Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

UNEC növbəti dəfə nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edib

19 May 2017, 18:00 (GMT +4)

Bakı, 19 may, SalamNews. UNEC növbəti dəfə nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edib.

SalamNews xəbər verir ki, ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nda Azərbaycanla yanaşı Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla 150 ölkənin elm adamları iştirak edib.

“İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment Jurnalıdır.

UNEC-in rektoru, professor Ədalət Muradov nüfuzlu konfransa Azərbaycan Dövlət İqtisad Universiteti olaraq ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. Rektor həyatın bütün sahələrində biliyin ön plana çıxdığını vurğulayaraq, müasir dövrdə əksər dövlətlərin cəmiyyətlərini “bilik cəmiyyəti” konsepsiyasının, iqtisadiyyatlarını isə “bilik iqtisadiyyatı” konsepsiyasının tələbləri istiqamətində qurmağa çalışdıqlarını diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür.

Bu məqsədlə qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə 2025-ci ilə qədər olan dövr ölkədə bilik tutumlu iqtisadiyyata keçid dövrü kimi xarakterizə edilir və “təhsil-elm-istehsal” üçbucağının qarşılıqlı inteqrasiyası əsasında bilik iqtisadiyyatının formalaşdırılması nəzərdə tutulur”.

Rektor bildirib ki, universitetlər təkcə iqtisadçı kadr hazırlayan qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran fundamental araşdırmaların aparıldığı və cəmiyyətin, xüsusilə də sənaye sektorunun inkişafına xidmət edən texnologiyaların, innovasiyaların həllinin formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya mərkəzləridir. Məhz buna görədir ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda sahibkar universitet, multiversitet anlayışları ilə əvəz olunmağa başlayıb. Müasir dövrdə universitetlər bilik iqtisadiyyatının formalaşmasında mühüm rol oynamaqla, iqtisadi inkişaf üzərində ciddi pozitiv təsirlər yaradır. Onlar bu funksiyasını əsasən ixtisaslı mütəxəssislərin hazırlanması, yeni biliklərin yaradılması, tətbiqi və ötürülməsi yolu ilə reallaşdırır.

İstanbul Sabahattin Zaim Universitetinin professoru, konfransın baş koordinatoru İbrahim Güran Yumuşak 2002-ci ildən keçirilən Bilik, İqtisadiyyat və Menecment Konfransının türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanıqlı elmi əməkdaşlıq və araşdırma platforması olduğunu bildirib. Türkiyənin və digər ölkələrin nüfuzlu universitetlərində təşkil edilən konfransın bu dəfə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də keçirilməsinin ənənənin davamı olduğunu diqqətə çatdırıb.

Türkiyə Katılım Bankları Birliyinin baş katibi Osman Akyüz “İslam iqtisadiyyatı, islam bankçılığı”, AMEA-nın müxbir üzvü, akademik Qorxmaz İmanov “Milli, sosial və insan kapitalının qiymətləndirilməsi modelləri”, UNEC-in professoru Əlican Babayev “Sənaye cəmiyyəti konsepsiyasının təkamülü kontekstində iqtisadi nəzəriyyə və siyasi iqtisad”, İstanbul Universitetinin professoru Veysəl Bozkurt “Kapitalizmin dəyişən mədəniyyəti” mövzularında məruzə ilə çıxış ediblər.

Sonra “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nın təşkilatçılarına göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub.

Konfrans öz işini bölmələrdə davam etdirib. İki gün davam edəcək konfransda ictimai elmlərin bütün sahələri üzrə alim və gənc tədqiqatçılar on bölmədə aktual məsələlər barədə elmi araşdırmalar aparacaq, 80-dək məruzə dinləniləcək. Əldə olunan faydalı elmi araşdırmalar konfransın yekun kitabında dərc ediləcək.

