Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim olunub

18 Mart 2017, 19:24 (GMT +4)

Bakı, 18 mart, SalamNews. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 55 gün qaldığı vaxtda – martın 18-də Oyunların ilk biletləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xanımı, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub. Biletlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə Bakıda keçirilən ümumxalq yürüşündə təqdim edilib.

“Bakı-2017” Əməliyyat Komitəsindən SalamNews-a bildiriblər ki, IV İslam Həmrəyliyi Oyunlarının könüllülük proqramının bir hissəsi olmaq üçün artıq 8 mindən çox azərbaycanlı gənc qeydiyyatdan keçib. Könüllülər proqramının bir hissəsi olaraq gənclər Oyunların ictimaiyyətə geniş çatdırılmasında vacib rol oynayacaq, eyni zamanda, onlar üçün təşkil edilən liderlik, təqdimat və ünsiyyət yaratma bacarıqları üzrə təlimlərdən də bəhrələnəcəklər.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışına martın 19-da (bazar günü) start veriləcək. Bu münasibətlə “Gənclik Mall”da idmançı və ulduz səfirlərin - İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva, Hacı Nuranın və “Bakı-2017”nin talismanları “İncə” və “Cəsur”un iştirakı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrə qatılaraq bilet qazanmaq imkanı əldə edəcəklər.

Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edəcəklər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.

“Bakı-2017”nin təşkilatçıları biletləri birinci Avropa Oyunlarında olduğu kimi, münasib və əlverişli qiymətlərlə satılmasını təmin edəcəklər ki, daha çox ailələr və gənc azarkeşlər bu yaz baş tutacaq mötəbər idman yarışından zövq ala bilsin. “Bakı-2017” 16 yaşadək bütün gəncləri güzəştli biletlərdən yararlanmağa səsləyir. Belə ki, onlar 13 idman sessiyasına pulsuz buraxılacaqlar. Həmçinin 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arenasına, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti bir manat olacaq.

Dünyanın müxtəlif ölkələrindən olan idman həvəskarları “Bakı-2017”nin möhtəşəm açılış və bağlanış mərasimlərini mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda izləyə biləcəklər. Açılış mərasiminə biletlərin qiyməti 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat arasında dəyişir.

Əməliyyat Komitəsi idmansevərlərin diqqətinə çatdırır ki, IV İslam Həmrəyliyi Oyunları üçün biletləri “Bakı-2017”nin rəsmi vebsaytı – “www.baku2017.com/tickets” vasitəsilə, yaxud paytaxtımızın müxtəlif məkanlarında quraşdırılacaq 12 satış məntəqəsindən əldə etmək olar.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bilet satışı ilə bağlı deyib: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 50-dən artıq ölkənin idmançılarını Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik. Oyunların Azərbaycanda keçirilməsi gözəl ölkəmizi təbliğ etməklə yanaşı, həm də xalqımıza yüksək səviyyəli beynəlxalq idman yarışlarını seyr etmək şansı yaradır. Biletlərin qiymətlərini münasib saxlamaqla biz hər kəsi bu möhtəşəm beynəlxalq idman tədbirinə gəlib onun bir hissəsi olmağa çağırırıq”.

IV İslam Həmrəyliyi Oyunları zamanı “Bakı-2017”nin könüllülərindən bəhs edən korporativ direktor bildirib: “Biz ölkəmizin müxtəlif regionlarında yaşayan gənclərin 12 mindən çoxundan artıq ərizələr almışıq. Onların Oyunlar zamanı 8 min könüllüdən biri olmaq arzuları bizi çox sevindirir. İnanırıq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda artmaqda olan könüllülük mədəniyyətinin gözəl örnəyini bir daha nümayiş etdirəcək. Əminliklə deyə bilərəm ki, könüllülər Oyunlarda öhdələrinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər. Məhz könüllülük missiyası onları gələcək karyeralarını qurmaqda lazımi bilik, bacarıq və təcrübə ilə təmin edəcək”.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək və İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiridir.



Əlaqəli Xəbərlər

Elçin Mirzəbəyli: İslam hümanizmə və sülhə çağıran dindir

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının başlanmasına 50 gün qalıb (FOTOLAR)

Azərbaycanın regionlarında İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılacaq

Elçin Səfərov: İslam Oyunlarında əqidəsindən asılı olmayaraq bütün tamaşaçılara diqqət yetiriləcək 

Bakı 2017 Oyunlarının Atlet Səfirləri gənclərin idman həvəsini artırır

İslam Həmrəyliyi Oyunları üçün 500 min bilet satışa çıxarılıb

Bu gün İslam peyğəmbərinin qızı Həzrət Fatimeyi-Zəhranın (ə) mövlud tarixidir

Arizonada məscidə girən naməlum şəxs İslamın müqəddəs kitabını cırıb

Şabranda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfransda keçirilib

Avropa İttifaqı İslama qarşı "xaç yürüşü"nə başlayıb – Ərdoğan

Bakının Binəqədi rayonunda “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib (FOTOLAR)

