Mobil versiya RU AZ

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə

_

AZƏRBAYCAN » İQTİSADİYYAT

DBNX Ucarda ölü doğulan heyvanla əlaqədar yayılan məlumatlara münasibət bildirib

18 Mart 2017, 15:20 (GMT +4)

Bakı, 18 mart, SalamNews. Kənd Təsərrüfatı Nazirliyi (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Ucar rayonunda buzovun ölü doğulması ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib.

DBNX-dan SalamNews-a verilən məlumatda deyilir ki, bir sıra kütləvi informasiya vasitələrində (KİV) Ucar rayonunun Gəraybəyli kənd sakini Cəbrayılov Abbas Malik oğluna məxsus heyvanın ölü buzov doğulması ilə əlaqədar məlumat yayılıb:

“Bununla əlaqədar DBNX bildirir ki, 08 mart 2017-ci il tarixində baytarlıq mütəxəssisləri vətəndaşın həyətində olub və heyvana baxış keçiriblər. Baxış zamanı buzovun yetişmiş (9 aylıq) formada ölü vəziyyətdə doğulması məlum olub. Heyvan sahibi ilə aparılan söhbət zamanı o da məlum olub ki, heyvanda doğuş üçün gücənmələr 7 mart 2017-ci il tarixində, günün ikinci yarısında baş verib. Lakin heyvan sahibi bir gün sonra baytarlıq mütəxəssislərinə müraciət edib. Baytarlıq mütəxəssisləri müraciət edilən vaxtda heyvan sahibinin həyətində olub və doğuşu başlanan, köklük dərəcəsi normadan xeyli aşağı olan heyvana yardım göstəriblər. Lakin göstərilən yardımlara və cəhdlərə baxmayaraq, tərs gəlməsi və doğumun ləngiməsi ucbatından balanın ölü olduğu müəyyən edilib” - deyə DBXN-nin yaydığı məlumatda qeyd olunub.

“KİV-də gedən iddiaya görə buzovun ölü doğulmasına dabaq vaksininin vurulması səbəb olub. DBNX bununla əlaqədar olaraq bildirir ki, 2017-ci ildə dabaq xəstəliyinə qarşı respublikada 2,5 mln. iribuynuzlu heyvan peyvəndə cəlb olunub. Lakin heç bir heyvanda mürəkkəbləşmə və balasalma müşahidə edilməyib. Eləcə də keyfiyyət sertifikatı olan dabaq vaksininin istifadə təlimatının 16-cı bəndində qeyd edilir ki, bu vaksinin boğaz heyvanlara tətbiqi zamanı balaya heç bir mənfi təsir göstərmir. Odur ki, balanın ölü doğuşunun vaksinin təsirindən baş verməsi əsasızdır və praktikada belə hal qeydə alınmayıb.

Bildiririk ki, heyvan sahibi tərəfindən müxtəlif bəhanə və tələblərlə buzov cəsədinin müayinə üçün verilməməsi ucbatından balanın ölümünə səbəb olan halları müəyyənləşdirmək mümkün olmayıb”.

Baytarlıq mütəxəssislərinin vətəndaşın 3 baş malına dabaq əleyhinə peyvənd vuraraq akt tərtib edərkən onun heyvanlarının sayını 6 baş qeyd etməsi əsası olmayan növbəti məlumatlardan biridir: “Bildiririk ki, peyvənd vasitələri heyvana tətbiq edilən zaman akt tərtib edilmir. Yalnız peyvəndləmə aparılan zaman qeydiyyat kitabında vətəndaşın neçə baş heyvanına vaksin vurulduğunu bildirən xanaya imza etdirilir. Qeydiyyat kitabında isə Cəbrayılov Abbas Malik oğluna məxsus yalnız 4 baş heyvana (2 baş inək, 2 baş düyə) vaksin vurulduğu və onlar tərəfindən imzalanması öz əksini tapıb. Eləcə də KİV-də gedən digər iddialar və fikirlər əsasızdır.
DBNX təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktik tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalı və zootexniki normalara uyğun qidalarla təmin edilməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun. Hələlik isə respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur”.



