Azərbaycan güləşçisi Məhəmməd Müslümov qızıl medal uğrunda mübarizə aparacaq19 May 2017, 11:47 (GMT +4) Bakı, 19 may, SalamNews. Azərbaycan güləşçisi Məhəmməd Müslümov IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq.
SalamNews xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 41 saniyə ərzində 10:0 hesabı ilə qələbə qazanıb və finala yüksəlib. Yarımfinalda onun rəqibi Əfqanıstan təmsilçisi Malik Can Sadid olub.
Nurməhəmməd Hacıyev (97 kq) isə ilk görüşündə türkmənistanlı Yusup Melecayevə qalib gələrək yarımfinala yüksəlib.
|