Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

Azərbaycan karateçiləri “Bakı-2017”-də beş qızıl, iki gümüş və üç bürünc medal qazanıblar

15 May 2017, 12:06 (GMT +4)

Bakı, 15 may, SalamNews.  IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarının ikinci günündə - mayın 14-də Bakı İdman Sarayında idmançılar kumite və kata üzrə mübarizə aparıblar.

Yarışların ikinci və sonuncu günündə karateçilərimizdən İrina Zaretska, Ayxan Mamayev və Roman Heydərov qızıl, Fəridə Əliyeva gümüş, Asiman Qurbanlı isə bürünc medal qazanıb.

SalamNews xəbər verir ki, kumite yarışlarında qadınlardan Azərbaycanı İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil ediblər. Karatenin kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlarda Neda Rezei, kişilərdə isə Roman Heydərov olub.

Yarışa dörddəbir final mərhələsindən qoşulan İ.Zaretska Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. O, finalda türkiyəli Eda Eltemuru 3:0 hesabı ilə məğlub edərək "Bakı-2017"nin qızıl medalına yiyələnib. Bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traiş sahib çıxıblar.

Kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Ayxan Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Bürünc medalları özbəkistanlı Əbdüləziz Ataboyev və misirli Muhammed Elkotbu əldə ediblər.

Kata yarlarında Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib. Roman Heydərov finalda türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edərək "Bakı-2017"nin qızıl medalına yiyələnib. Bu yarışlarda bürünc medalları misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi qazanıblar.

Kumite yarışlarında Azərbaycan idmançısı Fəridə Əliyeva yarışa dörddəbir finaldan qoşulub. O, bu mərhələdə rəqibi əlcəzairli Atif İmeneni məğlub edib. Karateçimiz yarımfinalda pakistanlı Nargis Nargisdən 1:0 hesabla üstün olub.

İdmançımız finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olaraq “Bakı-2017”nin gümüş medalını qazanıb. Bürünc medalları isə Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Ağaei əldə ediblər.

Kumite yarışlarında Azərbaycan idmançısı Asiman Qurbanlı dörddəbir finalda Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub. Asiman Qurbanlı bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamediyə 4:2 hesabla qalib gəlib. Bu çəki dərəcəsində qızıl medalı iranlı Sayad Qanzade, gümüş medalı isə Türkiyə təmsilçisi Enes Erkan qazanıb.

Xatırladaq ki, karateçilərimiz yarışın birinci günündə - mayın 13-də beş medal əldə ediblər. Medallardan ikisi qızıl, biri gümüş, ikisi isə bürünc olub. Rəfael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova gümüş, Nuranə Əliyeva və Firdovsi Fərzəliyev isə bürünc medal əldə ediblər.
Bununla da Azərbaycan karateçiləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını beş qızıl, iki gümüş və üç bürünc medalla başa vurublar.



Əlaqəli Xəbərlər

Karateçilərimiz Xorvatiya Qran-Pri turnirin ilk günündə üç medal qazanıblar

Azərbaycan karateçiləri ilin ilk beynəlxalq turnirinə yollanır

Karate üzrə ikinci "Arpaçay Open" beynəlxalq turniri keçiriləcək

Kyokşin karate üzrə açıq respublika çempionatının açılış mərasimi olub

Xəzər və Qaradəniz ətrafı ölkələrin karate çempionatı keçiriləcək

Karate üzrə respublika birinciliyinə start verilib

Azərbaycan karateçiləri növbəti dünya çempionatına yollanıblar

İdmançılarımız beynəlxalq karate turnirində iştirak edəcəklər

Azərbaycan karateçiləri Türkiyədə 21 medal qazanıblar

Azərbaycan karateçiləri Urmiyada keçirilən beynəlxalq turnirdə 13 medal qazanıblar

Azərbaycan karateçiləri 13-cü beynəlxalq dostluq və həmrəylik turnirində mübarizə aparacaqlar

Azərbaycan karateçiləri beynəlxalq yarışa yollanıblar

Qazaxıstanda keçirilən turnirdə Azərbaycan karateçisi dünya çempionu olub

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib (FOTOLAR)