Bildirək ki, UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC təmsilçiləri iki yüzdən çox məktəbə səfər ediblər

Ən yüksək bal toplayan abituriyentlər UNEC-in layihəsində iştirak ediblər

Azadlıqdan məhrum edilən şəxs UNEC-in əməkdaşı deyil

UNEC-də “Açıq qapı” günü keçirilib (FOTO)

Gürcüstandakı azərbaycanlılar UNEC-i seçir

UNEC-in tələbəsi yaradıcılıq müsabiqəsinin qalibi olub

UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib

UNEC-də “Sosial biznes və sahibkarlıq” proqramının final mərhələsi keçirilib

Harvard məzunları UNEC-də olub

UNEC-də görkəmli iqtisadçı alimin yubileyi qeyd olunub

UNEC-in tələbəsi QDİƏT-in keçirdiyi beynəlxalq elmi müsabiqənin qalibi olub

UNEC tələbəsi “Ekspo 2025 Bakı” esse müsabiqəsinin qalibi olub

700 bal toplayan abituriyent: UNEC uğrunda rəqabət güclüdür, ən yüksək nəticəni göstərməliydim

UNEC-də elm-praktik konfrans keçirilib

UNEC tədris korpusunda aparılacaq təmirlə bağlı məsələyə aydınlıq gətirib

UNEC-də Startap Günləri keçiriləcək

“II UNEC Science Slam” müsabiqəsinin final mərhələsi keçirilib

UNEC-də yeni təyinat olub

UNEC-də “Made in Azerbaijan-3” müsabiqəsinin final mərhələsi keçirilib

UNEC tələbələri biliklərini təcrübədə uğurla tətbiq edir

19 İyun 2018, 17:00 (GMT +4)
Energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək

19 İyun 2018, 16:52 (GMT +4)
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

19 İyun 2018, 16:43 (GMT +4)
Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb

19 İyun 2018, 16:34 (GMT +4)
Bakıda soyğunçuluğa cəhd edən 2 nəfər tutulub

19 İyun 2018, 16:29 (GMT +4)
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

19 İyun 2018, 16:16 (GMT +4)
Azərbaycanda sənaye məhsulları barədə statistika açıqlanıb

19 İyun 2018, 16:09 (GMT +4)
Sabah “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri keçiriləcək

19 İyun 2018, 15:56 (GMT +4)
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək- Çavuşoğlu

19 İyun 2018, 15:51 (GMT +4)
Azərbaycandan 94 ölkəyə məhsul ixrac edilib

19 İyun 2018, 15:38 (GMT +4)
Vergi bəyannaməsinin formaları sadələşdiriləcək

19 İyun 2018, 15:25 (GMT +4)
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib

19 İyun 2018, 14:50 (GMT +4)
Ermənistan parlamenti deputatının toxunulmazlığı ləğv edilib

19 İyun 2018, 14:38 (GMT +4)
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

19 İyun 2018, 14:23 (GMT +4)
Sabah Bakıda 31 dərəcə isti gözlənilir

19 İyun 2018, 14:08 (GMT +4)
“Azərişıq”Azərişıq regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

19 İyun 2018, 13:57 (GMT +4)
FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb 

19 İyun 2018, 13:40 (GMT +4)
Türkiyənin başqa alternativləri də var - Baş nazir

19 İyun 2018, 13:24 (GMT +4)
İranda Krım-Konqo  xəstəliyindən 3 nəfər ölüb 

19 İyun 2018, 13:23 (GMT +4)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19 İyun 2018, 13:17 (GMT +4)
LOQOS-da "ShushaPost.az" saytının təqdimatı keçirilib

19 İyun 2018, 12:59 (GMT +4)
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

19 İyun 2018, 12:47 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb

19 İyun 2018, 12:36 (GMT +4)
Kürdə 16 yaşlı gənc batıb

19 İyun 2018, 12:25 (GMT +4)
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

19 İyun 2018, 11:53 (GMT +4)
Türkiyədə İyi partiyanın 250 üzvü istefa edib

19 İyun 2018, 11:38 (GMT +4)
Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

19 İyun 2018, 11:32 (GMT +4)
Lavrov və Pompeo Şimali Koreya  məsələsini müzakirə edib

19 İyun 2018, 11:27 (GMT +4)
Azərbaycanda ana və azyaşlı qızı itkin düşüb

19 İyun 2018, 11:15 (GMT +4)
Yol polisi Qubada reyd keçirib - sərxoş sürücülər saxlanılıb

19 İyun 2018, 11:02 (GMT +4)
Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66