Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Həzrət Fatimeyi-Zəhranın (ə) mövlud günü iffət və ismət bayramıdır - ilahiyyatçı

17 Mart 2017, 12:32 (GMT +4)

Bakı, 17 mart, SalamNews, M.Sadiq. "Həzrət İslam Peyğəmbər (s) buyurur ki, mən cənnət üçün darıxanda qızım Fatiməni (ə) qoxulayıram. Həzrət Fatimə (ə) o, qədər əzəmətlidir ki, Allah onu mələklərə tanıtdıranda öz peyğəmbərini də o xanımla birgə tanıtdırırdı".

Qeyd edək ki, "Kisa" hədisinə əsasən bir gün Həzrət Məhəmməd Peyğəmbər (ə) İmam Əlini, Fatiməni, Həsən və Hüseyni öz əbasının altına alaraq, onlar barəsində dua etmiş, onların hər cür nöqsandan uzaq olmasını Allahdan diləmişdir.

Bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alim Hacı Mirkazım Əyyubov deyib.

İlahiyyatçının sözlərinə görə, Həzrət Peyğəmbər (s) 9 ay ərzində hər gün namaza gedərkən Xanım Zəhranın (ə) qapısında onu və ailə üzvlərini salamlayıb, "Təthir" ("Əhzab", 33) ayəsini oxuyub, onları namaza çağırıb, daha sonra özü namazını qılmağa gedib. Peyğəmbər (s) özü buyururdu ki, Fatimə (ə) mənim bir parçamdır.

Hacı Mirkazım Əyyubov qeyd edib ki, Həzrət Zəhranın (ə) düyaya gəlişi "Kövsər"in dünyaya gəlişidir: "O dövr elə idi ki, ərəb qəbilələri öz qızlarını diri-diri basdırırdılar. Onlar bu hərəkətləri ilə fəxr edirdilər, Peyğəmbəri (s) sonsuz adlandırırdılar. Lakin həmin dövrdə Həzrət Peyğəmbərin (s) qızı dünyaya gəldi. Peyğəmbər qızını "ümmi-əbiha" (atasının anası) adlandırdı. Allah onunla Peyğəmbərə (s) "Kövsər" verdiyini buyurdu. Hər zaman balaca Fatimə otağa daxil olanda Allahın Rəsulu (s) ayağa qalxıb onu qarşılayırdı. Bu, təkcə öz qızına hörmətə görə deyildi, həmçinin Xanım Zəhranın (s) əzəmətinə və Allah yanındakı məqamına görə idi.

İslam alimlərinin fikrincə, məhşər günündəki Kövsər hovuzu Həzrət Fatimənin (ə) batini həqiqətidir. Qiyamət səhnəsində Allahla doğru-düzgün rabitə qurmuş insanlar ya Xanımın öz əlindən, ya onun həyat yoldaşının əlindən, ya da övladlarının əlindən Kövsər suyunu içəcəklər. O suyu içməklə xəstəliklər sağalacaq, qocalar cavanlaşacaq, insanlar cənnəti qazanacaqlar".

İlahiyyatçı tövsiyə olaraq bunları deyib: "Həzrət Xanım Zəhranın (ə) doğum günü iffət və ismət bayramıdır. İnsanlara, xüsusilə gənclərə tövsiyəmiz budur ki, iffət və ismət barəsində ciddi düşünsünlər. Bu gününən gözəl əməllərindən biri Həzrət Fatimə (ə) üçün İstiğasə namazı qılmaqdır. İstiğasə birini təcili köməyə çağırmağa deyilir. Hədislərdə buyurulub ki, nə vaxt bir diləyiniz, çətinliyiniz olarsa, Həzrət Fatiməyə (ə) hədiyyə olaraq İstiğasə namazını qılın. Bu namaz həm çətinliklərin həll olunmasında, həm də Xanımın (ə) mövlud günündə özümüzə və ona hədiyyə olacaq".

İlahiyyatçı mövlud günü münasibətilə bütün xanımları təbrik edib.



Əlaqəli Xəbərlər

Fatimeyi-Zəhra məscidində üçüncü Qədr gecəsi qeyd edilib (FOTOLAR)

Fatimeyi-Zəhra məscidində birinci Qədr gecəsi böyük şövqlə qeyd edilib (FOTOLAR)

"Fatimeyi-Zəhra (ə)" məscidinin yeni Facebook səhifəsi istifadəyə verilib

Moskvada Həzrət Fatimeyi-Zəhranın (ə) mövludu günü qeyd edilib

Bu gün İslam peyğəmbərinin qızı Həzrət Fatimeyi-Zəhranın (ə) mövlud tarixidir

Fatimeyi-Zəhra (ə) məscidinin Facebook səhifəsinə haker hücumu olub

QMİ-də Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadət günü ilə bağlı anım mərasimi keçirilib (FOTOLAR)

İlahiyyatçı Həzrət Fatimeyi-Zəhranın (ə) ləqəblərinin mənasını şərh edib

Bu gün Həzrət Fatimeyi-Zəhranın (ə) şəhid edildiyi gündür

Sumqayıtda Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadət günü qeyd olunub (FOTO)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

"Xanım Fatimeyi-Zəhra" məscidində əzadarlıq mərasimi keçirilib (VİDEO)

