Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

“Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib - ƏMDK

12 Yanvar 2017, 14:20 (GMT +4)

Bakı, 12 yanvar, SalamNews. Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik - Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (emdk.gov.az) ilk dəfə olaraq “Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər.

SalamNews xəbər verir ki, bununla bağlı komitə tərəfindən yanvarın 12-də qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.

Tədbirdə bildirilib ki, “Əmlakın qeydiyyatı kalkulyatoru”nun təqdimatına həsr olunmuş bu tədbir də belə yeniliklərin davamıdır. Bu mühüm addımın qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsi məqsədini daşıdığı nəzərə çatdırılıb.

Qeyd edilib ki, “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.

İndiyədək aparılan islahatlar və tətbiq edilən yeniliklər sayəsində əmlakın qeydiyyatı qat-qat sadələşib. Hazırda tətbiq olunan "bir pəncərə" prinsipi sayəsində fiziki və hüquqi şəxslər öz əmlaklarını yalnız bir ünvana – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə rahatlıqla sənədləşdirirlər. Digər sosial tədbirlər sırasında komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri xüsusilə vurğulanıb. Bu xidmətlər sayəsində hətta ən ucqar kəndlərdə, qəsəbələrdə belə qeydiyyat xidmətləri vətəndaşlara əlçatan olub. Vətəndaşlara məxsus çoxsaylı mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri respublika üzrə müntəzəm keçirilən belə kampaniyalar çərçivəsində sənədləşdirilir.

Görülən tədbirlər nəticəsində Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə, dünyada ön sıralarda dayanır. Bunu hər il dərc olunan “Doing Business” beynəlxalq hesabatının reytinq göstəriciləri də təsdiq edir. Ölkəmizdə əmlakın qeydiyyatı dünyanın inkişaf etmiş ölkələrinin bir çoxundan sadə, rahat və operativdir, qeydiyyat prosesinə daha az prosedur və müddət sərf edilir. Nəticədə əhalinin əmlakın qeydiyyatına marağı artmaqda, ölkədə qeydiyyata alınmış əmlakların sayı yüksəlməkdədir.

Tədbirdə “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və əyani nümayiş etdirilib. Qeyd edilib ki, yeni funksiya komitənin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi bütün xidmətlərini əhatə edir. “Əmlakın qeydiyyatı kalkulyatoru” sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azadetmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. Belə ki, daşınmaz əmlakların ilkin qeydiyyatı, alqı-satqısı, bağışlanma, dublikatın verilməsi, texniki pasportların və plan ölçülərin alınması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqı elektron qaydada hesablanır. Hesablanmadan əvvəl istifadəçi əmlakın yerləşməsi və sahəsini də qeyd edir və bu xüsusiyyətlər də nəzərə alınmaqla yekun rəqəm göstərilir. Eyni zamanda, bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması, sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var. İstifadəçilər kalkulyatordan maraqlandıqları xidməti, əmlaklarının olduğu şəhər və rayonu, eləcə də xidmətin hansı müddətə göstərilməsini seçərək ödəyəcəkləri dövlət rüsumu və xidmət haqqını dəqiq bilir.



Əlaqəli Xəbərlər

Belarusda “Azərbaycan Ticarət Evi” qeydiyyata alınıb

Növbəti açıq hərracda 16 dövlət əmlakı özəlləşdirilib - Dövlət Komitəsi

Mərkəzi Bankın qısamüddətli notlarının emissiya prospekti və buraxılışı qeydiyyata alınıb

Bu gündən Formula 1 yarışı üçün media nümayəndələrinin qeydiyyatı başlayıb

MBNP "A-Qroup"un səhmlərini qeydiyyata alıb

ƏMDK sədri Kürdəmirdə vətəndaşlarla görüşəcək

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

MBNP tərəfindən "Finans Lizinq"in istiqrazları qeydiyyata alınıb

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək növbəti hərraca 71 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı müsabiqə elan edib

Vergilər Nazirliyi torpaq vergisi üçün yeni kalkulyator hazırlayıb

Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib (FOTOLAR)

Ötən il Azərbaycanda ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr olan yeni evlər istifadəyə verilib - DSK

“İpoteka Fondu”nun istiqrazlarının buraxılışı qeydiyyata alınıb

İran-Azərbaycan dəmir yolu xətti mart ayında istifadəyə veriləcək

Azərbaycanlılar Çexiyada investisiyalarını daşınmaz əmlak və otelçilik sektoruna yönəldiblər - Nazirlik

Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı açıqlanıb

Martın 7-də keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılıb - ƏMDK

Qeydiyyatda olan müəssisə və təşkilatların 54,1 faizi Bakıda yerləşir

ƏƏSMN fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayını açıqlayıb

23 Fevral 2017, 09:29 (GMT +4)
Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində görüşlər keçirib

23 Fevral 2017, 09:27 (GMT +4)
Bakı-Tbilisi qatarında gediş haqqı aşağı salınır

23 Fevral 2017, 09:25 (GMT +4)
Qarabağ atı cinsinin inkişafına 2 milyon manat ayrılıb

23 Fevral 2017, 09:19 (GMT +4)
Azərbaycan İnterpola sorğular göndərib

23 Fevral 2017, 09:14 (GMT +4)
Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib

23 Fevral 2017, 09:11 (GMT +4)
AZPROMO-nun İtaliya nümayəndəliyi yaradılıb

23 Fevral 2017, 09:08 (GMT +4)
Ağdamda mebel sexi yanıb

23 Fevral 2017, 09:01 (GMT +4)
Şotlandiya parlamenti Xocalı soyqırımını tanıyıb

23 Fevral 2017, 08:42 (GMT +4)
Neft Daşlarında faciə baş verib

22 Fevral 2017, 18:03 (GMT +4)
İƏT Gənclər Forumu İdarə Heyəti Mehriban Əliyevanı təbrik edib

22 Fevral 2017, 17:56 (GMT +4)
Rusiya MN-də İnformasiya Əməliyyatları Qoşunları yaradılıb

22 Fevral 2017, 17:53 (GMT +4)
Dəməşq Yaxın Şərqdə terrorizmin qələbəsinə yol verməyəcək - Suriya Baş naziri

22 Fevral 2017, 17:37 (GMT +4)
Sergey Lavrov Edvard Nalbandyanı "Dostluq" ordeni ilə təltif edib

22 Fevral 2017, 17:36 (GMT +4)
Şagirdlər özləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər-DİM

22 Fevral 2017, 17:32 (GMT +4)
İranda “Böyük Peyğəmbər-11” hərbi təlimlərinin sonuncu mərhələsi başlayıb

22 Fevral 2017, 17:19 (GMT +4)
Energetika Nazirliyində Bolqarıstanın energetika naziri ilə görüş keçirilib

22 Fevral 2017, 17:16 (GMT +4)
Mərkəzi Bank sabaha olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

22 Fevral 2017, 17:14 (GMT +4)
Mübariz Qurbanlı “İslam Həmrəyliyi İli”ndə görüləcək işlərin detallarını açıqlayıb

22 Fevral 2017, 17:10 (GMT +4)
Bakıdakı küçələrdən biri aparılan təmir işləriylə əlaqədar müvəqqəti bağlanacaq

22 Fevral 2017, 17:05 (GMT +4)
Ombudsman Aparatında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib

22 Fevral 2017, 16:59 (GMT +4)
Ruhani Hacı Sərdar Hacıhəsənli Masallı polisi tərəfindən saxlanılıb

22 Fevral 2017, 16:59 (GMT +4)
Milli Məclisin sədri Oqtay Əsədov Mehriban Əliyevanı təbrik edib

22 Fevral 2017, 16:57 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

22 Fevral 2017, 16:55 (GMT +4)
Bu il 40 kəndlərarası avtomobil yollarının tikintisi nəzərdə tutulub

22 Fevral 2017, 16:48 (GMT +4)
Türkiyənin Baş naziri parlamentdə bozqurd işarəsi göstərməsinə aydınlıq gətirib

22 Fevral 2017, 16:40 (GMT +4)
Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək

22 Fevral 2017, 16:39 (GMT +4)
Göyçay və Gəncədə gənclər üçün treninqlər keçirilib

22 Fevral 2017, 16:31 (GMT +4)
Sergey Lavrov: Qarabağ münaqişəsinin həlli üzrə Minsk formatına alternativ yoxdur

22 Fevral 2017, 16:30 (GMT +4)
Azercell jurnalistlər üçün onlayn qaydada ingilis dili kursları təşkil edəcək

22 Fevral 2017, 16:26 (GMT +4)
Suriya ordusu Hələbdə genişmiqyaslı əməliyyatlara başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66