Türkiyənin tanınmış media təşkilatlarının rəhbərləri Azərbaycanda səfərdədirlər18 Mart 2017, 20:12 (GMT +4) Bakı,18 mart, SalamNews.Türkiyənin bir qrup tanınmış media və jurnalistlər təşkilatlarının rəhbərləri Azərbaycanda səfərdədir.
SalamNews xəbər verir ki, Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının rehi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” adlı layihəsi çərçivəsində Azərbaycanda səfərdədir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını itirən şəhidlərin xatirəsini yad edən qonaqlar 20 yanvar qətliamı və Qarabağ savaşında şəhid olan qəhrəman oğul və qızların məzarlarına gül dəstələri qoyublar. Media mənsubları həmçinin Türk şəhidliyini də ziyarət ediblər, dualar oxuyublar.
Deputat Qənirə Paşayeva Türkiyəli media mənsublarına 20 yanvar qətliamında və Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə günahsız soydaşımızın həyatlarını itirdiyini diqqətə çatdırıb.
O qeyd edib ki, müharibə nəticəsində bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyi Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının həssas məsələsidir.
Daha sonra Bakı şəhərinin görməli yerləri ilə tanış olan qonaqlar “İçərişəhər” dövlət tarix memarlıq qoruğu idarəsində olmuş, YUNESKO-nun Maddi Mədəni İrs siyahısına daxil olan tarixi memarlıq abidəsi ilə yaxından tanış olmuşlar. Qonaqlar həmçinin Xalça Muzeyini ziyarət ediblər.
Antalya Gazeteciler Cemiyeti və Akdeniz Gazeteciler Federasyonu Başkanı Mevlüt Yeni, Antalya Gazeteciler Cemiyeti və Akdeniz Gazeteciler Federasyonu Başkanı, Türkiye Gazeteciler Konfederasyonu Genel Başkan Yardımcısı Mevlüt Yeni, Burdur Gazeteciler Cemiyeti Başkanı Kürşat Tuncel, Yenigün-Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Akdeniz Gazete Sahipleri Derneği Başkanı Ahmet Duran Yenigün, Akdeniz Gazeteciler Federasyonu Yönetim Kurulu üyesi Ali Buldu, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı İdris Taş, Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Osmaniye Gazeteciler Cemiyeti Başkanı Ali Cihangir, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı Mustafa Taşın iştirak etdiyi heyətlə ilk olaraq, Mətbuat Şurasında görüş keçirilib. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri qədim tarixi köklərə malik olduğunu qeyd edib.
Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, bu cür səfərlər hər iki ölkənin müxtəlif aspektlərdən tanıdılmasında, mühüm rol oynayır.
Sonda Mətbuat Şurası və Türkiyə media mənsubları arasında əməkdaşlıq memorandumu imzalanıb.
|