Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika naziri Natiq Əliyev OPEC-in Vyana görüşündə iştirak edəcək

19 May 2017, 15:59 (GMT +4)

Bakı, 19 may, SalamNews. Energetika naziri Natiq Əliyev mayın 23-25-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Nazirlikdən SalamNews-a bildirilib ki, N.Əliyev Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək. Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Mohammad Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk Natiq Əliyevlə görüşməyi təklif ediblər.

OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərinin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.

Energetika naziri N.Əliyev hesab edir ki, OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub: “Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq ilk dəfə olaraq nümayiş etdirdiyi yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan Sazişin uğurlu nəticəsini təmin etmiş oldu.

Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir. Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır”- deyə Natiq Əliyev bildirib.

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub. Rəqəmlərə istinad etsək, görərik ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında 781,1 min barrel olub. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi Azərbaycanı bu prosesdə aparıcı ölkə kimi qiymətləndirib.



Əlaqəli Xəbərlər

Energetika Nazirliyi: Yanvarda Azərbaycanda gündəlik neft hasilatı 814,6 min barrel olub

Energetika Nazirliyi ötən il 344 hüquqi şəxsə idxal-ixrac üzrə lisenziya və icazələr verib

Energetika Nazirliyi icazələri “ASAN xidmət “mərkəzləri vasitəsilə verəcək

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb

Energetika Nazirliyində Strateji Yol Xəritəsinin icrası prosesi müzakirə edilib

Energetika Nazirliyində struktur islahatları aparılıb

Energetika naziri bir sıra enerji obyektlərinə baş çəkib (FOTOLAR)

İran, Rusiya və Türkiyə energetika sahəsində əməkdaşlıqlarını genişləndirəcəklər

Energetika Nazirliyində Strateji Yol Xəritəsinə dair müzakirələr aparılıb

Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər

Energetika naziri Qaz İxrac edən Ölkələr Forumunun IV sammitində iştirak edəcək

Şimali İraq Kürd Muxtariyyətinin energetika naziri İngiltərəyə qaçıb

Pərviz Şahbazov energetika naziri olaraq ilk rəsmi səfərini Türkiyəyə edib

Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi təxirə salınıb

Energetika naziri "Sumqayıt" İES-in modernləşmə prosesi ilə maraqlanıb

Azərbaycanın yeni energetika naziri kollektivə təqdim olunub (FOTOLAR)

Azərbaycanın yeni energetika naziri təyin edilib

Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilmə vaxtı müəyyənləşib

Ermənistan və Türkmənistan prezidentləri energetika məsələlərini müzakirə ediblər

Türkiyənin energetika və təbii sərvətlər naziri sabah Bakıya gəlir

20 Fevral 2018, 09:40 (GMT +4)
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə pul ayrılıb

20 Fevral 2018, 09:24 (GMT +4)
Prezident İlham Əliyev İordaniyaya yeni səfir təyin edib

20 Fevral 2018, 09:15 (GMT +4)
Şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb

20 Fevral 2018, 09:04 (GMT +4)
Müharibə və 20 Yanvar əlilləri üçün Prezident təqaüdünün məbləği artırılıb

20 Fevral 2018, 07:01 (GMT +4)
Bu gün Xanım Fatimənin (s.ə) şəhadət tarixidir

19 Fevral 2018, 18:10 (GMT +4)
Prezident İlham Əliyev Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verib

19 Fevral 2018, 18:01 (GMT +4)
Şəhid atası: Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırıb

19 Fevral 2018, 17:52 (GMT +4)
Tələbələrə SOCAR-ın daxili təqaüd proqramı haqqında məlumat verilib

19 Fevral 2018, 17:51 (GMT +4)
Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutub

19 Fevral 2018, 17:44 (GMT +4)
Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlının məzarı tapılıb

19 Fevral 2018, 17:32 (GMT +4)
Dövlət orqanlarında olan vakant vəzifələrin tutulması üçün müsahibələr elan edilib

19 Fevral 2018, 17:21 (GMT +4)
Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi müzakirə edilib

19 Fevral 2018, 17:14 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

19 Fevral 2018, 17:02 (GMT +4)
Vergilər Nazirliyi vergi ödəyicilərinə ciddi xəbərdarlıq edib

19 Fevral 2018, 16:55 (GMT +4)
Prezident seçkiləri ilə əlaqədar seçici siyahıları martın 3-dək hazır olacaq

19 Fevral 2018, 16:34 (GMT +4)
Gömrükçülər İran vətəndaşından narkotik vasitə aşkar ediblər

19 Fevral 2018, 16:23 (GMT +4)
Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur

19 Fevral 2018, 16:10 (GMT +4)
Bu ilin yanvar ayında Azərbaycanda 5,7 min ton propilen istehsal olunub

19 Fevral 2018, 15:31 (GMT +4)
Monteneqro prezidenti Azərbaycana səfər edəcək

19 Fevral 2018, 15:25 (GMT +4)
Dövlət Komitəsində görüş keçirilib

19 Fevral 2018, 15:16 (GMT +4)
Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, bizi kimsə dayandıra bilməz - Çavuşoğlu

19 Fevral 2018, 15:03 (GMT +4)
"Gəncəbank"ın kreditorlarına müraciət edilib

19 Fevral 2018, 14:49 (GMT +4)
Bakıda tutulan narkobaronun silsilə mənzil oğurluqları törətdiyi məlum olub

19 Fevral 2018, 14:34 (GMT +4)
"Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

19 Fevral 2018, 14:22 (GMT +4)
BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərasimi keçirilib

19 Fevral 2018, 14:10 (GMT +4)
Rəsmi Moskva İsrailin məhv edilməli olduğuna dair bəyanatları qəbuledilməz hesab edir - Lavrov

19 Fevral 2018, 13:53 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

19 Fevral 2018, 13:44 (GMT +4)
Suriyadakı vəziyyətlə əlaqədar Türkiyənin narahatlığını anlamaq olar - İran XİN rəhbəri

19 Fevral 2018, 13:34 (GMT +4)
İsrail və ABŞ ballistik raketləri tutan qurğunu sınaqdan keçiriblər

19 Fevral 2018, 13:21 (GMT +4)
Suriya ordusu Afrinə daxil olmağa hazırlaşır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66