Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

UNEC-də Gənc Alimlər Məktəbi yaradılacaq

17 Mart 2017, 14:33 (GMT +4)

Bakı, 17 mart, SalamNews. Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters”in departament direktoru Oleq Utkin və şöbə müdiri Valentin Boqorov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb.

UNEC-dən SalamNews-a bildiriblər ki, “Thomson Reuters” ilə universitet arasında gələcək əməkdaşlığın üç istiqaməti – beynəlxalq konfransın təşkili, elmmetrik laboratoriyanın qurulması və Gənc Alimlər Məktəbinin yaradılması görüşün əsas müzakirə mövzusu olub.

Bildirilib ki, UNEC və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə mayda keçiriləcək “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də bir araya gətirəcək.

Tədbir, eyni zamanda, ölkədə “Web of Science” platformasına çıxış əldə etməyə dəstək göstərəcək. Bu isə elmi-tədqiqat işlərinin dünyanın elmi ictimaiyyəti arasında tanıdılmasında mühüm rol oynayacaq. Qeyd edək ki, nüfuzlu dünya universitetlərinin alimlərinin elmi məqalələrinin konfransa təqdim edilməsi ilə bağlı çoxlu sayda müraciətlər daxil olub.

Görüşdə UNEC-in bazasında yaradılacaq Gənc Alimlər Məktəbi geniş müzakirə edilib. O.Utkin bildirib ki, UNEC-də bu məktəbin təsis edilməsi gənc alimlərə müasir tələblərə cavab verən elmi nəşrlərin və məqalələrin hazırlanmasında, elmi araşdırmaların keyfiyyətinin artırılmasında kömək göstərəcək.

UNEC-də həm Azərbaycanın, həm də regionun digər ölkələrinin maraqlarına cavab verəcək elmmetrik laboratoriyanın açılması, “Xəzəryanı ölkələrin iqtisadiyyatı” adlı elmi jurnalın nəşri ətrafında da fikir mübadiləsi aparılıb.



Əlaqəli Xəbərlər

UNEC-də Xocalı soyqırımı qurbanları anılıb

UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər

UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada yer alıb

UNEC  “UNEC-də bir gün” layihəsini davam etdirir

Dünya Əngəllilər Vəqfinin vitse-prezidenti: “İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”

Lyon Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”

UNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanı verir

Türkiyəli professor: ““UNEC ekspert” jurnalında məqalələrlə çıxış etməklə maraqlıyıq”

UNEC-də innovativ tədrisin növbəti mərhələsi - müasir kitabxana sistemi

UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər

İstanbul Universitetinin professoru: “UNEC-in akademik etikası öyrənilməlidir”

Dünya universitetlərinin alimləri UNEC-də – tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır

UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib

UNEC-in əməkdaşının Brüsseldə fərdi sərgisi açılıb

Fransanın Montpellier Universitetinin nümayəndələri UNEC-də olublar

UNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilib

UNEC-də elmi tədqiqatların beynəlxalq jurnallarda dərc olunması mexanizmi açıqlanıb

UNEC-in Zaqatala filialında ən yüksək nəticə göstərən tələbə Bakıda təhsil alacaq

UNEC nəzdində İAETİ 2017-ci ili uğurla başa vurub

UNEC-in keyfiyyət elçiləri ilə görüş keçirilib

23 Fevral 2018, 18:41 (GMT +4)
Xocalı soyqırımının 26-cı ildönümü Xalça Muzeyində qeyd edilib (FOTOLAR)

23 Fevral 2018, 18:30 (GMT +4)
Dördüncü CEO Lunch Tbilisi keçirilib

23 Fevral 2018, 18:22 (GMT +4)
“Azercell Telekom” beynəlxalq sertifikata layiq görülüb

23 Fevral 2018, 18:16 (GMT +4)
“Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

23 Fevral 2018, 18:11 (GMT +4)
Qoşqar zirvəsinə ediləcək yürüş iştirakçıları ilə görüş keçirilib

23 Fevral 2018, 18:06 (GMT +4)
Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazıb

23 Fevral 2018, 17:59 (GMT +4)
BANM və MGİMO arasında Anlaşma Memorandumu imzalanıb

23 Fevral 2018, 17:54 (GMT +4)
“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

23 Fevral 2018, 17:50 (GMT +4)
Dövlət Komitəsinin sədri İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

23 Fevral 2018, 17:47 (GMT +4)
İİTKM–də “Digital Marketinq” mövzusunda təlim keçirilib

23 Fevral 2018, 17:41 (GMT +4)
"İdeyadan Biznesə" şüarı ilə “Startap Günləri”nə start verilib

23 Fevral 2018, 17:35 (GMT +4)
UNEC-də Xocalı soyqırımı qurbanları anılıb

23 Fevral 2018, 17:30 (GMT +4)
SDU-da Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib

23 Fevral 2018, 17:22 (GMT +4)
Azərbaycan şirkəti Özbəkistanın dövlət qurumu üçün innovativ texnologiyaların tətbiqini həyata keçirəcək

23 Fevral 2018, 17:12 (GMT +4)
Dolların fevralın 26-na olan məzənnəsi açıqlanıb

23 Fevral 2018, 17:05 (GMT +4)
Qırğızıstanda 4,3 bal gücündə zəlzələ baş verib

23 Fevral 2018, 16:57 (GMT +4)
Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcək

23 Fevral 2018, 16:44 (GMT +4)
Milli Şura “Xocalı Soyqırımı” ilə bağlı gənclər çağırış edib

23 Fevral 2018, 16:35 (GMT +4)
Azərbaycan-Avstriya: İqtisadi sahədə əməkdaşlıq imkanları genişlənir

23 Fevral 2018, 16:24 (GMT +4)
Hərbi qulluqçuların hüquqi bilikləri təkmilləşdirilir

23 Fevral 2018, 16:10 (GMT +4)
43,8 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb

23 Fevral 2018, 15:57 (GMT +4)
Xocalı soyqırımına həsr olunmuş film Kaliforniyada nümayiş etdirilib

23 Fevral 2018, 15:42 (GMT +4)
Bakıda Küveytin milli bayramı qeyd olunub

23 Fevral 2018, 15:26 (GMT +4)
2017-ci ildə ölkəyə daxil olan pul baratları 1,2 milyard dollar olub

23 Fevral 2018, 15:15 (GMT +4)
Həmyerlimiz Malayziyanın ali mükafatına layiq görülüb

23 Fevral 2018, 15:03 (GMT +4)
Rusiyalı jurnalistin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb

23 Fevral 2018, 14:52 (GMT +4)
MBNP-da Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub

23 Fevral 2018, 14:43 (GMT +4)
Ötən il beynəlxalq daşımaları həyata keçirən sürücülər tərəfindən 194 yol-nəqliyyat hadisəsi baş verib

23 Fevral 2018, 14:35 (GMT +4)
Türkiyənin Gəncədəki konsulluğunda Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

23 Fevral 2018, 14:30 (GMT +4)
“Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzinin hesabat-seçki yığıncağı keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66