Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

06 Fevral 2017, 18:01 (GMT +4)

Bakı, 6 fevral, SalamNews, M.Sadiq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

SalamNews-un məlumatına görə, son günlər müxtəlif KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə Bakıdakı “Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı məlumatlar müzakirə olunur.

Komitənin Dini Qurumlarla İş şöbəsinin müdiri Əliheydər Zülfüqarov bu barədə deyib ki, yayılan məlumatların heç birinin əsası yoxdur: 

“Fatimeyi-Zəhra” məscidi ilə bağlı vaxtilə yaranmış məsələ artıq həllini tapıb. Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək. Hazırda məscid yarımçıqdır və orada nə rəsmi dini icma, nə də rəsmi din xadimi fəaliyyət göstərir. Lakin bundan sonra Qafqaz Müsəlmanları İdarəsi məscidin tikintisini başa çatdıracaq, dini icması yaradılacaq və rəsmi din xadimi təyin olunacaq”.

Sözügedən məsələ ilə bağlı açıqlama verən vəkil Cavad Cavadov bildirib ki, "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasını pozur".

O qeyd edib ki, əvvəllər bu barədə dedikləri artıq təsdiqini tapmağa başlayıb:

“"Fatimeyi-Zəhra" məscidinin ərazisinin əsas hissəsini (1,3 ha torpaq sahəsindən yalnız 25 sot saxlamaq istəyirlər) qanunsuz olaraq almaq istəyirlər. Dini Qurumlarla İş üzrə dövlət Komitəsi açıqlamasında bunu etiraf etmişdir. Məscidin torpaq sahəsi onun ayrılmaz hissəsi və mülkiyyətidir. Bir daha xatırladıram ki, Bakı Apellyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab edilmiş, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid kompleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Məscid və onun yerləşdiyi torpaq sahəsi Qafqaz Müsəlmanları İdarəsinin balansına verilmişdir və torpaq sahəsinin sərəncamçısı məhz bu qurum olmalıdır, bələdiyyə həmin torpaq sahəsinin sərəncamçısı ola bilməz. Bir daha xatırladıram ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidentinin şəxsən göstərişi əsasında həyata keçirilmişdir. Belə qanunsuz hərəkətlər yolverilməzdir.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

20 Noyabr 2018, 12:41 (GMT +4)
“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" Şirvanda (FOTO)

20 Noyabr 2018, 12:27 (GMT +4)
Bəşər Əsəd mövlud tədbiri ilə bağlı camaat namazına qatılıb (FOTO)

20 Noyabr 2018, 12:26 (GMT +4)
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Noyabr 2018, 12:18 (GMT +4)
Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb

20 Noyabr 2018, 12:04 (GMT +4)
Kapital Bank 24/7 rejimdə işləyən Sahil filialını istifadəyə verib

20 Noyabr 2018, 11:50 (GMT +4)
AtaBank-dan 3 kampaniya bir arada!

20 Noyabr 2018, 11:37 (GMT +4)
Suriya türkmənləri ilk dəfə olaraq bayraqlarını nümayiş etdiriblər  (FOTO)

20 Noyabr 2018, 11:33 (GMT +4)
Bakıda baş verən yol qəzasında bir nəfər ölüb 

20 Noyabr 2018, 11:20 (GMT +4)
ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

20 Noyabr 2018, 11:07 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin CEDAW Komitəsinə 6-cı dövri hesabatı hazırlayır

20 Noyabr 2018, 10:57 (GMT +4)
Türkiyədə qəzaya uğrayan təyyarədə  2 nəfərin meyiti aşkar edilib

20 Noyabr 2018, 10:38 (GMT +4)
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub (FOTOLAR)

20 Noyabr 2018, 10:33 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

20 Noyabr 2018, 10:30 (GMT +4)
Ordu Suriya səhrasında Tülul-Səfa bölgəsinin bütününü İŞİD-dən azad edib (VİDEO)

20 Noyabr 2018, 10:24 (GMT +4)
Səfər Mehdiyevin sədrliyi ilə biznes-forum keçiriləcək

20 Noyabr 2018, 10:10 (GMT +4)
Azərbaycanın müdafiə naziri üçtərəfli görüş keçirəcək

20 Noyabr 2018, 10:02 (GMT +4)
Ötən gün baş verən yol qəzalarında 8 nəfər ölüb

20 Noyabr 2018, 09:59 (GMT +4)
Səudiyyə koalisiyası atəşkəsdən sonra yenidən əl-Hudeydaya hücuma başlayıb

20 Noyabr 2018, 09:50 (GMT +4)
Fransa Ər-Riyadın əleyhinə sanksiyalar tətbiq etməyə hazırdır

20 Noyabr 2018, 09:45 (GMT +4)
Gürcüstanda peyğəmbərin (s) mövludu ilə bağlı tədbir keçirilib

20 Noyabr 2018, 09:28 (GMT +4)
Çavuşoğlu və Quterreş Kaşıkçı cinayətini müzakirə edib

20 Noyabr 2018, 09:23 (GMT +4)
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 30 dəfə pozub

20 Noyabr 2018, 09:16 (GMT +4)
Onlarla şahzadə Bin-Salmanın kral olmasının qarşısını almağa çalışırlar  - Reuters

20 Noyabr 2018, 09:12 (GMT +4)
Azərbaycan kərə yağı idxalını azaldıb

20 Noyabr 2018, 09:08 (GMT +4)
Gəncədə yaşayış binasında güclü partlayış olub, ölən və yaralananlar var (FOTO, VİDEO)

20 Noyabr 2018, 09:02 (GMT +4)
Tanınmış jurnalist yeni vəzifəyə gətirilib (RƏSMİ)

20 Noyabr 2018, 09:00 (GMT +4)
Bu gün Qarakənd faciəsindən 27 il ötür

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66