Mobil versiya RU AZ

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə

_

AZƏRBAYCAN » MEDİA

Fransızdilli “Le Carrefour” qəzetinin 10 yaşı tamam olub

15 May 2017, 14:31 (GMT +4)

Bakı, 15 may, SalamNews. Azərbaycanda fransız dilində nəşr olunmuş yeganə mətbu orqan “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin 10 yaşı tamam olub.

SalamNews xəbər verir ki, Azərbaycan KİV-də yeganə fransızdilli nəşr olan qəzet 2007-ci il may ayının 14-də Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırır.

“Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb. 2009-cu ildə qəzetin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb, 2016-cı ildə sayt yenilənərək xəbər portalı kimi fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumatlar verir. “Le Carrefour” qəzeti sosial şəbəkələrdə də aktiv şəkildə təmsil olunur. Qəzetin "Twitter", "Linkedin", "Facebook", "Instagram" səhifələri var. “Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Qəzetin və saytın əsas ideyası və fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirilən xarici media resursları, o cümlədən Fransa ilə media sahəsində daha sıx əlaqələrin yaradılması və Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəlib. On ildir ki, qəzet fəaliyyətini məhz bu istiqamətdə qurur. Hazırda qəzetin 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (OİF), Frankofoniya Universitetləri Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələri var.

“Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Mətbuat Şurası ilə birgə 2008 və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda bir neçə dəfə silsilə "dəyirmi masa"lar təşkil edilib. Eyni zamanda, 2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub.

2016-cı ilin aprel ayının 19-da Azərbaycan Dillər Universitetində (ADU) sözügedən ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr departamenti ilə birgə “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.

2017-ci ilin aprel ayının 5-də “Le Carrefour” qəzetinin Fransanın Azərbaycandakı səfirliyinin Frankofoniya həftələri çərçivəsində keçirdiyi tədbirlər çərçivəsində Azərbaycanda Fransız İnstitutunda qəzetin təqdimatı keçirilib.

Qəzetin təsisçisi və baş redaktoru fransızdilli jurnalist, Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Azərbaycan bölməsinin rəhbəri Zeynab Kazımovadır.



Əlaqəli Xəbərlər

Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin saytında “Le Carrefour” qəzeti haqqında məlumat yerləşdirilib

Fransa televiziyası Azərbaycanın yeganə fransızdilli qəzeti “Le Carrefour” haqqında məlumat yayıb

“Le Carrefour” qəzeti Azərbaycanın təbliğatını yüksək səviyyədə aparır - Əflatun Amaşov

Beynəlxalq Frankfoniya–fransızdilli ölkələrin əməkdaşlıq təşkilatına həsr olunmuş tədbir keçirilib

Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin saytı fəaliyyətə başlayıb

18 Oktyabr 2017, 13:06 (GMT +4)
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb

18 Oktyabr 2017, 12:44 (GMT +4)
Sumqayıtda silah-sursat tapılıb

18 Oktyabr 2017, 12:38 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi yeni müsabiqə elan edib

18 Oktyabr 2017, 12:34 (GMT +4)
Bakıda Beynəlxalq İnşaat sərgisi açılıb

18 Oktyabr 2017, 12:30 (GMT +4)
Milli Oftalmologiya Mərkəzinə həftə ərzində 2 160 xəstə müraciət edib

18 Oktyabr 2017, 12:24 (GMT +4)
İstanbul-Bakı təyyarə reysi sərnişininin çantasından "beşbarmaq" tapılıb

18 Oktyabr 2017, 12:20 (GMT +4)
Ərdoğan Baykal üçün dünyanın məşhur həkimini Türkiyəyə gətirdib

18 Oktyabr 2017, 12:16 (GMT +4)
Bu ilin doqquz ayında metrodan istifadə edənlərin sayı açıqlanıb

18 Oktyabr 2017, 12:11 (GMT +4)
Kiyevdəki vəziyyət stabillikdən uzaqdır - Kreml

18 Oktyabr 2017, 12:08 (GMT +4)
Sözüm mərdlik məktəbindən diksinənlərədir- Namiq Babayev (TƏHLİL)

18 Oktyabr 2017, 12:00 (GMT +4)
Rusiya telekanalı Bakıda keçirilən şopinq festivalı barədə süjet yayımlayıb

18 Oktyabr 2017, 11:54 (GMT +4)
Bu il Azərbaycanda baş verən yol qəzalarında 554 nəfər həyatını itirib

18 Oktyabr 2017, 11:50 (GMT +4)
Naxçıvan şəhərində yeni məscid tikilir

18 Oktyabr 2017, 11:43 (GMT +4)
Ermənistan əhalisinin sayı 2,5 milyon nəfərə qədər azala bilər

18 Oktyabr 2017, 11:38 (GMT +4)
Tovuzda gömrük yoxlamaları zamanı 1 130 ədəd fişəng aşkarlanıb

18 Oktyabr 2017, 11:34 (GMT +4)
Pakistanda terror aktı nəticəsində azı 6 polis əməkdaşı qətlə yetirilib

18 Oktyabr 2017, 11:30 (GMT +4)
Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun anım günüdür

18 Oktyabr 2017, 11:25 (GMT +4)
Əhalinin banklardakı milli valyutada olan əmanətləri 31,7 faiz artıb

18 Oktyabr 2017, 11:21 (GMT +4)
Ölkəmizin bütün torpaqlarında İraq bayrağı dalğalanacaq - Heydər əl-Abadi

18 Oktyabr 2017, 11:15 (GMT +4)
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib

18 Oktyabr 2017, 11:12 (GMT +4)
Milli Dram Teatrında Xalq artisti Məhluqə Sadıqovanın xatirəsi anılıb

18 Oktyabr 2017, 11:08 (GMT +4)
Venesuela Kanadadakı səfirini geri çağırıb

18 Oktyabr 2017, 11:00 (GMT +4)
DSX rəisi Səudiyyə Ərəbistanda səfərdədir

18 Oktyabr 2017, 10:53 (GMT +4)
Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu işə başlayıb

18 Oktyabr 2017, 10:46 (GMT +4)
Leyla Əliyeva Bakıda sənədli filmin təqdimat mərasiminə qatılıb

18 Oktyabr 2017, 10:40 (GMT +4)
Kürdüstan əyalətinin parlamenti Bərzanidən istefa tələb edib

18 Oktyabr 2017, 10:34 (GMT +4)
Prezident Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

18 Oktyabr 2017, 10:31 (GMT +4)
Dünya birjalarında neftin qiyməti artıb

18 Oktyabr 2017, 10:25 (GMT +4)
"Fins.az” portalı 4 yaşını qeyd edir

18 Oktyabr 2017, 10:20 (GMT +4)
ATƏT sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanat yayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66