ADGTT-nin əməkdaşları mükafatlandırılıblar19 May 2017, 12:14 (GMT +4) Bakı, 19 may, SalamNews, Ş.Nəzərli. Ölkəmizdə Beynəlxalq Muzeylər Gününün qeyd edilməsilə bağlı tədbirlər çərçivəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muzey “Təşəkkür edir”” adlı tədbir keçirilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) bir qrup əməkdaşına sözügedən tədbirdə mükafatlar təqdim edilib. a layiq görülüb.
SalamNews xəbər verir ki, bu ili əvvəlində teatrın rəssamı Elşən Sərxanoğlunun Xocalı faciəsinə həsr etdiyi "26-cı ümid" adlı triptix formalı rəsm əsərinin təqdimatı və teatrın aktyorlarının ifasında eyniadlı kompozisiya nümayiş etdirilib.
Kompozisiyada çıxış edən teatrın istedadlı aktyorları Zemfira Əbdülsəmədova, Səbinə Məmmədova, Anar Seyfullayev, Bəhram Həsənov, texniki heyət nümayəndələri Rəhilə Məlikova, Rafael Xəlilov, Zaur Rəşidov, Ramiq Nəsirov Beynəlxalq Muzeylər günündə Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “26-cı ümid” adlı anım tədbirinin təşkili və keçirilməsində fəal iştirakına görə muzeyin döş nişanı və “Təşəkkürnamə”si ilə təltif olunublar.
|