Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

Beynəlxalq medianın Azərbaycana olan pozitiv yanaşması bizi çox sevindirdi - Nigar Arpadarai (MÜSAHİBƏ)

29 İyun 2017, 12:03 (GMT +4)

Bakı, 29 iyun, SalamNews, A.Bayramova. "Həm təşkilatçılıq, həm şəhərin bəzədilməsi, həm əyləncə, həm də Formula-1 baxımından maraqlı yarış keçdi. Ona görə bunlar hələ də medianın gündəmindədir". 

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai SalamNews–a müsahibəsində deyib.

- Növbəti ildə Formula-1 üzrə keçiriləcək Azərbaycan Qran-Prisinə hazırlıq üçün əvvəlki illərlə müqayisədə daha az vaxt qalır. Necə düşünürsünüz, bəzi küçələrdə qənbər daşlarının üzərinə salınmış asfalt örtüyünün sökülməsi ehtimalı varmı?

- İki hissədə - Əziz Əliyev və Niyazi küçələrində qənbər daşları ilə olan ərazi asfaltlanıb. Ötən il olduğu kimi bu il də dövlət orqanlarından asfalt örtüyünün sökülüb-sökülməməsi ilə bağlı göstəriş gözləyirik. Ötən il Əziz Əliyev küçəsindəki asfaltı yığışdırmamışdıq, olduğu kimi qalmışdı. Yaxın müddətdə onu yığışdıra bilərik, lakin bu örtük sökülməyə də bilər. Qalsa da bizim üçün problem deyil. Düşünürük ki, doğrudan da vaxt azdır, buna görə də asfaltın sökülməyəcəyini güman edirik.

- Bilet satışı ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

- Ümumilikdə, Azərbaycan Qran-Prisi, doğrudan da, çox möhtəşəm keçdi. Həm əyləncə, həm yarışın özü, həm də bilet satışı baxımından çox möhtəşəm bir yarış idi. Biz bütün nəticələrdən razıyıq. Yarışa, konsertlərə gələn insanların sayı 71 min nəfər idi. Bu rəqəm ötən illə müqayisədə 30 faiz artım deməkdir. Biletlər 65 ölkədən alınmışdı, bu il xaricilər iki dəfə çox bilet alıblar. Biletlərin 67 faizi Azərbaycan vətəndaşları tərəfindən, 33 faizi isə xarici vətəndaşlar tərəfindən alınıb. Nəticələrdən çox razıyıq. Tribunaların doluluq rəqəmi 95 faiz idi.

- Azərbaycan Qran-Prisi üçün yerli mediadan nə qədər müraciət daxil olmuşdu, həmin müraciətlərin neçə faizinə təsdiq cavabı verilib?

- Ötən illə müqayisədə bu il akkreditasiya ilə bağlı vəziyyət daha yaxşı idi. Ötən il yerli mediadan 150 nəfərə yaxın insan müraciət etmişdi. Onlardan 60 nəfərə yaxını akkreditasiyadan keçmişdi. Bu il isə müraciət edən KİV-lərin əksəriyyəti akkreditasiya alıb. Lakin bütün sənədləri, kriteriyaları uyğun olan media qurumlarının isə hamısı akkreditasiyadan keçmişdi. Bu il bizim media mərkəzimiz dolu idi. Fomula-1 kriteriyalarına görə, 4 televiziya kanalı yarışı işıqlandırmalı idisə, biz 7 telekanalın akkreditasiya almasına müvəffəq olmuşduq.

Növbəti ildə keçiriləcək Azərbaycan Qran-Prisinə bilet satışına nə vaxtdan başlamağı nəzərdə tutursunuz?

- İlkin təqvimə görə, aprelin sonu nəzərdə tutulub. Biz planlarımızı o təqvimə uyğun hazırlayırıq. Əgər yarışlar aprelin 29-da başlanacaqsa, o zaman biz əməliyyatlarımızı daha tez başlamalıyıq, bilet satışı da onlardan biridir. Builki yarışı yekunlaşdırdıq. Müəyyən təhqiqatlarımızı aparırıq. Hesab edirik ki, oktyabrın sonu üçün bilet satışı başlaya bilər.

- Növbəti ildə hansı yeniliklər olacaq?

- Bu yarışın ab-havası altındayıq. Beynəlxalq mediada olan pozitiv yanaşmanı görərək çox sevinirik. Yarışın özü çox maraqlı oldu. Yarış günü ərzində tvitterdəki haştaqlara görə "AzerbaijanGP" dünyada birinci yerdə idi. Bu bizim üçün xoş nailiyyətdir. Ümid edirik, növbəti ildə də bu nəticəni doğrulda biləcəyik.



