Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

BDU-da "Fizikaya müasir baxış" adlı beynəlxalq konfrans keçirilib

20 Aprel 2017, 13:35 (GMT +4)

Baki, 20 aprel, SalamNews. Bakı Dövlət Universitetində (BDU) “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən SalamNews-a verilən məlumata görə, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq onun işinə uğurlar arzulayıb. Bildirib ki, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutları alimlərinin də iştirak etdiyi konfrans işini bölmə iclaslarında davam etdirəcək və maraqlı stend məruzələr təqdim ediləcək.

Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Aleksandır Ruzayev, Ankara Universiteti Fizika fakültəsinin dekanı, professor İman Əsgərzadə, Yaponiyanın Hirosima Universitetinin professoru Tomohiro İnagaki, Polşanın Lyublin Universitetinin professoru Miroslav Kulik, Ali Attestasiya Komitəsinin sədr əvəzi, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Pakistanın Komsats İnstitutunun professoru Arşad Salim Bhathi də çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Sonra konfrans işini Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Biologi və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində davam etdirib. İki gün davam edəcək konfransda 130-dək məruzə dinləniləcək.

Qeyd edək ki, konfransın nəticələrinə görə Azərbaycan və rus dillərində olan məqalələr “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan və məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin Thomson Reyters agentliyinin siyahısına daxil olan indekslənən jurnallarda çap olunması da nəzərdə tutulub.



Əlaqəli Xəbərlər

18 Fevral 2018, 11:49 (GMT +4)
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

18 Fevral 2018, 11:43 (GMT +4)
Salyanda dəhşətli yol qəzasında 2 nəfər ölüb

17 Fevral 2018, 17:01 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində nəzarəti həyata keçirməyə imkan verəcək

17 Fevral 2018, 16:50 (GMT +4)
TÜRKSOY-un mətbuat mükafatının təqdimatı keçirilib

17 Fevral 2018, 16:41 (GMT +4)
Bayıl yamacında sürüşmə ilə əlaqədar tədqiqatlar davam etdirilir

17 Fevral 2018, 16:27 (GMT +4)
Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi yaxın zamanlarda başlayacaq

17 Fevral 2018, 16:15 (GMT +4)
2017-ci ildə Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

17 Fevral 2018, 16:04 (GMT +4)
Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

17 Fevral 2018, 16:02 (GMT +4)
Rusiya İstintaq Komitəsi 3 yaşlı azərbaycanlı qızın ölümünün səbəbini acıqlayıb

17 Fevral 2018, 15:58 (GMT +4)
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb

17 Fevral 2018, 15:44 (GMT +4)
Ombudsman aparatının nümayəndələri hərbi hospitalda olublar

17 Fevral 2018, 15:37 (GMT +4)
Nigeriyada terror aktı nəticəsində 15 nəfər ölüb

17 Fevral 2018, 15:25 (GMT +4)
Bursanın mərkəzində Qarabağ parkı açılacaq

17 Fevral 2018, 15:14 (GMT +4)
Moskvada 3 yaşlı Azərbaycalı qızın qeyri-insaniliyə görə dünyasını dəyişib

17 Fevral 2018, 15:06 (GMT +4)
QMİ-də Fatimeyi-Zəhranın (s.ə) şəhadət gününə həsr olunmuş tədbir keçirilib

17 Fevral 2018, 14:57 (GMT +4)
Rusiyada avtobus qatarla toqquşub

17 Fevral 2018, 14:40 (GMT +4)
Dövlət büdcəsinə 226 mln. 088,3 min manat daxil olub-DGK

17 Fevral 2018, 14:22 (GMT +4)
Onkoloji xəstəliklər əsrin bəlasına çevrilib

17 Fevral 2018, 14:15 (GMT +4)
“Azeri Light”ın bir barreli 66 dollardan baha satılır

17 Fevral 2018, 14:07 (GMT +4)
Milli valyutada qoyulmuş əmanətlərin məbləği 66,9 faiz artıb

17 Fevral 2018, 13:58 (GMT +4)
Neft istehsalının azaldılması Rusiya iqtisadiyyatına mənfi təsir edəcək

17 Fevral 2018, 13:49 (GMT +4)
Azərbaycan-Britaniya hərbi əməkdaşlıq planı imzalanıb

17 Fevral 2018, 13:38 (GMT +4)
Sabah ölkə ərazisində yağış və sulu qar yağacaq

17 Fevral 2018, 13:25 (GMT +4)
Pakistan mediasında Azərbaycanda keçiriləcək seçkilər barədə məqalə dərc edilib

17 Fevral 2018, 13:18 (GMT +4)
İmişlidə “Dini icmalar və gənclər" mövzusunda seminar-müşavirə keçirilib

17 Fevral 2018, 13:06 (GMT +4)
Palatada Azərbaycan Sığortaçılar Assosiasiyası ilə görüş keçirilib

17 Fevral 2018, 12:55 (GMT +4)
“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib

17 Fevral 2018, 12:48 (GMT +4)
"Zeytun budağı" əməliyyatında 1595 terrorçu məhv edilib

17 Fevral 2018, 12:34 (GMT +4)
“Azərpoçt”beynəlxalq epistolyar inşa müsabiqəsinə start verib

17 Fevral 2018, 12:22 (GMT +4)
ABŞ-ın neft ehtiyatları artır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66