Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

Azərbaycan karateçiləri Mərakeşdə keçirilən Karate 1 Premyer Liqasının qalibi olublar

19 Aprel 2017, 11:33 (GMT +4)

Bakı, 19 aprel, SalamNews. Rafael Ağayevlə (-75 kq) Ayxan Mamayev (-84 kq) Mərakeşin paytaxtı Rabatda Karate 1 Premyer Liqasının qalibi olublar. 

SalamNews xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) növbəti nüfuzlu turnirində 8 nəfərlik heyətdən Asiman Qurbanlı (+84 kq) ilə İrina Zaretska (-68 kq) isə bürünc medal uğrunda döyüşlərdə qələbəni əldən veriblər. A.Qurbanlı yarımfinalda misirli idmançı ilə görüşdə hakim haqsızlığı üzündən, İ.Zaretska isə ardıcıl qısa fasilələrlə səfər turnirlərində iştirak etdiyindən yüksək nəticə göstərə bilməyiblər. Tural Ağalarzadə (-67 kq) təsəlliverici görüşlərdə Tunisli idmançı ilə döyüşdə hesabda irəli olsa da, ağır zədə aldığından məğlubiyyətlə barışmalı olub.

Bu mötəbər yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə heyətin əsas üzvləri, eləcə də qadınlardan digər legionerimiz Dorota Balciarova (kata) tatamiyə çıxıb. Federasiyanın Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevə hakimləri təyin etmək üçün tatami menecerinin köməkçisi, videotəkrarlara məsul hakim və final döyüşlərini idarə etmək kata və kumitedə dəfələrlə əsas hakim kimi turnirin ən məsuliyyətli işləri həvalə olunub.

Azərbaycanın Mərakeş krallığında səfiri Tarik Əliyev idmançılarımızı dəstəkləmək məqsədilə yarışları izləyib. Federasiyanın 1ci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov rəhbərlik və heyət adından səfirə təşəkkürünü bildirib. Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 34 ölkədən 384 idmançı qatılıb. Əsasən islam ölkələrinin idmançıları ilə görüşlər, karateçilərimiz üçün bir növ qarşıdakı 4-cü İslam Həmrəyliyi Oyunlarına sınaq yarışı olub.

Premyer Liqa turnirinin son günü qala gecədə iştirakçı ölkələrə xatirə hədiyyələri təqdim edilib. WKF prezidenti Antonio Espinos mərasimdə R.Hətəmova Azərbaycan karateçilərinin hər zaman yüksək səviyyəli çıxışlarından məmnun olduğunu bildirib.  Artıq vətənə dönən karateçilərimiz 4-cü İslam Həmrəyliyi Oyunlarının 13-14 may tarixlərində karate yarışları üçün son hazılıqlara başlayacaqlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Sentyabr 2018, 17:58 (GMT +4)
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb

24 Sentyabr 2018, 17:50 (GMT +4)
“Azərbaycan alimləri diasporu” informasiya sistemi hazırlanır

24 Sentyabr 2018, 17:45 (GMT +4)
Bruselyoza qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir

24 Sentyabr 2018, 17:43 (GMT +4)
Ayətullah Xamenei Əhvaz hücumuna münasibət bildirib

24 Sentyabr 2018, 17:41 (GMT +4)
AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb

24 Sentyabr 2018, 17:38 (GMT +4)
AQTA ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı məlumatlara aydınlıq gətirib

24 Sentyabr 2018, 17:33 (GMT +4)
Fövqəladə hallar naziri Horadiz şəhərində vətəndaşları qəbul edəcək

24 Sentyabr 2018, 17:25 (GMT +4)
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

24 Sentyabr 2018, 17:20 (GMT +4)
Avtomobil qaçıran şəxslər polis tərəfindən saxlanılıb

24 Sentyabr 2018, 17:16 (GMT +4)
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

24 Sentyabr 2018, 17:12 (GMT +4)
“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib (FOTO)

24 Sentyabr 2018, 17:02 (GMT +4)
“Apple” rəhbəri yeni “iPhone” modellərinin nəyə görə baha olmasını izah edib

24 Sentyabr 2018, 17:00 (GMT +4)
İdlibdəki bəzi qruplaşmalar Rusiya-Türkiyə anlşamasına razı olmadıqlarını bəyan ediblər

24 Sentyabr 2018, 16:53 (GMT +4)
İslam Universitetinin bağlanması ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib

24 Sentyabr 2018, 16:43 (GMT +4)
Uqandanın dövlət xidmətləri naziri “ASAN xidmət”də

24 Sentyabr 2018, 16:31 (GMT +4)
“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb

24 Sentyabr 2018, 16:23 (GMT +4)
"Azerbaijan Technologies" şirkəti ABADçılara hədiyyə verib

24 Sentyabr 2018, 16:20 (GMT +4)
Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib

24 Sentyabr 2018, 16:14 (GMT +4)
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

24 Sentyabr 2018, 16:09 (GMT +4)
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazasının açılışı olub

24 Sentyabr 2018, 15:52 (GMT +4)
Aqil Ələsgər: Ermənistan Dağlıq Qarabağı narkoplantasiyaya çevirib (VİDEO)

24 Sentyabr 2018, 15:35 (GMT +4)
UEFA “Qarabağ” klubunun hesabına vəsait köçürüb

24 Sentyabr 2018, 15:33 (GMT +4)
Bakıda Kütləvi Futbol Həftəsi festivalı təşkil ediləcək

24 Sentyabr 2018, 15:20 (GMT +4)
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir

24 Sentyabr 2018, 15:04 (GMT +4)
Stokholmda Azərbaycan tədris kursları açılıb

24 Sentyabr 2018, 14:55 (GMT +4)
Mastercard yeni kampaniyaya start verib

24 Sentyabr 2018, 14:50 (GMT +4)
Lənkəranda 25 hektar sahədə ziyanvericilər aşkarlanıb

24 Sentyabr 2018, 14:49 (GMT +4)
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir (FOTO)

24 Sentyabr 2018, 14:40 (GMT +4)
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

24 Sentyabr 2018, 14:37 (GMT +4)
İsrailə cavab olaraq – Rusiya S300-ün Suriyaya veriləcəyi zamanı açıqlayıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66