“Bakı-2017”: dünyaya idman dili ilə ötürülən sülh, tolerantlıq və həmrəylik mesajları (MƏQALƏ)

“Bakı-2017”nin uşu yarışlarının final görüşləri start götürüb (FOTOLAR)

“Bakı-2017”-də uşu yarışlarına start verilib

“Bakı-2017”-nin atletika yarışlarının dördüncü gününə start verilib

“Bakı-2017”-nin altıncı günündə Azərbaycan idmançıları 17 medal qazanıblar

Azərbaycan milli komandası “Bakı-2017”-nin boks yarışlarında ilk qızıl medalını qazanıb

17 Yanvar 2018, 18:24 (GMT +4)
Peşə məktəblərində çalışan müəllimlərin maaşı iki dəfə artırılıb

17 Yanvar 2018, 18:00 (GMT +4)
Novruzəli Orucovun oğluna hökm oxunub

17 Yanvar 2018, 17:51 (GMT +4)
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb

17 Yanvar 2018, 17:42 (GMT +4)
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib

17 Yanvar 2018, 17:34 (GMT +4)
Rusiya XİN rəhbəri türkiyəli həmkarı ilə telefon danışığı keçirib

17 Yanvar 2018, 17:27 (GMT +4)
DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib

17 Yanvar 2018, 17:22 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

17 Yanvar 2018, 17:15 (GMT +4)
JuHİ Azərbaycan mediası ilə bağlı yekun hesabatını açıqlayıb

17 Yanvar 2018, 17:06 (GMT +4)
Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını dəstəkləyirik - rəsmi Bakı

17 Yanvar 2018, 16:56 (GMT +4)
Koreyanın Azərbaycandakı səfiri BDU-da olub

17 Yanvar 2018, 16:50 (GMT +4)
Bakı Nəqliyyat Agentliyinin Sakit Qocayev küçəsi ilə bağlı layihə təklif edib

17 Yanvar 2018, 16:44 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi tender elan edib

17 Yanvar 2018, 16:37 (GMT +4)
Şahin Bağırov CEO Lunch Baku-da iştirak edib

17 Yanvar 2018, 16:32 (GMT +4)
Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib

17 Yanvar 2018, 16:26 (GMT +4)
Qubada modul tipli məktəb istifadəyə verilib

17 Yanvar 2018, 16:22 (GMT +4)
Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib

17 Yanvar 2018, 16:16 (GMT +4)
PAŞA Bank Euromoney beynəlxalq forumunda iştirak edib

17 Yanvar 2018, 16:15 (GMT +4)
Zaqatala şəhərində yeni yeraltı piyada keçidi inşa edilib

17 Yanvar 2018, 16:13 (GMT +4)
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

17 Yanvar 2018, 16:07 (GMT +4)
Ali məktəblərə qəbul və buraxılış imtahanlarının tarixləri müəyyən olunub

17 Yanvar 2018, 15:58 (GMT +4)
“Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” proqramına başlanılıb

17 Yanvar 2018, 15:45 (GMT +4)
Azərbaycanda yenə doğulan körpələrin çoxu oğlandır

17 Yanvar 2018, 15:33 (GMT +4)
Salyanda ev yanıb

17 Yanvar 2018, 15:20 (GMT +4)
Çin BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq edib

17 Yanvar 2018, 15:08 (GMT +4)
Azərbaycanda əhalinin sayı açıqlanıb

17 Yanvar 2018, 14:58 (GMT +4)
İtaliyalı tədqiqatçı: “İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər”

17 Yanvar 2018, 14:43 (GMT +4)
Suriya Milli Dialoq Konqresi bu ayın 30-da keçiriləcək

17 Yanvar 2018, 14:36 (GMT +4)
Bu il 2 min km-dən artıq olan yolların icrası həyata keçiriləcək - Saleh Məmmədov

17 Yanvar 2018, 14:30 (GMT +4)
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb

17 Yanvar 2018, 14:23 (GMT +4)
Tacikistan Azərbaycanın gömrük xidməti təcrübəsini öyrənəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66