Mobil versiya RU AZ

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə

_

MDB ÖLKƏLƏRİ » CƏMİYYƏT

Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olub

16 İyun 2017, 12:21 (GMT +4)

Bakı, 16 iyun, SalamNews. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyəti, Səmərqənd Dövlət Universitetinin, Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin, Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə Səmərqənd şəhərində yerləşən park – bulvarda “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olub.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyinin 1-ci katibi Samir Abbasov “Azərbaycan Mədəniyyət günləri”nin keçirilməsində əsas məqsədin qədim mədəniyyət beşiyi, turizm mərkəzi olan Səmərqənddə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək, ölkələrimiz, xalqlarımız arasında dostluğu daha da möhkəmləndirmək olduğunu söyləyib.

Samir Abbasov Səmərqənd şəhərindəki “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində silsilə tədbirlərin keçiriləcəyini və bu məqsədlə şəhərin mərkəzindəki park bulvarda Azərbaycan musiqilərindən ibarət konsert proqramının, Azərbaycan milli geyimlərindən, ölkəmizin Qarabağ bölgəsinin milli libaslarından ibarət moda sərgisinin keçirilməsi, Səmərqənd dövlət Universitetində iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi Konfransın təşkili, Səmərqənd kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması mərasimi, Səmərqənddə azərbaycanlı tanınmış rəssam, heykəltaraş Eynulla Əliyevin yaşadığı evinin qarşısında onun barelyefinin açılış mərasimi və s. tədbirlərin planlaşdırıldığını qeyd edib.

Açılış mərasimində çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru, beynəlxalq məsələlər üzrə departamentin rəhbəri Muxtar Nasirov şəhər hakimiyyəti və Universitet adından hamını salamlayaraq, iki xalq, dövlət arasında dostluq əlaqələrindən danışıb, qardaş Azərbaycana Səmərqənddə böyük maraq olduğunu bildirib. O, Səmərqəndin açıq havada bir muzeyi xatırlatdığını söyləyib, şəhərdəki tarixi abidələrin tikilməsində azərbaycanlı memarların da böyük xidmətləri olduğunu vurğulayıb.

Səmərqənd Vilayəti üzrə Azərbaycan Diaspora Təşkilatının rəhbəri Adilağa Mirzəyev təşkil olunmuş sərgiləri yüksək qiymətləndirib, bütöv bir həftənin şəhərdə Azərbaycan mədəniyyətinə həsr edildiyini qeyd edib. O, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə bu cür silsilə tədbirlərin təşkilinə və mədəniyyətimizi Özbəkistanda bu cür əhatəli təbliğinə görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Səmərqəndin mərkəzi park – bulvar ərazisində keçirilən açılış mərasimində park əsl Azərbaycan görkəmi almışdır. Parkda təşkil olunmuş fotosərgidə Odlar yurdunun əsrarəngiz gözəllikləri, turizm məkanları, habelə Azərbaycanın Qarabağ bölgəsinin təbiəti, tarixi abidələrinə dair fotoşəkillər təşkil olunmuş sərgidə nümayiş etdirilib. Park ərazisində yaradılmış ənənəvi Azərbaycan evində xalqımızın tarixi, mədəniyyətini, ənənələrini özündə əks etdirən və milli ornamentlərlə bəzədilən xana iştirakçıların böyük diqqətinə səbəb olub.
Milli suvenirlərimiz, mədəniyyətimizə dair eksponatlar, Azərbaycanın müxtəlif regionlarında hazırlanmış xalçalarımız, habelə milli musiqi alətlərimizə dair təşkil olunmuş sərgi də böyük diqqət qazanıb.

Tədbir çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair özbək dilində çap olunan çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən, Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Azərbaycan dövlətçiliyinə dair nəşirlər, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan kitablar sərgilənib.

Tədbirdə Azərbaycan çayı, milli şirniyyatlarımız qonaqlara təqdim olunub.
Qeyd edək ki, tədbir 15 iyun Azərbaycanın Milli Qurtuluş gününə həsr olunmuş geniş konsert proqramı ilə davam edib. Konsertdə Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan musiqilərini ifa ediblər. Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi liseyinin şagirdləri Qarabağa dair musiqilər oxuyub, dünya şöhrətli “Özbək gəncləri” musiqi qrupu milli mahnılarımızı səsləndiriblər. Tədbir böyük tamaşaçı marağına səbəb olub.



