Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Sovetski ərazisindəki “Hacı Cavad” məscidi də söküləcək (FOTO)

12 Aprel 2017, 17:27 (GMT +4)

Bakı, 12 aprel, SalamNews. Bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən Sovetski ərazisindəki “Hacı Cavad” məscidinin sökülmə qərarına etiraz olaraq şəhər sakinlərinin bir qrupu ibadət ocağının yerləşdiyi əraziyə toplaşıb. Ərazidə həmçinin çoxsaylı polis əməkdaşlarını, rəsmi qurumların nümayəndələri gəlib.

SalamNews xəbər verir ki, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında hər hansı bir məscidin sökülməsinin tərəfdarı olmadığını bildirib.

O, həmçinin qeyd edib ki, Hacı Cavad məscidi Qafqaz Müsəlmanlar İdarəsinin qeydiyyatında deyil. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da gündəmdəki məsələyə münasibət bildirib. Komitə sədri deyib ki, həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.

Həmin ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Orada yaşayan insanlarla söhbət aparmışıq, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyi nəzərdə tutulur. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin KİV-ə verdiyi məlumata görə, hal-hazırda məscidin söküntüsü müvəqqəti dayandırılıb. Bu qərar sakinlərlə danışıqdan sonra verilib. İbrahim Mehdiyev deyib ki, sözü gedən məscid plana düşdüyündən, onsuz da söküləcək. Sadəcə, yaxın vaxtlarda həmin məscidin köçürüləcəyi ərazi açıqlanacaq.

Qeyd edək ki, Bakının Sovetski ərazisində yerləşən “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi artıq sökülüb, “Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.

Onu da bildirək ki, hər iki məscid qədim yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində qeydiyyatdadır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Noyabr 2018, 17:56 (GMT +4)
Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilib

16 Noyabr 2018, 17:48 (GMT +4)
Prezident İlham Əliyev: Sumqayıt Kimya Sənaye Parkına 2,2 mlrd. dollar sərmayə qoyulub

16 Noyabr 2018, 17:41 (GMT +4)
Dolların noyabrın 19-na olan məzənnəsi açıqlanıb

16 Noyabr 2018, 17:33 (GMT +4)
Sahil Babayev Şəmkirdə sakinlərlə görüşüb

16 Noyabr 2018, 17:25 (GMT +4)
Dövlət qulluğuna işləmək istəyənlər üçün test imtahanı keçiriləcək

16 Noyabr 2018, 17:16 (GMT +4)
HƏMAS-ın gücü bir ilə Hizbullah qədər olacaq – Aviqdor Liberman

16 Noyabr 2018, 17:04 (GMT +4)
Baş Qərargah rəisi KQHO yekunlarına dair müşavirə keçirib

16 Noyabr 2018, 16:55 (GMT +4)
Jurnalistlər "Azercell"in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

16 Noyabr 2018, 16:50 (GMT +4)
“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb

16 Noyabr 2018, 16:38 (GMT +4)
Bakının Babək prospektində görülən işlər dekabrın 10-na qədər yekunlaşdırılacaq

16 Noyabr 2018, 16:35 (GMT +4)
Liviyada 22 hərbçinin cəsədinin olduğu kütləvi məzarlıq tapılıb (FOTO)

16 Noyabr 2018, 16:20 (GMT +4)
Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib

16 Noyabr 2018, 16:11 (GMT +4)
ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

16 Noyabr 2018, 15:54 (GMT +4)
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Almaniyaya gedəcək

16 Noyabr 2018, 15:47 (GMT +4)
Qəzzalılar bu gün 34-cü dönüş yürüşünü keçirir – Qarşıdurma ehtimalı var

16 Noyabr 2018, 15:45 (GMT +4)
Startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

16 Noyabr 2018, 15:41 (GMT +4)
Kitabxana işinin təşkilinə dair təlimlər keçiririlir

16 Noyabr 2018, 15:22 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

16 Noyabr 2018, 15:15 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtda yeni zavodun açılışında iştirak edib

16 Noyabr 2018, 15:10 (GMT +4)
Bəhreyn ABŞ-dan 12 ədəd hərbi helikopter alacaq

16 Noyabr 2018, 14:59 (GMT +4)
Bu gündən İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

16 Noyabr 2018, 14:58 (GMT +4)
Facebook onun qaydalarına zidd nəşrlərlə mübarizə məqsədilə müstəqil orqan yaradacaq

16 Noyabr 2018, 14:50 (GMT +4)
ABŞ BMT-in Colanın Suriyaya qaytarılması qətnaməsini veto edəcəyini bildirib

16 Noyabr 2018, 14:45 (GMT +4)
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib

16 Noyabr 2018, 14:33 (GMT +4)
Türkiyədə Camal Kaşıkçı üçün qiyabi cənazə namazı qılınacaq

16 Noyabr 2018, 14:32 (GMT +4)
M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə Dövlət İqtisad Universiteti əməkdaşlığa başlayır

16 Noyabr 2018, 14:20 (GMT +4)
Küveyt israilli bloggeri deportasiya edib

16 Noyabr 2018, 14:15 (GMT +4)
“Ailəliklə kitabxanaya” layihəsinə start verilib

16 Noyabr 2018, 14:06 (GMT +4)
İsraildə Netanyahu əleyhinə etiraz aksiyaları keçirilib (VİDEO)

16 Noyabr 2018, 13:51 (GMT +4)
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66