Mobil versiya RU AZ

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə

_

AZƏRBAYCAN » MEDİA

Azərbaycanda jurnalistlərə mənzillərin verilmə şərtləri açıqlanıb

16 May 2017, 11:03 (GMT +4)

Bakı, 16 may, SalamNews, Ş.Nəzərli. Azərbaycanda jurnalistlərə yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb.

SalamNews xəbər verir ki, bu gün keçirilmiş mətbuat konfransında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfəri deyib ki, ən azı 3 il fasiləsiz fəaliyyət göstərən KİV-in (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini vermək hüququ var.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

Sənədlər may ayının 22-dən iyunun 22-ə kimi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edilməlidir.

KİV-lər ümumi iclas çağırmalı, komissiyanın şərtlərinə uyğun namizədlərini müəyyənləşdirməli, komissiyaya təqdimat verməlidir (möhürlü və imzalı). KİV-lərin təqdimatına namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları) əlavə olunmalıdır.

Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.

Tədbirdə iştirakçıların sualları cavablandırılarkən bildirilib ki, sənədlər iş günləri KİVDF-nin ofisində qəbul ediləcək. Əlaqə telefonları:(012)537 19 41, (012)538 40 48.

KİVDF-nin sədri Vüqar Səfərli onu da əlavə edib ki, jurnalistlər üçün Bibiheybət qəsəbəsində inşa edilmiş ikinci binadakı mənzillər iyulun 22-də bölüşdürüləcək və həmin gün 3-cü binanın təməlqoyma mərasimi keçiriləcək.



Əlaqəli Xəbərlər

Ev alan jurnalistlərin tam siyahısı PA-dan nə vaxt deyilsə, o vaxt dərc ediləcək - KİVDF

Vüqar Səfərli yenidən KİVDF-nin icraçı direktoru təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan ediblər

Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirib

Mədəniyyət və Turizm Nazirliyi KİVDF ilə birgə müsabiqə elan edib

KİVDF-nin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

KİVDF yeni müsabiqə elan edir

KİVDF jurnalistlər üçün növbəti müsabiqə elan edib

KİVDF jurnalistləri mükafatlandırıb

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF jurnalistlər üçün müsabiqə elan edib

21 İyul 2017, 12:32 (GMT +4)
Masazır qəsəbəsində hotelin qarşısında atışma olub

21 İyul 2017, 12:18 (GMT +4)
Tovuz Gömrük İdarəsində saxlanılan 2 avtomobildə 175 şüşə qanunsuz araq aşkar edilib

21 İyul 2017, 12:10 (GMT +4)
Meksikada isti hava səbəbilə 6 nəfər ölüb

21 İyul 2017, 12:06 (GMT +4)
Pirallahı rayonunda balıqyetişdirmə fermalarının təməli qoyulub (FOTO)

21 İyul 2017, 11:57 (GMT +4)
Məbəd dağında yaşı 50-dən az olan kişilərə namaz qılmaq qadağan edilib

21 İyul 2017, 11:53 (GMT +4)
Prezident İlham Əliyev Pirallahıdakı “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub (FOTO)

21 İyul 2017, 11:45 (GMT +4)
Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində qanunsuz siqaret aşkar edilib

21 İyul 2017, 11:36 (GMT +4)
“Hizbullah” və Suriya ordusu Livanla sərhəd yaxınlığında terrorçuların mövqeyinə hücuma başlayıb

21 İyul 2017, 11:31 (GMT +4)
Xəzər rayonunda məşhur idmançı avtomobillə piyadanı vuraraq öldürüb

21 İyul 2017, 11:20 (GMT +4)
“Time” jurnalı növbəti dəfə üzərində Putinin təsvir edildiyi üz qabığı ilə işıq üzü görəcək

21 İyul 2017, 11:12 (GMT +4)
Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilib - DSK

21 İyul 2017, 11:03 (GMT +4)
Çində restoranda partlayış baş verib: 2 nəfər ölüb, ən azı 55 nəfər xəsarət alıb (FOTO, VİDEO)

21 İyul 2017, 10:57 (GMT +4)
ABŞ-da tutuquşu sahibəsinin törətdiyi qətlin üstünü açmağa yardımçı olub

21 İyul 2017, 10:50 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 İyul 2017, 10:44 (GMT +4)
Pirşağı qəsəbəsində 3 avtomobilin toqquşması nəticəsində 2 qadın xəsarət alıb

21 İyul 2017, 10:40 (GMT +4)
Hüseyn Atam: Regiondakı nüfuz müharibələrində zalımlar məzlum, məzlumlar zalım kimi göstərilir (VİDEO MÜSAHİBƏ)

21 İyul 2017, 10:27 (GMT +4)
Gəncədə avtomobilin vurduğu ana ölüb, yaşyarımlıq uşağının vəziyyəti isə ağırdır

21 İyul 2017, 10:16 (GMT +4)
Azərbaycanda əhalinin əmanətlərinin 74,5 faizi xarici valyutada qoyulub

21 İyul 2017, 10:05 (GMT +4)
Güclü zəlzələ nəticəsində Yunanıstanda 2 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb

21 İyul 2017, 09:57 (GMT +4)
Ev verilən jurnalistlərin adları açıqlanıb (SİYAHI)

21 İyul 2017, 09:51 (GMT +4)
Bakının Xəzər rayonunda ikimərtəbəli evdə yanğın baş verib

21 İyul 2017, 09:42 (GMT +4)
Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini 123 dəfə pozub

21 İyul 2017, 09:38 (GMT +4)
Dünya bazarında neftin qiyməti aşağı düşür

21 İyul 2017, 09:32 (GMT +4)
Bakıda son 6 ayda metrodan istifadə edənlərin sayında artım olub - DSK

21 İyul 2017, 09:23 (GMT +4)
Türkiyə sahillərində 6.7 maqnitudalı zəlzələ baş verib, 70 nəfər xəsarət alıb (FOTO, VİDEO)

21 İyul 2017, 09:21 (GMT +4)
Nazir Elmar Məmmədyarov İƏT baş katibinin köməkçisi ilə görüşüb

21 İyul 2017, 09:17 (GMT +4)
Göygöl rayonunda ikimərtəbəli evdə yanğın baş verib

21 İyul 2017, 09:13 (GMT +4)
Yanvar-iyun aylarında ölkədə 228,2 milyon manatlıq tikinti məhsulu istehsal edilib - DSK

21 İyul 2017, 09:06 (GMT +4)
Salyan rayonunda restoranda yanğın baş verib

21 İyul 2017, 09:00 (GMT +4)
Azərbaycanda son 6 ayda dəmir yolu ilə yük daşınmasında 2% artım olub - DSK

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66