Lapaytis: Artıq heç kəs Ermənistana vaxtı uzatmağa imkan verməyəcək (MÜSAHİBƏ)

Elmar Məmmədyarov: İlk növbədə Ermənistan qoşunlarını işğal olunmuş torpaqlardan çəkməlidir (MÜSAHİBƏ)

Daniil Kvyat: Bakı Şəhər Halqası digər treklərdən çox seçilir (MÜSAHİBƏ)

Azərbaycanın İtaliyadakı səfiri Kataniyanın televiziya kanalına müsahibə verib

Haas F1 komandasının pilotu: Bu il Bakıda yarışmaq bizə çətin olacaq (MÜSAHİBƏ)

Biz 2017-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin artmasını gözləyirik - çexiyalı nazir (MÜSAHİBƏ)

Geologiya Muzeyinin fondundakı nümunələrin yalnız 6 mini nümayiş olunur - muzeyin direktoru (MÜSAHİBƏ)

"Bakı-2017" Könüllülük Proqramının müsahibə mərhələsi başa çatıb

27 Aprel 2017, 18:08 (GMT +4)
Onno Kervers: Niderland Aİ ilə Azərbaycan arasındakı strateji danışıqları alqışlayır

27 Aprel 2017, 18:06 (GMT +4)
Azərbaycan Aİ ilə strateji tərəfdaşlığa əzimli şəkildə yanaşır - səfir

27 Aprel 2017, 18:00 (GMT +4)
Azərbaycan ilə Monteneqro arasında readmissiyası haqqında Saziş imzalanıb

27 Aprel 2017, 17:54 (GMT +4)
Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib

27 Aprel 2017, 17:50 (GMT +4)
Son illər 179 naməlum şəhidimizin məzarı müəyyən edilərək qeydiyyata alınıb

27 Aprel 2017, 17:46 (GMT +4)
Rusiya XİN: Türkiyənin kürdlərə qarşı əməliyyatlarından narahatıq

27 Aprel 2017, 17:44 (GMT +4)
Bakıda İİB-nin və XİN-nin iki günlük birgə seminarı keçirilir

27 Aprel 2017, 17:42 (GMT +4)
Suriyanın suverenliyinə hörmət etmək lazımdır - Kreml

27 Aprel 2017, 17:42 (GMT +4)
Bu il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 50 cinayət işinin istintaqı yekunlaşıb

27 Aprel 2017, 17:41 (GMT +4)
Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlər yaxşı inkişaf edib-səfir

27 Aprel 2017, 17:34 (GMT +4)
Azərbaycan Elm Assosiasiyası növbəti seminar keçirib

27 Aprel 2017, 17:28 (GMT +4)
Şirvanda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

27 Aprel 2017, 17:27 (GMT +4)
Rusiya XİN İsrailin Suriyanı bombalamasını pisləyib

27 Aprel 2017, 17:25 (GMT +4)
Paytaxtda bir neçə yolda rəngləmə işləri aparılacaq

27 Aprel 2017, 17:22 (GMT +4)
Rəsmi Bakı: Ermənistanın Dağlıq Qarabağda beynəlxalq konfrans keçirmək planı təxribatdır

27 Aprel 2017, 17:20 (GMT +4)
Mərkəzi Bank manatın sabaha olan rəsmi məzənnəsini açıqlayıb

27 Aprel 2017, 17:19 (GMT +4)
Azərbaycan və Xorvatiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

27 Aprel 2017, 17:16 (GMT +4)
Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərin adları açqılanıb (FOTO,VİDEO)

27 Aprel 2017, 17:14 (GMT +4)
Kreml Putin və Trampın görüşünə hazırlıq getdiyi barədə məlumatı təkzib edib

27 Aprel 2017, 17:10 (GMT +4)
Azərbaycanda ilk dəfə keçirilən TEDx formatlı yarışmaya yekun vurulub

27 Aprel 2017, 17:06 (GMT +4)
Türkiyə və Rusiya baş nazirləri Qara dənizdə batmış gəmini müzakirə ediblər

27 Aprel 2017, 17:05 (GMT +4)
Səfir Ciampaolo Kutillo: Qarabağ münaqişəsində gərginliyin artması bütün bölgə üçün geosiyasi riskdir

27 Aprel 2017, 17:04 (GMT +4)
Gəncədə oftalmoloq alim Zərifə Əliyevayanın xatirəsinə həsr olunmuş elmi konfrans keçirilib

27 Aprel 2017, 17:03 (GMT +4)
Şimali Koreya ABŞ mövqelərinin bombalanmasını əks etdirən təbliğat videosu yayıb

27 Aprel 2017, 16:57 (GMT +4)
“Horizon 2020” proqramı çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün müsabiqə elan olunub

27 Aprel 2017, 16:52 (GMT +4)
Fransanın Qrenobl şəhərində restoranda partlayış baş verib

27 Aprel 2017, 16:50 (GMT +4)
ARDNF-nin İcraçı direktoru Fransa nümayəndə heyəti ilə görüşüb

27 Aprel 2017, 16:45 (GMT +4)
Bakının "Beş mərtəbə" dairəsi ləğv edilib (FOTOLAR)

27 Aprel 2017, 16:40 (GMT +4)
Şahmar Mövsümov növbəti müddətə Bank VTB-nin Müşahidə Şurasına üzv seçilib

27 Aprel 2017, 16:31 (GMT +4)
Qara dənizdə qəzaya uğramış gəminin heyəti xilas edilib - Rusiya MN

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66