Əlaqəli Xəbərlər

Ucarda oğurluq etmiş keçmiş məhkum saxlanılıb

Ucarda avtomobil yolunun tikintisinə 2,7 milyon manat ayrılıb

DBNX: Ölkəyə idxal edilən bütün heyvandarlıq məhsullarına nəzarət olunur

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Arzu Rəhimov Ucarda vətəndaşların müraciətlərini dinləyəcək

Ucarda zəlzələ olub

Bakıda yararsız kolbasa məmulatları zərərsizləşdirilib - DBNX

Ucarın Lək kəndində birmərtəbəli evdə yanğın olub

Ucarda yanğınla nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Ucar-Əlikənd mənzilində 6 km dəmir yolu əsaslı təmir olunur

Ucar və Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Ucar rayonunda itkin düşən falçının meyiti tapılıb

Ucar rayonunun Qaracallı və Yuxarı Şilyan kəndlərinə ilk dəfə təbii qaz verilib

Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur (VİDEO)

Bərgüşad-Ucar mənzilində 10 km dəmir yolu yenilənir 

Ucarda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə saxlanılsın - DBNX

Mübariz Qurbanlı Ucarda vətəndaşların müraciətlərini dinləyib

Ucar rayon sakini olan dələduz saxlanılıb

Mübariz Qurbanlı Ucarda vətəndaşlarla görüşəcək

16 Avqust 2017, 17:59 (GMT +4)
BDU rektoru universitetin yeni tələbələri ilə görüşüb 

16 Avqust 2017, 17:55 (GMT +4)
Türkiyə Nigeriyada törədilən terror aktlarını pisləyib

16 Avqust 2017, 17:52 (GMT +4)
Sabunçuda dənizdə batan şəxs xilas edilib

16 Avqust 2017, 17:51 (GMT +4)
Binəqədi - Novxanı yolunda yol çöküb (FOTO)

16 Avqust 2017, 17:49 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

16 Avqust 2017, 17:48 (GMT +4)
Magistraturaya qəbul planı 82,58 faiz dolub - DİM

16 Avqust 2017, 17:47 (GMT +4)
Prezident İlham Əliyev Qabon Respublikasının Prezidentini təbrik edib

16 Avqust 2017, 17:45 (GMT +4)
Bakıda İran vətəndaşının öldüyü qəzada hadisə yerindən qaçmış sürücü tutulub

16 Avqust 2017, 17:40 (GMT +4)
Ağdaşda dini radikalizmlə mübarizə ilə bağlı seminar-treninq keçirilib

16 Avqust 2017, 17:36 (GMT +4)
Rusiya Suriyanın ABŞ və Britaniyanı terrorçulara zəhərli maddələr çatdırmaqda ittiham etməsinə münasibət bildirib

16 Avqust 2017, 17:35 (GMT +4)
Xalq yazıçısı Yusif Səmədoğlunun anım günüdür

16 Avqust 2017, 17:21 (GMT +4)
Qarabağla bağlı bütün proseslər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində olmalıdır - politoloq

16 Avqust 2017, 17:19 (GMT +4)
Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

16 Avqust 2017, 17:17 (GMT +4)
Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb

16 Avqust 2017, 17:14 (GMT +4)
Almaniya XİN: Türkiyənin Adil Öksüzlə bağlı tələbi araşdırılacaq 

16 Avqust 2017, 17:12 (GMT +4)
Mərkəzi Bank sabaha olan manatın məzənnəsini açıqlayıb

16 Avqust 2017, 17:05 (GMT +4)
Sumqayıtda dənizdə 1 nəfər batıb

16 Avqust 2017, 17:01 (GMT +4)
Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istəyib

16 Avqust 2017, 16:59 (GMT +4)
“Real Madrid” və “Barselona” arasında cavab oyunu keçiriləcək

16 Avqust 2017, 16:52 (GMT +4)
Suriya ABŞ və Britaniyanı terrorçulara zəhərli maddələr çatdırmaqda ittiham edib

16 Avqust 2017, 16:50 (GMT +4)
Masallıda Qarabağ müharibəsi veteranının evindən xeyli miqdarda pul oğurlanıb

16 Avqust 2017, 16:48 (GMT +4)
Türkiyədə terror aktı törətməyi planlaşdıran 5 İŞİD üzvü saxlanılıb

16 Avqust 2017, 16:44 (GMT +4)
Azərbaycanda 37 min manata "AA" seriyalı avtomobil nömrəsi satılır (SİYAHI)

16 Avqust 2017, 16:30 (GMT +4)
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib (SİYAHI)

16 Avqust 2017, 16:28 (GMT +4)
Batumidə yanacaqdoldurma stansiyasında partlayış baş verib

16 Avqust 2017, 16:25 (GMT +4)
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib (SİYAHI)

16 Avqust 2017, 16:15 (GMT +4)
Binəqədi, Mehdiabad və Novxanıda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 4 milyon manat ayrılıb

16 Avqust 2017, 16:14 (GMT +4)
“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu yeni layihənin icrasına başlayır

16 Avqust 2017, 15:56 (GMT +4)
Azərbaycan rezidentləri tərəfindən 37,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib

16 Avqust 2017, 15:46 (GMT +4)
Londondakı "Sautend" hava limanı yaxınlığında partlayış baş verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66