Türkiyə lirəsi dollar və avro qarşısında gücünü itirməyə davam edir12 Yanvar 2017, 13:12 (GMT +4) Bakı, 12 yanvar, SalamNews, N.Ələkbər. Türkiyə lirəsi ucuzlaşmağa davam edir.
SalamNews-un qardaş ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün lirəyə nisbətdə 1 ABŞ dollarının rəsmi məzənnəsi 3,8760 olub. Avro isə 4,1170 lirədən satılır.
Bildirək ki, dünən gecə saatlarında dollar tarixi rekordu yeniləyərək 3,9415-ə çatmışdı.
|