Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Mətbuat Şurası Mariya Zaxarovanın mövqeyi ilə bağlı bəyanat yayıb

28 Aprel 2017, 17:49 (GMT +4)

Bakı, 28 aprel, SalamNews. Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. 

SalamNews xəbəe verir ki, Azərbaycan Mətbuat Şurası, ümumən Azərbaycan jurnalistləri M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

Hesab edirik ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diqtə etmək iddiasından irəli gəlir. Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub.

Azərbaycan Mətbuat Şurası və ölkə jurnalistləri bu qənaətdədir ki, hər bir media təmsilçisi fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir. Erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi isə Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Azərbaycanlı jurnalist sualını məhz bu ictimai motivi əsas tutaraq ünvanlayıb.

M.Zaxarovanın əslən azərbaycanlı olan Rusiya vətəndaşının taleyinə biganəlik kimi qiymətləndiriləcək düşüncəsi heç bir diplomatik davranış tərzinə və mənəvi normalara uyğun deyildir. Bu, yaxşı halda qeyri-peşəkarlıq və naşılıqdır. Ən böyük qeyri-peşəkarlıq, naşılıq və təəssüf doğuracaq məqam isə xanım diplomatın bir suala cavab kontekstində bütövlükdə Azərbaycan jurnalistikasını hədəf seçməsidir.

Rusiyanın mühüm dövlət qurumunda yüksək vəzifə tutan adam jurnalistlərlə adi ünsiyyəti bacarmalıdır. Onun şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşıması əsla yolverilməzdir. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı durum ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır.

Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir. Rusiya XİN-in mətbuat xidmətinin rəhbərinin azərbaycanlı jurnalistin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı sualına münasibətdə ortaya qoyuduğu mövqe ikitərəfli münasibətlərin hazırkı ahənginə də heç cür uyğun deyildir. İstərdik ki, Rusiyanın Xarici İşlər Nazirliyi və digər müvafiq dairələri bütün bunları mütləq qaydada nəzərə alaraq müvafiq ölçü tədbiri götürsün.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Dekabr 2018, 09:18 (GMT +4)
Ermənistan MSK-nın sədri: Seçicilərin çoxu ümumdövlət seçkilərinə məhəl qoymayıb

10 Dekabr 2018, 09:14 (GMT +4)
Suriyanın havadan müdafiəsi Dəməşqə hücum edən obyektlərə qarşı hərəkətə keçib

10 Dekabr 2018, 09:08 (GMT +4)
Analitik: Ermənistanda insanlar seçkiyə şübhə ilə yanaşdıqları üçün səsverməyə getməyiblər

10 Dekabr 2018, 09:00 (GMT +4)
Xalq şairi Nəbi Xəzrinin doğum günüdür

08 Dekabr 2018, 17:09 (GMT +4)
Bakının “Neftçi” klubu Litva çempionunu heyətinə qatıb

08 Dekabr 2018, 17:03 (GMT +4)
AFFA-nın baş katibi: Məşqçi üçün iki yerdə çalışmaq çox çətindir

08 Dekabr 2018, 16:58 (GMT +4)
Məktəbəhazırlıq müəllimləri üçün yekun qiymətləndirmə aparılıb

08 Dekabr 2018, 16:50 (GMT +4)
Ağcabədidə qanunsuz ov edən şəxs saxlanılıb

08 Dekabr 2018, 16:44 (GMT +4)
AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub

08 Dekabr 2018, 16:40 (GMT +4)
Vəkillər Kollegiyasının hesabat-seçki konfransı keçirilib

08 Dekabr 2018, 16:37 (GMT +4)
Mərkəzi Bank 350 milyon manat cəlb edir

08 Dekabr 2018, 16:30 (GMT +4)
Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

08 Dekabr 2018, 16:29 (GMT +4)
Samboçumuz dünya çempionatında bürünc medal qazanıb

08 Dekabr 2018, 16:18 (GMT +4)
İranda Çabəhar terrorunda şübhəli bilinən 4 nəfər saxlanılıb

08 Dekabr 2018, 16:15 (GMT +4)
Sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək

08 Dekabr 2018, 16:10 (GMT +4)
Bakıda ilk dəfə “E-Commerce 1.0” tədbiri keçirilib

08 Dekabr 2018, 16:08 (GMT +4)
İstanbulda “Qarabağ” mobil tətbiqetmə layihəsinin təqdimatı keçirilib

08 Dekabr 2018, 15:58 (GMT +4)
Qətər şirkəti Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edib

08 Dekabr 2018, 15:45 (GMT +4)
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub

08 Dekabr 2018, 15:43 (GMT +4)
Yəmənlə bağlı sülh danışıqlarının bəzi detalları açıqlanıb

08 Dekabr 2018, 15:34 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələrini açıqlayıb

08 Dekabr 2018, 15:28 (GMT +4)
Brüsseldə "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyası başlayıb

08 Dekabr 2018, 15:20 (GMT +4)
Ağcabədidə evdən 1,5 kiloqram qızıl oğurlanıb

08 Dekabr 2018, 15:05 (GMT +4)
Gömrükdə burnunda heroin daşıyan şəxs saxlanılıb

08 Dekabr 2018, 14:50 (GMT +4)
Qurban Qurbanov Azərbaycan milli komandası ilə yollarını ayırıb

08 Dekabr 2018, 14:48 (GMT +4)
Parisdə keçirilən aksiyalarda 354 nəfər saxlanılıb

08 Dekabr 2018, 14:32 (GMT +4)
Hesablama Palatasının kollegiya iclası keçirilib

08 Dekabr 2018, 14:15 (GMT +4)
OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılıq əldə edib

08 Dekabr 2018, 14:03 (GMT +4)
Biz iqtisadi terrorizmə məruz qalmışıq – İran prezidenti

08 Dekabr 2018, 13:55 (GMT +4)
“Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbir keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66