İslam Oyunları zamanı Bakının küçə və prospektlərində tətbiq olunacaq xüsusi qaydalar açıqlanıb

Prezident İlham Əliyev “İslam həmrəyliyi-zamanın çağırışı” konfransın iştirakşılarına məktub ünvanlayıb

Bakıda Qlobal “İƏT Modeli Sammiti” İslam Həmrəyliyi Oyunları öncəsi keçiriləcək

Bəhreyndə İslam aliminin tərəfdarları ilə polis arasında toqquşmalar davam edib (VİDEO)

Bakıda "İslam həmrəyliyi — zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

İslam Oyunlarının Xəzərdən başlayacaq səyahət marşrutu elən edilib

Masallıda islam həmrəyliyi ilə bağlı seminar-müşavirə keçirilib

Bəhreyndə İslam aliminin müdafiəsi üçün yenidən kütləvi etirazlar keçirilib (VİDEO)

25 Mart 2017, 16:57 (GMT +4)
Sabirabad rayonunda ikimərtəbəli evdə yanğın olub

25 Mart 2017, 16:51 (GMT +4)
Azərbaycan ilə ABŞ strateji tərəfdaşlardır - səfir

25 Mart 2017, 16:40 (GMT +4)
Egey dənizində 12 miqrant boğulub

25 Mart 2017, 16:02 (GMT +4)
Azərbaycanın sərbəst güləşçiləri hazırlıqlarını Kislovodskda davam etdirirlər

25 Mart 2017, 15:26 (GMT +4)
Albaniyanın paytaxtında Balkanların ən böyük məscidi inşa edilir

25 Mart 2017, 15:20 (GMT +4)
Donald Tramp Avropa İttifaqı Şurasının prezidentini Avropa Komissiyasının rəhbəri ilə səhv salıb

25 Mart 2017, 14:52 (GMT +4)
Bu gün birlik üçün çağırış etmək kifayət deyil - Aİ rəsmisi

25 Mart 2017, 14:30 (GMT +4)
Gəncədə TTTYS bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir (FOTO)

25 Mart 2017, 13:58 (GMT +4)
Xəzər dənizində 3,2 bal gücündə zəlzələ olub

25 Mart 2017, 13:51 (GMT +4)
Yanvar ayında Azərbaycanda müsbət ticarət saldosu qeydə alınınb

25 Mart 2017, 13:47 (GMT +4)
Xaçmazın Əhmədoba kəndində yaşayış evində yanğın olub

25 Mart 2017, 13:27 (GMT +4)
Yanvar və fevral aylarında ölkənin inşaat sektorunda çalışanların sayı artıb

25 Mart 2017, 13:23 (GMT +4)
Elçin Mirzəbəyli: İslam hümanizmə və sülhə çağıran dindir

25 Mart 2017, 13:15 (GMT +4)
İki ayda Azərbaycanın sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib

25 Mart 2017, 13:10 (GMT +4)
Azərbaycanda tikinti materiallarının istehsalı artıb

25 Mart 2017, 13:06 (GMT +4)
Mosulda dağıntılar arasından 500-ə qədər meyit çıxarılıb

25 Mart 2017, 13:00 (GMT +4)
Aİ ölkələri uzun sürən münaqişələrin təhlükəsini anlamırlar - politoloq

25 Mart 2017, 12:14 (GMT +4)
Angela Merkel Aİ-nin səhvlərini etiraf edib

25 Mart 2017, 12:06 (GMT +4)
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

25 Mart 2017, 12:05 (GMT +4)
Məşhur musiqi qrupunun üzvlərindən birinin ailəsində faciə baş verib

25 Mart 2017, 11:50 (GMT +4)
Dəməşqin Cubər qəsəbəsi terrorçulardan azad edilib

25 Mart 2017, 11:46 (GMT +4)
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi regiona səfər etməyi planlaşdırır

25 Mart 2017, 11:40 (GMT +4)
Romada bu gün Aİ-nin yubiley sammiti keçiriləcək

25 Mart 2017, 11:18 (GMT +4)
Bakının Sabunçu rayonunda yaşayış evində yanğın olub

25 Mart 2017, 10:45 (GMT +4)
Cəbhə xəttində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 117 dəfə pozub

25 Mart 2017, 10:40 (GMT +4)
Belarusda prezidentliyə namizəd olmuş Vladimir Neklyayev saxlanılıb 

25 Mart 2017, 10:27 (GMT +4)
Azərbaycanda ötən illə müqayisədə ümumdaxili məhsul istehsalı artıb

25 Mart 2017, 10:21 (GMT +4)
Dilçi söz yarada bilməz – alim

25 Mart 2017, 10:18 (GMT +4)
Əhalinin banklardakı əmanətlərinin 81,2 faizi xarici valyutayla qoyulub

25 Mart 2017, 10:14 (GMT +4)
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66