"Fatimeyi-Zəhra" məscidində ikinci Qədr gecəsi böyük şövqlə yadda qalıb (FOTOLAR)

Xanım Fatimeyi-Zəhranın (s.ə) yolu Quranın yoludur - ilahiyyatçı

Xanım Zəhranın (s.ə) mövlud gününə həsr olunmuş Quran gecəsi keçirilib (FOTO)

Gürcüstanda Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (FOTO)

Hacı Cavad məscidində xanım Zəhranın (s.ə) şəhadət günü anılıb (FOTO)

Gürcüstanda Fatimeyi-Zəhranın (s.ə) şəhadəti anılıb

Ukraynada xanım Zəhranın (s.ə) şəhadət günü ilə bağlı anım mərasimləri keçirilib

Qafqaz Müsəlmanları İdarəsində xanım Zəhranın (s.ə) şəhadət günü ilə bağlı anım mərasimi keçirilib

24 İyun 2017, 03:00 (GMT +4)
Möminin isməti Kəbə evi qədər hörmətli və toxunulmazdır - Ramazanın 29-cu gününün duası

23 İyun 2017, 19:47 (GMT +4)
Azərbaycanın 5 ölkədəki səfiri geri çağırılıb

23 İyun 2017, 19:37 (GMT +4)
Formula 1 üzrə Azərbaycan Qran Prisində növbəti qəza baş verib

23 İyun 2017, 19:09 (GMT +4)
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

23 İyun 2017, 18:03 (GMT +4)
Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri başa çatıb

23 İyun 2017, 18:00 (GMT +4)
Çində qadınlar üçün metro vaqonları sınaqdan keçiriləcək

23 İyun 2017, 17:58 (GMT +4)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşların müraciətlərini dinləyəcək

23 İyun 2017, 17:55 (GMT +4)
Lerikin Mastail kəndinə ilk dəfə təbii qaz verilib

23 İyun 2017, 17:48 (GMT +4)
ADU-da “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda tədbir keçirilib

23 İyun 2017, 17:40 (GMT +4)
QSC sədri Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub 

23 İyun 2017, 17:35 (GMT +4)
Misir prezidenti Ramazan bayramı ilə əlaqədar 500-dən çox məhbusu əfv edib

23 İyun 2017, 17:18 (GMT +4)
NATO Rusiya sərhədləri yaxınlığında bazalar yerləşdirmək üçün uydurulmuş bəhanələrdən istifadə edir - Lavrov

23 İyun 2017, 17:16 (GMT +4)
İyunun 29-na manatın məzənnəsi açıqlanıb

23 İyun 2017, 17:15 (GMT +4)
Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova prezidenti Formula-1 Paddokunda olublar (FOTO)

23 İyun 2017, 17:07 (GMT +4)
Dövlət Dəniz Akademiyasının tələbələri Qara dənizə təcrübəyə göndəriləcək

23 İyun 2017, 16:49 (GMT +4)
Rusiya və Türkiyə prezidentləri arasında telefon söhbəti baş tutub

23 İyun 2017, 16:43 (GMT +4)
Brüsseldə BƏƏ şahzadəsinin həyat yoldaşı və qızlarına şərti cəza verilib

23 İyun 2017, 16:40 (GMT +4)
Ekologiya və təbii sərvətlər naziri Balakən rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

23 İyun 2017, 16:23 (GMT +4)
Yer bu ilin noyabrında qaranlığa qərq olacaq, Günəş isə göy rəngə boyanacaq - NASA

23 İyun 2017, 16:20 (GMT +4)
Formula-1 Azərbaycan Qran-Prisinin telekommunikasiya xidmətləri təchizatı təmin edilib

23 İyun 2017, 16:04 (GMT +4)
Moskvada MDB İqtisadi Şurasının 74-cü iclası keçirilib

23 İyun 2017, 15:59 (GMT +4)
Dini maarifləndirmə çox vacib işlərdən sayılmalıdır - QMİ sədrinin müavini (MÜSAHİBƏ)

23 İyun 2017, 15:56 (GMT +4)
Yəmən əhalisinin üçdəikisi aclıq astanasındadır - BMT

23 İyun 2017, 15:54 (GMT +4)
Sumqayıt sakinlərindən 12 kiloqrama yaxın narkotik maddə götürülüb (FOTO)

23 İyun 2017, 15:46 (GMT +4)
Formula-1 üzrə Azərbaycan Qran-Prisinin ilk yürüşü zamanı qəza baş verib (FOTOLAR)

23 İyun 2017, 15:42 (GMT +4)
Yunanıstanda vertolyot qəzaya uğrayıb, 2 nəfər ölüb

23 İyun 2017, 15:36 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

23 İyun 2017, 15:34 (GMT +4)
ƏƏSMN: 50 əlilliyi olan şəxs Nabranda yerləşən istirahət mərkəzinə göndərilib

23 İyun 2017, 15:31 (GMT +4)
AMEA ali işçilər üçün tikilmiş mənzillərin bölüşdürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

23 İyun 2017, 15:22 (GMT +4)
Azərbaycanda münaqişə bölgələrində şiddətə məruz qalmış qadınlara həsr olunmuş konfrans keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66