Əlaqəli Xəbərlər

Xərclərimiz ildən-ilə azalır, gəlirlərimiz isə artır - Nigar Arpadarai

Avqustun sonuna qədər Qran-Pri ilə bağlı qurğular söküləcək - Nigar Arpadarai

Nigar Arpadarai jurnalistlərə Formula-1 yarışı ilə bağlı son tövsiyə və tapşırıqlarını verib

Azərbaycanın dünyaya tanıdılmasında Formula 1 bizə çox böyük dəstək oldu - Nigar Arpadarai (MÜSAHİBƏ)

Turistlərin Azərbaycana cəlb edilməsi üçün əlimizdən gələni edirik - Nigar Arpadarai

Nigar Arpadarai: Formula-1 Azərbaycan Qran-Prisinə maraq ötən illə müqayisədə daha çoxdur

Qran-pri ilə bağlı asfaltlanma zamanı qənbər daşlarına ziyan dəyməyəcək - Nigar Arpadarai 

Nigar Arpadarai: "Formula-1" yarışı zamanı bütün dünya Azərbaycanı tanıdı

"Formula-1" yarışı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına müsbət təsirini göstərib - Nigar Arpadarai

Nigar Arpadarai: ""Formula 1" Avropa Qran Prisində iştirak edəcək marşalların təlimlərinə start verilib"

"Formula 1" yarışı zamanı heç bir tarixi abidəyə zərər dəyməyəcək - Nigar Arpadarai

16 Yanvar 2018, 18:01 (GMT +4)
Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16 Yanvar 2018, 17:43 (GMT +4)
“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16 Yanvar 2018, 17:37 (GMT +4)
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

16 Yanvar 2018, 17:31 (GMT +4)
Regionda müharibə ocağının alovlonması həm Rusiya, həm də digər supergüclər üçün siqnal olmalıdır - politoloq

16 Yanvar 2018, 17:24 (GMT +4)
PAŞA Bank daha br yeniliyə imza atıb

16 Yanvar 2018, 17:19 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

16 Yanvar 2018, 17:13 (GMT +4)
Ruhani: "İslam ölkələrindəki münaqişələr xarici müdaxilələrin nəticəsində yaranıb"

16 Yanvar 2018, 17:02 (GMT +4)
Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçiriləcək

16 Yanvar 2018, 16:52 (GMT +4)
Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub

16 Yanvar 2018, 16:43 (GMT +4)
Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidenti olacaq

16 Yanvar 2018, 16:26 (GMT +4)
Son 15 gün ərzində Bakıda baş verən yol qəzalarında 11 nəfər həlak olub

16 Yanvar 2018, 16:17 (GMT +4)
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib

16 Yanvar 2018, 16:09 (GMT +4)
“Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb

16 Yanvar 2018, 15:56 (GMT +4)
Dövlət Komitəsində görüş olub

16 Yanvar 2018, 15:50 (GMT +4)
Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

16 Yanvar 2018, 15:43 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi ötən il ətraf mühitin qorunması ilə bağlı gördüyü işləri açıqlayıb

16 Yanvar 2018, 15:35 (GMT +4)
Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

16 Yanvar 2018, 15:26 (GMT +4)
DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirib

16 Yanvar 2018, 15:09 (GMT +4)
Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

16 Yanvar 2018, 15:01 (GMT +4)
“Mastercard” müştəriləri üçün yeni kampaniya start verib

16 Yanvar 2018, 14:56 (GMT +4)
Serb partiyasının lideri Kosovoda öldürülüb

16 Yanvar 2018, 14:40 (GMT +4)
Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

16 Yanvar 2018, 14:25 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olub

16 Yanvar 2018, 14:18 (GMT +4)
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin qurbanları anılır

16 Yanvar 2018, 14:10 (GMT +4)
UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir 

16 Yanvar 2018, 13:58 (GMT +4)
Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə öldürülüb

16 Yanvar 2018, 13:45 (GMT +4)
ABŞ-ın qərarı Suriyadakı böhranı daha da dərinləşdirəcək- İran XİN

16 Yanvar 2018, 13:29 (GMT +4)
Ramiz Mehdiyevin kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub

16 Yanvar 2018, 13:24 (GMT +4)
Monteneqro mətbuatında “ASAN xidmət”dən bəhs olunub

16 Yanvar 2018, 13:19 (GMT +4)
İsmayıl Kahraman: "İran və Türkiyə beynəlxalq sülhün təmin edilməsində əhəmiyyətli rol oynayır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66