Əlaqəli Xəbərlər

Səmərqənddə Azərbaycan Mədəniyyət həftəsi keçiriləcək

Vladimir Putin Səmərqəndə səfər edəcək

Özbəkistanın mərhum lideri İslam Kərimov Səmərqənddə dəfn edilib

Səmərqənddə İslam Kərimovla vida mərasimi başlayıb

İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün 17 ölkənin nümayəndə heyəti Səmərqəndə gedib (VİDEO)

Daşkənd sakinləri dəfn edilməsi üçün Səmərqəndə aparılan İslam Kərimovu son mənzilə yola salıblar

23 Sentyabr 2017, 17:00 (GMT +4)
Dağıstanda baş verən zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017, 16:54 (GMT +4)
İstanbulda İŞİD-ə qarşı əməliyyatda 36 şübhəli şəxs saxlanılıb

23 Sentyabr 2017, 16:50 (GMT +4)
Yol düz seçilərsə, qalibiyyətdir- İİR səfiri

23 Sentyabr 2017, 16:42 (GMT +4)
Mərakeş Kralı Beynəlxalq Ümid Koalisiyasının mükafatına layiq görülüb

23 Sentyabr 2017, 16:40 (GMT +4)
Meksika sahillərində 5.8 bal gücündə zəlzələ baş verib

23 Sentyabr 2017, 16:33 (GMT +4)
ŞİKM-dəkı referendum ləğv olunmasa, bunun ciddi nəticələri olacaq - Türkiyə rəsmisi

23 Sentyabr 2017, 16:21 (GMT +4)
Ağ Ev Ukraynaya silah tədarükü barədə hələ cavab verməyib

23 Sentyabr 2017, 16:07 (GMT +4)
TSQ İraq sərhədindəki təlimlərin miqyasını genişləndirib

23 Sentyabr 2017, 15:53 (GMT +4)
İngiltərə Aİ-dan çıxır, Avropanı tərk etmir - Tereza Mey

23 Sentyabr 2017, 15:47 (GMT +4)
Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017, 15:43 (GMT +4)
Türkiyədə terrorçuların hücumu nəticəsində 2 nəfər ölüb

23 Sentyabr 2017, 15:32 (GMT +4)
Gürcüstanın mədəniyyət nazirinin Ermənistana rəsmi səfəri başa çatıb

23 Sentyabr 2017, 15:15 (GMT +4)
Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkretlik görəcəyik - politoloq

23 Sentyabr 2017, 14:53 (GMT +4)
Yanlış qərarda israr edənlər bunun əvəzini ağır ödəyəcəklər - Binali Yıldırım

23 Sentyabr 2017, 14:30 (GMT +4)
Elmar Məmmədyarov Fələstinin xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2017, 14:04 (GMT +4)
İraq kürd muxtariyyətinin müstəqillik referendumu rəsmi olaraq başlayıb

23 Sentyabr 2017, 13:58 (GMT +4)
ADPU-in müəllim və tələbələri üçün seminarlar təşkil edilib (FOTO)

23 Sentyabr 2017, 13:43 (GMT +4)
Gənclərin zərərli təsirin altına düşmələrinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir - Amil Cavadov

23 Sentyabr 2017, 13:38 (GMT +4)
İraq SQ Baş qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017, 13:31 (GMT +4)
Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb

23 Sentyabr 2017, 13:25 (GMT +4)
Bağdadla danışıqlar yalnız referendumdan sonra mümkündür - Bərzani

23 Sentyabr 2017, 13:22 (GMT +4)
Banqladeş hökuməti həbs edilmiş iki Myanma jurnalistini zaminə buraxıb

23 Sentyabr 2017, 13:17 (GMT +4)
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

23 Sentyabr 2017, 13:11 (GMT +4)
Hərbçilər arasında keçirilən güləş yarışında Murad Məmmədov bürünc medal qazanıb

23 Sentyabr 2017, 13:05 (GMT +4)
Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

23 Sentyabr 2017, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Sentyabr 2017, 12:53 (GMT +4)
Bakıda şirkətdən 300 yüz min manata yaxın pul oğurlanıb

23 Sentyabr 2017, 12:50 (GMT +4)
Rusiyanın Kalininqrad vilayətində ağır yol qəzasında 9 nəfər ölüb

23 Sentyabr 2017, 12:42 (GMT +4)
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

23 Sentyabr 2017, 12:36 (GMT +4)
"Avropa Avtobus Turu 2017" layihəsi Şəkidə davam etdirilir (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66